ElektrotexnikaKoteqoriyasız

Ulduz-Üçbucaq işəsalma dövrəsinin iş prinsipi

Ulduz-Üçbucaq işəsalma dövrəsi necə çalışır?

Hər hansı bir sənaye tətbiqində (qurğusunda) mühərriki işə salmaq üçün lazım olan induksiya cərəyanının azaldılması (reducing the induction current) üçün ən çox yayılmış motor idarəetmə üsulu ulduz-üçbucaq (star-delta) bağlantısıdır. Bir ulduz-üçbucaq motor bağlantısı normal olaraq maqnit kontaktorları, bir taymer və bir termal (istilik) aşırı yük relesi ehtiva edir.

Bu elektromexaniki cihazlarda, aşağı qiyməti və yüksək istifadədəyə əlverişli olması səbəbindən, ulduz-üçbucaq əlaqə üsulu, indiyə qədər, üç fazalı induksiya mühərriklərinin başlanğıc cərəyanını azaltmaq üçün sənaye tətbiqlərində ən çox istifadə edilən elektrik idarəetməsidir.

Aşağıdakı CAD rəsimindəki tipik ulduz-üçbucaq idarəetmə sxemlərinin diaqramı, izahatı izləməyinizə,başa düşməyinizdə kömək edəcəkdir.

Ulduz-Üçbucaq Motor İdarəetmə Dövrəsi

Yuxarıdakı sxemdə L1 sıfır xəttinə (N),L2 isə hər hansı faza xəttinə (L1,L2,L3) qoşulmalıdır.

Sxemdə istifadə edilən ingiliscə ifadələrin tərcüməsi aşağıdakı kimidir

  • OFF PUSH BUTTON – Basıla ilən söndürmə düyməsi
  • ON PUSH BUTTON – Basıla ilən qoşma düyməsi
  • MAIN CONTACTOR – Əsas kontaktor
  • DELTA CONTACTOR – Üçbucaq kontaktoru
  • STAR CONTACTOR – Ulduz kontaktoru
  • NORMALLY CLOSE – Normal bağlı
  • NORMALLY OPEN – Normal açıq
  • TIMER COIL – Taymer (sayğac) sarğısı
  • THERMAL OVERLOAD – İstilik aşırı yüklənmə kəsicisi
  • COIL – Sarğı
  • INDCUTION MOTOR – İnduksiyalı motor
  • MAIN CIRCUIT BREAKER – Əsas dövrə kəsicisi

Yuxarıda göstərilən ulduz-üçbucaq idarəetmə dövrəsi, ulduz- üçbucaq motor əlaqələrini bir-birini əvəz edən maqnit kontaktorlarını işə salır. ON düyməsini basmaq, motorun ulduz bağlantısından üçbucaq bağlantısına qədər işləməsinə səbəb olur.

Mühərrikin kabel terminalı əvvəlcə ulduz konfiqurasiyasına bağlıdır. ON düyməsini basmaqla ,əsas maqnit kontaktoru, ulduz kontaktoru və taymer işə düşür, eyni zamanda taymer əvvəlcədən təyin edilmiş vaxta çatana qədər yalnız üçbucaq kontaktoru açıq şəkildə,başqa sözlə sönmüş vəziyyətdə olur.

Buna xüsusi diqqət yetirin: barmağınızı ON düyməsindən çəkdikdən sonra əsas kontaktorun (ON düyməsinə paralel olaraq bağlanan) bir-birinə bağlanan kontaktı (möhürləmə kontaktı) ON düyməsinin rolunu alacaq, qapalı bir əlaqəni təmin edəcək və tam bir dövrə yaranacaq.

Göstərilən vaxt əvvəlcədən təyin edilmiş müddətə çatdıqdan sonra, taymer dövrədəki əlaqəli taymer kontaktlarının vəziyyəti normal vəziyyətlərinin əksinə dəyişməsinə səbəb olacaq. Normalda bağlı olan taymer kontaktı, ulduz kontaktor bobinini (sarğısını) sərbəst buraxaraq qapalıdan açıq halına dəyişəcək, normal olaraq açıq olan zamanlayıcı (taymer) kontaktı bağlanaraq üçbucaq kontaktor bobinini işə salacaq. Bu dəyişiklik, yük üçün lazım olan tam gücü əldə etmək üçün motora tam gərginlik verir.

Ulduz-Üçbucaq Motor İdarəetmə Güc Düvrəsi
Ulduz kontaktoru bu şəkildəki kimi də qoşula bilər

Yuxarıdakı ulduz-üçbucaq dövrə diaqramında göstərildiyi kimi, üç fazalı xətt gərginliyi L1, L2, L3, əsas kəsicidən (circuit breaker) əsas maqnit kontaktoruna və nəhayət U1, V1, W1 mühərrik sarğılarının üç əsas terminalına verilir. Bu vaxt ulduz kontaktorunun bağlanması, U2, V2, W2 motor terminallarının digər ikinci terminallarını qısa qapayır.

Ulduz-üçbucaq mühərrikinin idarəetmə dövrəsi, motor terminalını ulduz bağlantısından üçbucaq bağlantısına keçirən əməliyyat ötürmə ardıcıllığını yaratmaq üçün xüsusi olaraq konfiqurasiya edilmişdir.

Əsas maqnit kontaktoru (main magnetic contactor), motor işləyərkən enerjili saxlanılır, yalnız ulduz kontaktoru (star contactor) ilə üçbucaq kontaktoru (delta contactor) arasındakı aktivləşmə dəyişir. Taymer göstərilən vaxta çatdıqda, kontaktını bağlamaq üçün delta kontaktorunu aktivləşdirir, eyni zamanda ulduz kontaktorunu ayırır. Bu ikinci ardıcıllıq, nəticədə, motor terminallarını əvvəlki ulduz əlaqəsi vəziyyətindən ayırır və yenidən üçbucaq bağlantısına çevirir, L1 istinad (mənbə) gərginliyini U1 və V2 motor terminallarına, L2 istinad gərginliyini V1 və W2 motor terminallarına və L3 istinad gərginliyini W1 və U2 motor terminallarına bağlayır.

Ulduz-Üçbucaq Motor Kabel Konfiqurasiyası

Ulduz-Üçbucaq Motor Daxili Sarğı Terminalı
Ulduz Bağlantılı Motor Daxili Sarğı Terminalı
Üçbucaq Bağlantılı Motor Daxili Sarğı Terminalı

Təhlükəsizlik kilid açarları

Ulduz kontaktorunun və üçbucaq kontaktorunun bobinlərinin önünə qoyulan bir -birinə bağlanan kontaktların mövcudluğunu idarəetmə sxemindən diqqətlə izləyin. Bu möhürləmə açarları təhlükəsizlik xüsusiyyətlidir, təhlükəsizlik funksiyası kimi xidmət edir, belə ki, bir kontaktor digərini deaktiv etmədən işə sala bilməz. Həm ulduz, həm də üçbucaq kontaktorlarının eyni vaxtda işə salınması mühərriki məhv edə bilər. Ulduz kontaktoru söndürülməyincə üçbucaq kontaktoru aktivləşməyəcək və əksinə, ulduz kontaktoru deaktiv olmadıqda üçbucaq aktiv olmayacaq.

Mühərrik işləyərkən istənilən vaxt OFF düyməsinə basaraq mühərrikin idarəetmə dövrəsi asanlıqla ayırıla bilər. Bu, hər üç maqnit kontaktor qurğusunu deaktiv edir və dərhal mühərrikə verilən gərginliyi aradan qaldırır. Motor, fırlanan ətaləti bitənə qədər yavaşlayacaq və tam dayanacaq.

İdarəetmə dövrəsinə qoşulan başqa bir ayırıcı kontakt termal aşırı yük relesidir. Bu avtomatik təmas, motorun həddindən artıq yüklənməsi aşkar edildikdə dövrəni ayıracaq. Bu o deməkdir ki, mühərrik tərəfindən yüklənən yük nominal gücünü aşdıqda, mühərrikdəki yüksək cərəyan, mühərrikin idarəetmə dövrəsini açmaq üçün kontaktını mexaniki olaraq buraxan termal yükləmə relesindəki metal lövhələri qızdırır.

Sonda əlavə olaraq başqa bir dövrənin ümumi diaqramı və vizual görüntüsünü də qeyd edək

Sonda fikirlərinizi,irad və təkliflərinizi qeyd etməyi unutmayın

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Həmçinin Bax
Close
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x