ElectronX Lab

SSD nədir

Sabit disklər  komputer tarixində ən qədim və ən az inkişaf etmiş qurğular olmuşdur.Lakin zaman keçdikcə hər qurğu kimi bu disklərdə dəyişərək yerini müasir disklərə vermişdir.
SSD (solid state drive) HDD disklərin yeni forması olaraq qarşımıza çıxır.Yaxşı bəs nədir HHD ilə SSD arasındaki fərq.Bu suala cavab vermək üçün əvvəlcə SSD texnologiyasını aydınlaşdıraq

SSD lər SDRAM(volatile) və FLASH(non-volatile) olaraq 2 növə bölünürlər.bunlardan birincisi elektrik enerjisi olmadan məlumatları yadda saxlaya bilməz.Enerji kəsilən zaman diskdəki məlumatlar itər.SDRAM və DRAM nümunələrini təşkil edən bu disklər müraciət sürətinə görə fərqlənirlər.Buna görədə bu cür disklər daha çox böyük həcmli  proqramların işlədiyi komputerlərdə istifadə olunurlar.Bu cür komputerlərdə informasiyanın itməməsi üçün batareyalardan istifadə olunur.Əgər elektrik enerjisi anidən kəsilərsə  batareya işə düşər və RAMdaki informasiya bir ehtiyyat diskə yazılar.Enerji yenidən gəldiyi zaman isə informasiya RAM a kopyalanıb iş davam edər.Komputer elektrik enerji olmadıqda informasiyanı saxlaya bilmədiyi üçün bu növ dislər çox geniş istifadə olunmur.


Digər növ olan FLASH SSD  yaddaş növü istehsalçılar üçün böyük əhəmiyyət kəsb edir.Bu növ disklərdə batareyaya ehtiyac yoxdur və bildiyimiz sərt disk ölçülərindədirlər.Hətta enerji kəsilən zaman bu disklərdə informasiya itmədiyindən bu disklər daha çox istifadə olunur.FLASH SSD lər də DRAM disklər kimi mexaniki parçadan təşkil olunmadığına görə çox böyük oxuma yazma sürətinə sahibdirlər.Mexaniki sərt disklərdə  təkər sürəti nə qədər böyük olsada disk gecikmə və axtarma vaxt aparır.Buna görədə SSD lərin disk  gecikmə və axtarma sürəti yox deyəbiləcəyimiz qədər kiçikdir.Ancaq FLASH SSD lər DRAM SSD lərə nisbeten daha yavaş işləyirlər.


Mexaniki sərt disklərlə müqayisə etsək SSD lər Aaşağıdakı müsbət və mənfi cəhətlərə sahibdirlər:


Müsbət cəhətlər
Daha sürətli başlama
Sürətli müraciət
Oxuma və yazma gecikmələrinin kiçik olması
Hərəkət edən heç bir parçanın olmaması
64 gb a qədər olan SSD lərdə kiçik enerji sərfiyyatı və az isinmə
64 ga a qədər olan SSD lərdə səsin olmaması
Mexaniki zədələrə davamlılıq
Disk baxımına defregmentasiyaya ehtiyac yoxdur
Kiçik ölçülər və yüngül

Mənfi cəhətləri
Qiymətləri çox yüksəkdir
Tutumu azdir

Exit mobile version