1 Volt iki nöqtə arasındakı elə potensiallar fərqidir ki, bu nöqtələrin birindən digərinə 1 Kulon yük verilən zaman görülən iş 1 Coul olsun. Sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi elektrometrlə(potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır), elektrik dövrəsinin ( texnoloji prosesdə maşın və mexanizmləri işlətmək və idarə etmək üçün qurulan elektromexaniki sxem) iki nöqtəsi arasindakı gərginlik düşgüsü voltmetrlə ölçülür.
Elektrik gərginliyi və ya sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi, q yükünün sahənin bir nöqtəsindən digərinə hərəkəti zamani sahə qüvvələrinin gördüyü işin bu yükün miqdarına olan nisbətinə deyilir U=A/q. Ölçü vahidi italyan fiziki Voltanın şərəfinə 1V götürülür.
Voltmetr-cərəyan axan dövrənin ayrı-ayrı hissəsinin və ya bütovlükdə dövrədə olan cərəyan gərginliyini ölçmək üçün istifadə olunan cihaz. Voltmetr dövrəyə paralel birləşdirilir.