Arduino IDE, bu nə proqramdır belə?!
Arduino IDE – C ++ istifadə edilən və bütün Arduino lövhələrini proqramlaşdırmaq üçün hazırlanmış bir proqram (kod) inkişaf etdirmə platformasıdır.
Integrated Development Environment, qısaltması -İDE , tərcümədə – inteqrasiya olunmuş inkişaf mühiti deməkdir. Bu mühitdən istifadə edərək, proqramçılar proqram yazırlar və onlar adi mətn redaktorlarından istifadə etmədən, daha sürətli, daha rahat şəkildə işlərini yerinə yetirirlər.
Arduino IDE proqramları rahat mətn redaktoru ilə tərtib etməyə, onları maşın koduna çevirməyə və Arduino lövhəsinin bütün versiyalarına yükləməyə imkan verir. Tətbiq tamamilə pulsuzdur və onu Arduino ‘nun (community) rəsmi saytından yükləyə bilərsiniz.
Arduino IDE interfeysi əvvəlcədən təyin edilmiş funksiyaları olan ,C ++ -a bənzər bir proqramlaşdırma dili olan ,öyrənmək üçün asan platformadır. Arduino proqramlaşdırılması üçün C ++ dilinin sadələşdirilmiş versiyası istifadə olunur. Digər C proqramlaşdırma dillərindəki kimi, kod yazmaq üçün bir sıra qaydalar mövcuddur. C ++ kimi, dil çətin yazılıb və tərtib (compilation) oluna da bilər.
Arduino IDE üçün sadə bir kod nümunəsi:
/*
Blink
Turns on an LED on for one second, then off for one second, repeatedly.
This example code is in the public domain.
*/
// Pin 13 has an LED connected on most Arduino boards.
// give it a name:
int led = 13;
// the setup routine runs once when you press reset:
void setup() {
// initialize the digital pin as an output.
pinMode(led, OUTPUT);
}
// the loop routine runs over and over again forever:
void loop() {
digitalWrite(led, HIGH); // turn the LED on (HIGH is the voltage level)
delay(100); // wait for a second
digitalWrite(led, LOW); // turn the LED off by making the voltage LOW
delay(100); // wait for a second
}
Arduino IDE – geniş çeşiddə dəstəklənən lövhələrə malikdir: Arduino UNO, Arduino Nano, ESP32, ESP8266, Mikrokontrollerlərin Attiny ailəsi və s.
Bundan başqa İDE-də olmayan istənilən Arduino lövhəsini Arduino IDE lövhə idarəetmə meneceri (board manager) vasitəsi ilə əlavə edə bilərsiniz:
Arduino IDE-dən istifadə edərək bu günə qədər müxtəlif interaktiv, tədris, təcrübi, əyləncəli modellər və qurğular proqramlaşdırılmışdır.
Arduino IDE-ni arduiono.cc rəsmi saytında yükləyin