Site icon ElectronX Lab

Telemexanika nədir?

Telemexanika — məsafədən nəzarət və idarəetmə məqsədi ilə informasiyanın (siqnalların) verilməsi, qəbulu üçün metod və texniki vasitələr işləyib hazırlayan elm və texnika sahəsi.

Telemexanika informasiyanın məsafəyə verilməsi ilə əlaqədar başqa elm və texnika sahələrindən (telefoniyateleviziyateleqrafiya) bir sıra spesifik xüsusiyyətləri ilə fərqlənir. Bunlardan mühümləri: çox yavaş deyişən vərilənlərin ötürülməsi; ölçülən kəmiyyətlərin verilməsindəyüksək dəqiqlik tələb olunması; siqnalların çox gecikməsinə yolverilməməsi; idarəetmə əmrlərinin vərilməsinin etibarlığı, informasiyanın toplanması və istifadəsi proseslərinin avtomatlaşdırılma dərəcəsinin yüksək olması və s.

Tarixi

«Telemexanika» termini ilk dəfə 1905-ci ildə fransız alimi E.Branli işlətmişdir. İlk vaxtlar Telemexanika məfhumu hərəkətdə olan hərbi obyektlərin radio ilə idarəolunması ilə əlaqələndirilirdi. 20-ci əsrin 20-ci illərində Telemexanikanı dünyada tətbiq etməyə başladılar. Telemexanika vasitələrilə idarəetmə və nəzarət operatorun (dispetçerin) yerləşdiyi idarəetmə və ya dispetçer məntəqəsindən aparılır. İdarərtmə obyekləri bir yerdə, bir nəzarət məntəqəsində cəmlənir, yaxud böyük bir ərazidə qrup şəklində və ya tək-tək yerləşir. Əgər telemexaniki informasiyanın verilməsində radiokanallardan istifadə edilirsə, bu radiotelemexanika adlanır. Operatorun, obyekti məsafədən idarə etməsi və onun vəziyyətinə nəzarə etməsi üçün lazım gələn qurğular toplusu telemexaniki sistem təşkil edir.

Telemexanikanın yalnız idarəetmə və yalnız nəzarət funksiyasını yerinə yetirən sistemləri müvafiq olaraq teleidarəetmə (Tİ) və telenəzarət (TN) sistemləridir. Mürəkkəb obyektlərin teleidarəedilməsində alınmış nəzarət informasiyanın işlənməsi üçün «məsləhətçi» rejimində işləyən hesablayan elektron maşınlardan istifadə edilir. Belə telemexaniki sistemlərə teleinformasiya sistemləri, idarəedici təsirləri tam avtomatik hasil edən sistemlərə isə teleavtomatik idarəetmə sistemləri deyilir. TH sistemində verilən məlumat obyektin və ya onun ayrı-ayrı idarəetmə orqanlarının vəziyyətini, həmçinin obyekti xarakterizə edən parametrləri keyfiyyətçi qiymətləndirən siqnalverici informasiyadan və nəzarət olunan parametri kəmiyyətçə qiymətləndirən ölçmə informasiyasından ibarətdir. İdarəolunan obyektlərin əksəriyyəti ikimövqeli vəziyyətdən birində yerləşdiyindən idarəetmə əmrləri diskret xarakter daşıyır: «işəsalmaq» — «dayandırmaq» və s. İdarəolunan parametrin səlis dəyişdirilməsi lazım gəldikdə operator fasiləsiz idarəetmə siqnalları göndərir və özünün sonrakı işini obyektdən gələn ölçü informasiyası uyğunlaşdırır. Belə Tİ teletənzimləmə adlanır.

Telemexanika nəzəriyyəsi telemexaniki siqnalların formalaşması və çevrilməsi, onların rabitə xətləri ilə (məhdud tezlik zolağında) verilməsi və s. məsələləri öyrənir.

Telemexaniki kanal

Bir-birindən uzaq məsafədə yerləşmiş verici və qəbul edici məntəqələr arsında teleidarəetməteleölçmə və telesiqnallaşma informasiyanın ötürülməsi üçün qurğular kompleksi. Telemexaniki kanal rabitə kanalının bir növüdür və tərkibinə informasiya mənbəyi, kodlayan qurğu, ötürücü, rabitə xətti, qəbuledici, dekodlayan qurğu, daxildir. Yerin süni peyklərinin və ya avtomat Ay stansiyalarının idarə edilməsi üçün olan telemexaniki sistem kanalını (siqnalın radio ilə verilməsilə birlikdə).

Telemexaniki kod

Məlumatın rabitə kanalı ilə ikilik və ya ikilik-onluq kodla verilməsi üçün elektrik və pnevmatik siqnallar sistemi. Telemaxaniki kodun ayrı-ayrı elementrlərinin ifadə edilməsi və ötürülməsi üçün amplitud, tezlik, faza, müddət və s. əlamətləri müxtəlif olan siqnallardan istifadə edilir. Əgər məlumatın verilməsi üçün telemexaniki kodun elementlərinin bütün mümkün olan kombinasiyalarından istifadə edilmirsə, onda verilmiş kod elementlərindəki səhvləri qəbul vaxtı aşkara çıxarmağa imkan verən xüsusi üsullar tətbiq edilir. Bu da informasiyanın ötürülməsinin etibarlığını yüksəldir. Məlumatın kodlama sistemi, onun ötürülmə üsulu və verilən informasiyanın dəqiqliyini yüksəltmək metodları, telemexaniki sitemin konkret iş şəraiti, obyektin mühümlüyü, rabitə kanalının xüsusiyyətləri, tətbiq edilən aparatlar seçilir.

Mənbə: A.Balzak (1976). Azərbaycan Sovet Ensiklopediyası. I. Bakı. səh. 195.
Exit mobile version