Kompüter sistemləri

Sərt disk (HDD)

HDD (Hard Disk Drive, ing . HDD) nədir
HDD – Bu, enerjidən asılı, keçirmə kompüter yaddaş qurğusudur. Praktiki olaraq bütün müasir kompüterlərdə verilənlərin əsas toplayıcısı sayılır.

Sərt disk – informasiya daşıyıcıları hər iki tərəfi maqnit material təbəqəsi ilə örtülmüş dairəvi alümin
lövhələr (platterlər) olan maqnit diskdir. Bu plastina və ya hesablayıcı/yazı bloku ilə birgə plastinalar
qrupu toz, nəm və çirkdən qorunması üçün hermetik qutuda yerləşir.
Sərt disk iki əsas hissədən – hermetik blokdan və elektronika platasından ibarətdir. Hermetik blokda sərt
disklər, mövqe vermək üçün qurğudan ibarət başlıqlar bloku, şpindelin elektrik məftili və ilkin siqnal
gücləndiricisi quraşdırılıb. Hermetik blokun ilkin gücləndiricisindən siqnal elektronika blokuna daxil olur.
Həmçinin onun vasitəsilə başlıqlara, yazan siqnal daxil olur. Elektronika bloku ibarətdir: idarəedici blok,
daimi yaddaş qurğusu (DYQ), bufer yaddaşı, interfeys bloku və siqnalın rəqəmsal emalı bloku
Verilənlərin yazılma texnologiyası
Sərt disklərin iş prinsipi maqnitofonların işinə oxşayır. Diskin işlək səthi hesablayıcı başlığa əsasən
hərəkət edir (məsələn, maqnit məftilində kəsiklə induktiv çarx formasında). Dəyişən elektrik cərəyanı
verildikdə başlığın kəsiyində yaranan dəyişən maqnit sahəsi diskin səthinin ferromaqnitinə təsir edir və
siqnalın həcmindən asılı olaraq domenlərin vektorunun istiqamətini dəyişir. Hesablama zamanı başlığın
kəsiyində domenlərin yerdəyişməsi başlığın maqnit məftilində maqnit axınının dəyişməsinə səbəb olur
ki, bu da elektromaqnit induksiyası effektinə görə çarxda dəyişən elektrik siqnalının yaranmasına gətirib
çıxarır.
Toplayıcıların inkişaf tarixi
1956-cı ildə ilk ticarət nişanlı sərt disk IBM 350 RAMAC, 5 Мb buraxıldı . Onun çəkisi bir tona yaxın
idi, hər biri soyuducu böyüklükdə olan iki yeşik tuturdu, iri pitsanın diametrinə bərabər 50 fırlanan təmiz
nazik disklərin ümumi həcmi 5 meqabayt idi.
«Vinçester» adını sərt disk 1973-cü ildə, 3340 modeli ilə sərt disk buraxan IBM firmasının sayəsində
almışdır. Bu şirkət ilk dəfə bir ayrılmaz korpusda diskləri və hesablayıcı başlıqları bir arada birləşdirdi.
Onun hazırlanması zamanı mühəndislər qısa daxili «30-30» adından istifadə etdilər ki, bu da hər biri 30
Mb olan iki modul (maksimal tərtibat üzrə) demək idi. Layihənin rəhbəri Kennet Xotton məşhur ov
tüfənginin «Winchester 30-30»[1] adı ilə həmahəng olaraq bu diski «vinçester»[2] adlandırmağı təklif
etdi.


Hard Disk-in xarakteristikası

1.
İnterfeys — verilənlərin ötürülməsi üçün üsul. Müasir toplayıcılar ATA (IDE, EIDE),
Serial ATA, SCSI, SAS, FireWire, USB və Fibre Channel interfeyslerindən istifadə edə bilər.
2. Tutumu (ing
. capacity) — toplayıcıda saxlanıla bilən məlumatların sayı. Müasir qurğuların tutumu 1.5
Tb-a çatır. İnformatikada qəbul edilmiş, bölünən 1024 kəmiyyətini ifadə edən pristavkalar sistemindən
fərqli olaraq (кilo=1024, meqa=1 048 576 və s.), istehsalçılar tərəfindən sətr disklərin tutumu bölünən
1000 kəmiyyətlə işarələnir. Məsələn, «200 Qb» kimi işarələnən sərt diskin “əsl” tutumu 186,2 Qb təşkil
edir.


3. Fiziki ölçü (form-faktor) — fərdi kompüterlər və serverlər üçün bütün müasir toplayıcılar demək olar
ki, ya 3. 5 və yaxud 2.5 düym ölçüyə malikdir. Sonuncular ən çox noutbuklarda tətbiq olunur. Digər geniş
yayılmış formatlar – 1.8 düym, 1.3 düym və 0.85 düymdür.


4.
Sərbəst müraciət müddəti (ing
. random access time) — 3 ms-dən 15 ms-dək, bir qayda
olaraq minimal müddətə server diskləri malikdir (məsələn, Hitachi Ultrastar 15K147 — 3,7 ms [1]),
aktual sayılanlardan ən çox vaxtla portativ qurğular üçün disklər təchiz olunub (Seagate Momentus
5400.3 — 12,5 ms)


5.
Şpindelin fırlanma sürəti (ing
. spindle speed) — dəqiqə ərzində şpindelin dövretmə sayı.
Müraciət müddəti və verilənlərin ötürülmə sürəti əhəmiyyətli dərəcədə bu parametrdən asılıdır. Hal-
hazırda növbəti standart fırlanma sürəti ilə şpindellər buraxılır: 4200, 5400 və 7200 (noutbuklar), 7200
və 10 000 (fərdi kompüterlər), 10 000 və 15 000 dövr/dəq. (serverlər və yüksək məhsuldarlığa malik işçi
stansiyaları).
6.
Etibarlılıq (ing.
. reliability) — istismar müddətinin orta imtina vaxtı kimi müəyyən olunur
(Mean Time Between Failures, MTBF).
7.
Saniyədə giriş-çıxış əməliyyatlarının sayı — müasir disklərdə bu, toplayıcıya sərbəst
müraciət zamanı saniyədə təxminən 50 əməliyyat, ardıcıl müraciət zamanı isə 100 əməliyyatdır.
8. Enerji sərfi — mobil qurğular üçün mühüm faktor.
9. Küyün səviyyəsi — toplayıcı işləyərkən onun mexanikasının çıxardığı səs. Desibellə göstərilir. Səssiz
toplayıcılar 26 dB və daha aşağı küy səviyyəsinə malik olan toplayıcılar sayılır. .
10. Zərbələrə davamlılıq (ing
. G-shock rating) — toplayıcının təzyiqin güclü sıçrayışlarına və ya zərbələrə
müqavimət, qoşulmuş və bağlanmış vəziyyətdə məqbul yüklənmə vahidləri ilə ölçülür.
11. Verilənlərin ötürülmə sürəti (ing
. Transfer Rate):
Diskin daxili sahəsi: 44,2-dən 74,5 Mb/s-dək – Diskin xarici sahəsi: 74,0-dən 111,4 Mb/s-dək
İstehsalçılar :
Bütün vinçesterlərin əksər qismi bir neçə şirkət – Digital Seagate, Western, Samsung, həmçinin əvvəl IBM
şirkətinə məxsus olan, Hitachi firmasının disklərin istehsalı üzrə bölməsi tərəfindən buraxılır. Fujitsu
noutbuklar üçün sərt disklər və SCSI- disklər buraxmaqda davam edir, lakin kütləvi bazarı 2001
-ci ildə
tərk etdi. Toshiba noutbuklar üçün 2,5 və 1,8-düymlü SD-in əsas istehsalçısıdır. Disk istehsalında
liderlərdən biri – öz “ağıllı” keşləmə alqoritmləri ilə məşhur olan Maxtor şirkəti idi. 2006
-cı ildə Seagate
və Maxtor şirkətləri birləşdi. 1990-cı illərin ortalarında Seagate Conner şirkətini aldı.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Həmçinin Bax
Close
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x