Haqqımda

Özüm haqqında qısaca məlumat vermək istəyirəm. Mən Şıxmuradov Müşfiq Şıxverdi oğlu.1990-cı il 10 iyun tarixində Xaçmaz rayon Fərzəli oba kəndində doğulmuşam.

Orta məktəbi bitirdikdən sonra,hərbi xidmətə yollanmışam(2008-2010).

Hərbi xidmətdən qayıtdıqdan sonra,Azərbaycan Texniki Universitetinə qəbul olmuşam

Azərbaycan Texniki Universitetində bakalavr təsili almışam(2011-2015).Ixtisasım Elektronika,Telekommunikasiya və Radiotexnikadır.İxtisaslaşma profilim Radioelektron Sistemlər üzrə mühəndislikdir.

Radio-elektronikaya hələ uşaqlıqdan həvəsim olub.Elektronikaya həvəsin hardan yarandığı barədə fikrim yoxdur 🙂 Hər zaman elektronik cihazların necə işlədiyi mənə maraqlı olub.Məktəb vaxtlarından cihazları söküb içinə baxmağı,elektronik parçalardan müxtəlif cihazlar hazırlamağı özüm üçün hobbi halına çevirmişdim.Yəqin ki, buna görə qeyri ixtiyari olaraq bu istiqamətə yönəlmişəm.

Məqsədim bildiklərimi,təcrübəlirimi sizinlə bölüşmək,həmçinin bu sahədə fəaliyyət göstərən insanları bir araya toplamaqdır.Hər birinizə uğurlar arzu edirəm!

Back to top button