Gərginlik
Elektrik gərginliyi — elektrik sahәsinin bir nöqtәsindәn digәrinә vahid müsbәt yükün yerdәyişmәsi zamanı әdәdi qiymәtcә görülәn işә bәrabәr olan kәmiyyәt. Aşağıdakı düsturla hesablanır:
Burada – elektrik yükü, – elektrik yükünü dövrənin ixtiyari iki nöqtəsi arasında hərəkət etdirmək üçün elektrik qüvvəsinin gördüyü işdir.
Potensiallı elektrik sahәsindә (elektrostatik sahәdә) bu iş yükün getdiyi yolun formasından asılı deyil. Bu halda iki nöqtә arasındakı elektrik gərginliyi (vә ya sadәcә gәrginlik) onların arasındakı potensiallar fәrqi ilә üst-üstә düşür. Әgәr sahә qeyri-potensiallı olarsa, onda gərginlik yükün nöqtәlәr arasında getdiyi yolun formasından asılı olur. Kәnar qüvvәlәr adlanan qeyri-potensiallı qüvvәlәr istәnilәn sabit cәrәyan mәnbәyinin daxilindә tәsir göstәrmәk imkanına malikdir. Cәrәyan mәnbәyinin sıxaclarındakı gәrginlik vahid müsbәt yükün mәnbәdәn kәnarda yerlәşәn yol boyunca yerdәyişmәsi zamanı elektrik cәrәyanının gördüyü işlә ölçülür; bu halda gərginlik mәnbәnin sıxaclarındakı potensiallar fәrqinә bәrabәr olub Om qanunu ilә tәyin edilir:
burada – cәrәyan şiddәti, – naqilin daxili müqavimәti, – dövrәnin xarici müqavimәti, isә mәnbәnin elektrik hәrәkәt qüvvәsidir (e.h.q). Açıq dövrәdә () gәrginlik mәnbәnin e.h.q.-nә bәrabәrdir. Ona görә dә dövrә açıq olduğu zaman mәnbәnin e.h.q.-ni çox vaxt onun sıxaclarındakı gərginlik kimi tәyin edirlәr.
Dәyişәn cәrәyan halında gərginlik adәtәn tәsiredici (effektiv), yәni dövr әrzindәki orta kvadratik qiymәtlә tәyin olunur.
Elektrik gərginliyinin vahidi BS-də voltdur. Bir volt (1V) – elektrik sahəsinin elə iki nöqtəsi arasındakı gərginliyə deyilir ki, 1Kl yük bu nöqtələr arasında yerini dəyişdikdə elektrik qüvvələri 1C iş görsün.
Ölçülməsi
Gərginlik voltmetrlə ölçülür.
Bəzi gərginliklərin qiymətləri
- Əl fənərlərində istifadə olunan batareyalar: 1,5 V (sabit cərəyan)
- Avtomobil akkumulyatoru 12 V (sabit cərəyan)
- Məişətdə istifadə olunan gərginlik: 220 V (bəzi ölkələrdə 110 V) (dəyişən cərəyan)
- Qatar xətlərində istifadə olunan gərginlik: 12 kV ilə 50 kV arası (dəyişən cərəyan)