KoteqoriyasızTibbi elektronika və Biotibbi texnologiyalar

Tibbi elektronika mühəndisliyi və Biotibbi texnologiyalar mühəndisliyi

Tibbi elektronika mühəndisliyi ilə Biotibbi texnologiyalar mühəndisliyi arasındakı fərq

Tibbi elektronika mühəndisliyi ətraf mühit elmləri və tibb elminin mühəndisliyin nəzəri və praktiki əsasları ilə bütünləşmişməsindən meydana çıxmışdır. Tibbi elektronika mühəndisləri tibbi və fiziki vəhdətlik təşkil edərək mövcud problemlərin həll edilməsi üçün istifadə olunan alət və cihazlar layihələndirmə və inkişaf etdirmə fəaliyyəti ilə məşğul olurlar. Biotibbi texnologiyalar mühəndisliyi isə səhiyyə xidmətlərinin analizi, monitorinqi və müalicə prosesində innovasiyalar əldə etmək üçün mühəndislik, tibb və biologiya elmlərinin problemləri həll etmə yanaşması ilə maraqlanır.

Tibbi elektronika mühəndisliyi kursları və karyera imkanları

Tibbi elektronika mühəndisliyi “texnoloq” olmağı arzu edən şəxslərə yeni imkanlar yaradır və müalicə prosesində həkimlərə, tibb bacılarına və eyni zamanda müxtəlif xəstəliklərdən əziyyət çəkən xəstələrə kömək edərək karyeralarını insanlığa bəxş etmək istəyən şəxslər üçün iş mühitini yaradır. Namizədlər tibbi elektronika mühəndisliyi sahəsində magistratura və tədqiqat proqramlarına müraciət edərək oxumaq imkanı əldə edə bilirlər. Dünyanın bir çox universitetlərində kurs olaraq bu imkan yaradılmışdır. Tibbi elektronika mühəndisləri bir çox özəl səhiyyə müəssiələrində, tədqiqat laboratoriyalarında və tibb institutlarında işləyə bilərlər.

Biotibbi texnologiyalar mühəndisliyi kursları və karyera imkanları

Biotibbi texnologiyalar mühəndisliyi bir çox istiqamətə yönələrək inkişaf etməkdə olan tədqiqat sahəsidir. Bu ixtisasa yiyələnmək istəyən şəxslər bakalavriatura və magistratura səviyyələrində təhsili almaq imkanlarına sahibdirlər. Digər mühəndislik sahələrində olduğu kimi bu istiqamətdə də PhD təhsili imkanı mövcuddur. Biotibbi texnologiyalar mühəndislərin böyük bir hissəsi xəstəxanalarda, tədqiqat laboratoriyalarında, sənaye müəssisələrində, tibb institututlarında və s. işləyə bilərlər.

Tibbi elektronika mühəndisliyi və Biotibb texnologiyalar mühəndisliyi arasında əsas fərqləndirici məqamlar

  • Tibbi elektronika mühəndliyinə daha çox universitetlərdə bakalavr təhsilini tamamladıqdan sonra ixtisas artırma kursları ilə yiyələnmək mümkündür. Biotibbi texnologiyalar mühəndisliyinə isə bakalavriatura səviyyəsinə yiyələnmək mümkündür.
  • Tibbi elektronika mühəndisləri tibbi müalicəvi proseslərdə istifadə oluna biləcək alət, cihaz və sistemlərin təkmilləşdirilməsi ilə məşğul olarkən, Biotibbi texnologiyalar üzrə mühəndislər protez üzvlər süni orqanlar və ya ürək kardiostimulyatorları kimi orqanların stimullaşdırıcı cihazların təkmilləşdirilməsi ilə məşğuldur.

Tibbi elektronika mühəndisliyi və Biotibb texnologiyalar mühəndisliyi oxşar səslənsə də, hər ikisinin tədqiqat istiqamətləri və təhsil səviyyələri tamamilə fərqlidir. 

Müəllif: Azərbaycan Texniki Universitetinin “Mühəndis fizikası və elektronika” kafedrasının müəllimi Qadir QAFAROV

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

2 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
2
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x