Giriş və satın alma
NiceRF tərəfindən hazırlanan SA818V, SA818U və Dorji tərəfindən hazırlanan DRA818V və DRA818U, geniş tezlik aralığına və 1 watt RD çıxış gücünə malik VHF / UHF alıcı-verici modullarıdır. Bu modullar Çində istehsal olunur və çox ucuzdur. Bununla yanaşı, tək istifadə edilmələri üçün istifadəyə dair bəzi xəbərdarlıqlar da var, həvəskar bir verici üçün FCC tələblərinə cavab vermirlər. Bu modulların istifadəsinin bəzi müsbət və mənfi cəhətlərini vurğulayacağam, ancaq nəticə olaraq, xüsusilə yerli nod istifadəsi üçün havada bir Allstar RF nodunu əldə etməyə dair çox ucuz bir yol təmin etməsidir.
Xüsusiyyətləri 5V-da işləməsinə imkan verdiyi üçün NiceRF modulunu seçirəm. Dorji xüsusiyyətləri, daha aşağı bir maksimum gərginliyi göstərir ki, bu da 5V mənbəyini azaltmağı tələb edəcəkdir. Bu, modul güc xətti(naqili) ilə ardıcıl olaraq birləşdirilmiş bir və ya iki diodla təmin edilə bilər. NiceRF və Dorji modulları eyni hissə nömrəsinə sahib olduqları, lakin görünüşə görə fərqli istehsalçının olduqları üçün həqiqətən hər hansı bir fərq olub olmadığı da aydın deyil. Modullar üçün bir sıra məlumat mənbələri var, lakin hamısı Çindən gəlir və çatdırılması bir neçə həftə və ya daha çox vaxt tələb edir. Qiymətlər sifariş edilən miqdardan və mənbədən asılı olaraq hər biri 10-20 dollar arasında dəyişir. Ən yaxşı təklifi tapmaq üçün bir az axtarış aparmaq lazımdır. Bu saytlar və fürsətlər daim dəyişir. Sifariş verə biləcəyiniz bir neçə sayt nümunəsi:
Nəzərə alınmalı şeylər
Bunlar Çin istehsalı olan ucuz modullardır və bunlardan istifadə edərkən nəzərə alınması lazım olan bəzi şeylər var. Bir növ filtrləmə olmadan bir antenə bağlanmamalıyıq. Bu güc aralığındakı vericilər üçün texniki özəlliklər, hər hansı bir harmonik və ya saxta emissiya üçün daşıyıcıya nisbətən minimum 40db aşağıdır. Ölçülmüş ikinci harmonik məzmun, yüksək və ya aşağı gücün istifadəsindən asılı olaraq -22db-dən -30db arasında idi. Ən pis vəziyyət aşağı gücdədir. Problemi gözəl bir şəkildə düzəldən, eyni zamanda əlavə bir quraşdırma tələb edən aşağı keçid filtrlərini göstərəcəyəm. Modulları bir süzgəc olmadan süni yüklə istifadə etmək yaxşı olar və bu modulu evinizdə,ətrafınızda və ya işləmək istədiyiniz yerdə istifadəyə imkan verər, lakin filtr istifadə etmədən mövcud ola biləcək parazit müdaxilə problemlərindən xəbərdar olmağınız lazımdır. Bu modulları əlavə istilik uducu və hava soyutma olmadan uzun müddət yüksək güc rejimində çalışdırmaq düzgün deyil. Modulun kənarındakı antenanın yanındakı SA818-də olan kvadrat yastıq istilik uducu tətbiq etmək üçün bir yerdir və torpaq potensialındadır (GND-dur).
Modullar çox çevikdir, ayrı ötürmə və qəbuletmə tezlikləri və ton kodları, yüksək / aşağı güc ayarı, RX çıxış səviyyəsi, Ön / Ön vurğu ayarı(Pre/De-emphasis), yüksək və aşağı keçid filtrləri və geniş / dar FM qəbul etməyə imkan verir. Bununla yanaşı,bir neçə bezdirici problem tapdığımı söyləyim. Siqnal ötürmə zamanı səs-küy nisbəti çox yaxşı deyil.(The transmit signal to noise ratio is not very good.) Ticarət və həvəskar avadanlıqlarla istifadə etdiyimiz standartlara uyğun deyil, ancaq qəbul edilə bilər. Göndərmə səsində (nodu dinləyərkən eşitdiyimiz səs) bir növ daxili çip parazitləri və ya ola bilən faz səs-küyünü göstərən gurultu var. (There is noise on the transmit audio (what you hear listening to your node) that is worse on high power indicating some kind of internal chip interference or possible phase noise.) Bu, yerli istifadə nodu üçün endirilə bilər, amma bu modulu gücləndiriciyə qoymaq və geniş bir ərazidə istifadə etmək istəməzdim. Digər bir məsələ PL səviyyəsidir. Yüksək görünür və ötürülən səsdə çox nəzərə çarpır. Səviyyə düzəlişi yoxdur. DCS (rəqəmsal kodlu susturma) sınamışam, lakin modul DCS qəbuledicisinin cavab müddəti yavaş görünür. Danışmadan əvvəl bir neçə saniyə gözləməmisinizsə, səsin bir hissəsini kəsəcəkdir. Bir çox insan gözləmir və digər tərəfdəki dinləyicini bezdirir. Digər bir bezdirici problem odur ki, alınan səsin ilk saniyəsinin və ya ikisinin təhrif olunmasıdır. Sanki ötürülmədən sonra RX düzgün bərpa olunmur. Ümumi səs keyfiyyətini, istifadə etdiyim digər radiolardan bir o qədər də yaxşı olmadığını görürəm. Kilometriniz dəyişə bilər, ancaq bunların hamısı bu modullardan istifadə etməyə qərar verərkən nəzərə alınması lazım olan şeylərdir.
Alıcı-Vericinin qurulması
Modulun işləməsi üçün bəzi xarici komponentlərə və bir qutuya ehtiyac var. Bu RF olduğundan və ekranlaşdırılmalı olduğundan metal qutu seçirəm. Adafruitdə Altoid qutusu stilində yaxşı işləyən bir neçə gözəl qalay qutular var. Xüsusilə onların yaxın torpaq əlaqələri və komponentlərin şassiyə birbaşa lehimlənməsi üçün birbaşa lehimlənə biləcəyini sevirəm. Adafruit-dən 2,50 dollar qarşılığında əldə edə bilərlər:
İlk nəsil UHF qutum necə göründü.
Sol tərəfdəki DB9, Alinco DRx35 vericilərindəki məlumat yuvası ilə eyni şəkildə bağlanır və səviyyələr və siqnal polyarlaşması mənim Alinco vericilərimlə asanlıqla dəyişdirməyə imkan verir. Sol altda, proqramlaşdırma üçün serial RXD / TXD siqnalları gətirən 1/8 “mini stereo telefon fişi var. Bağlantı yalnız proqramlaşdırma üçün lazımdır və istifadə zamanı əlaqəsi kəsilə bilər. Sağ tərəfində bir güc LED-i var. +5V güc girişi yuxarı sağdakı koaksial bir fişdir və anten konnektoru sağdakı bir BNC-dir.
SA818 modulun qutunun içərisində yuxarı sol tərəfdə quraşdırılmışdır. Modulun qalxanı qalay muhafazasına lehimlənmişdir. (The shield of the module is tack soldered to the tin enclosure.) Alçaq keçid filtri iki tərəfli mis lövhədə düzəldilmişdir və sağda qalayla lehimlənmişdir. Müxtəlif aşağı keçid filtri dizaynları aşağıda müzakirə olunacaq. Yalnız ayrı komponentlər +5V-dən pin 6-a 10K və pin 18-dən DB9-a ardıcıl olaraq 47K və 10uf ilə 18-dən yerə 10K-dır. Bu, TX (mikrofon) səviyyəsini Alinco’nun səviyyəsinə bərabərləşdirir.
İkinci nəsil UHF alıcı-verici konstruksiyası
Budur qəbuledici-ötürücünün ikinci nəsil quruluşunun bəzi görünüşləri. Güc səviyyə açarı və daha kiçik alçaq keçid filtri dizaynı daxil olmaqla yüngül dəyişikliklər edildi.
Alçaq keçid filtrinin görünüşləri. Filtr iki induktor və üç kondensatordan ibarətdir. İnduktor diametri 0.2 düym olan 1 dövr sarılmış #22 nömrəli teldən ibarətdir. Bunlar mis lövhədəki üç təcrid olunmuş yastıqda ardıcıl olaraq bağlanmışdır. Xarici yastıqların torpağa 10 pf çip kondensatoru, daxili yastığın yerə 15 pf çipi kondensatoru var. Hər iki son da giriş və ya çıxış ola bilər. Birinci nəsil süzgəcdə gözəl dairələrdə kəsilmiş yastıqlar yerinə , #15 tel və daha çox kiçik yastıqları olan daha böyük bir taxta istifadə olundu. Hər iki filtr də nəzərdə tutulan məqsəd üçün eyni dərəcədə yaxşı işlədi, daha böyük # 15 filtri dayanma zolağında biraz daha yaxşı idi. Mis lent iki tərəfli lövhəyə sarılır və sonra qalay şassiyə lehimlənir.
Spektr ekranlarından əvvəl və sonra
Filtrdən əvvəl UHF çıxışının bəzi spektr analizator ekranları. Bu ekranlarda istifadə olunan tezlik 431.1 Mhz-dir. Analizator 10db / div şaquli və 100Mhz / div üfüqidir. Birinci ekran aşağı , ikincisi isə yüksək gücdədir. Aşağı gücdə 2-ci harmonik təxminən 22db aşağı və yüksək gücdə təxminən 30db aşağı olur. Hər iki halda da 3-cü harmonik və digər saxta emissiyalar məqbul səviyyələrdən xeyli aşağıdır. Ekranlar mütləq oxunuş üçün kalibrlənməmişdir. Əsas itki bir db-dən az idi və bir vattmetrdə çətinliklə nəzərə çarpırdı.
Və aşağı keçid filtrindən istifadə edən ekranlar. Birinci ekran, harmoniklərin 45db-dən aşağı olduğunu göstərən aşağı güc və ikinci ekran harmoniklərin 50db-dən aşağı olduğunu göstərən yüksək güc.
Qəbuledici-Verici qutunun qapalı görünüşü
Proqramlaşdırma
818 modullarının proqramlaşdırılması üçün serial interfeys tələb olunur. BBB Allstar’ın (1.2.1) mövcud versiyası birbaşa I / O lövhəsini dəstəkləmədiyi üçün USB-dən serial interfeysi istifadə edilə bilər. Adafruit modeli BBB-də çox yaxşı işləyir. USB hub ilə istifadə edirəm və ehtiyac duyulduğu kimi qoşaraq quraşdırıla bilər. Adafruit bölməsində 4 tel var. RXD, TXD, + 5V və torpaq. RXD, TXD və topraqlamanı mini stereo fişə qoşdum. +5V istifadə olunmur. Proqramlaşdırma yalnız bir neçə dəqiqə çəkir və Chris, W0ANM tərəfindən yazılmış bir Python proqramı sayəsində çox sadədir. Kod BBB-yə quraşdırılmaq üçün hazırlanmışdır və BBB Allstar kodunun növbəti versiyasına daxil ediləcəkdir. Qurulduqdan sonra 818-prog və 818cli-prog adlı iki Python proqramı mövcuddur. Yeni başlayanlar, parametrləri nəzərdən keçirtdiyi üçün 818 proq versiyasını istifadə etməlidirlər. Yalnız formatı izlədiyinizə əmin olun və yaxşı proqramlaşdırılmalıdır (xətasız) . 818cli-prog, skriptlərdə istifadə üçün bütün proqramlaşdırma sətrinin komanda sətri girişidir. Burada Adafruit interfeysi və 818 haqqında daha çox məlumata sahib olan və modulu qablaşdırma metodunu göstərən W0AMN bloguna bir keçid var.
- Adafruit USB to Serial Adapter
- An Inexpensive (not fake) FTDI USB to Serial Adapter
- W0ANM blog – module programming information and code
Allstar mülahizələri
Bu modullar üçün normal simpleusb.conf konfiqurasiyasından və simpleusb-tune-menyudan istifadə olunan səviyyə parametrlərindən başqa xüsusi Allstar konfiqurasiya variantları yoxdur. Alinco məlumat portu konfiqurasiyasına uyğun bir DB9 ilə modulları birləşdirdim . Səviyyə yuxarıda göstərilən müqavimət dəyərləri və kabellər ilə Alinco radiolarının göstəricilərinə uyğun gəlir. Bu, rxboost = 1, və carrierfrom = usbinvert, simpleusb.conf parametrləri ilə yerinə yetirilir. SA818-i proqramlaşdırarkən RX səviyyə 1-ə qurulmuşdur. DMK URI USB FOB səviyyə parametrləri bu şəkildə idi – menyu bəndi 2 – RX = 750 və menyu bəndi 3 – TXA = 700
Təkrarlayıcı qurmaq
Yuxarıda göstərilən birinci və ikinci nəsil qutularım olan SA818-dən ikisini istifadə edərək mini təkrarlayıcı düzəltdim. Olduqca yaxşı işləyir və ötürmədən qayıdarkən ilk bir neçə saniyədə səs təhrifini almaq problemini aradan qaldırır. Modulları təkrarlayıcıda istifadə edərkən bir SA818 yalnız alır, digəri isə yalnız ötürür, beləliklə moduldakı TX – RX problemini aradan qaldırır.
Təkrarlayıcının tam şəkili.
Fotoşəkildə alıcı-verici qutular solda göstərilir.
Hər ikisi də 5V ilə qidalanır. Antenləri giriş / çıxışı Phelps Dodge dupleksleyicisinə gedir və bir qamçı(whip) anteni mərkəzi anten terminalına bağlıdır. Vericilər DMK-URI USB interfeysinə Beagle Bone Black-a USB HUB-a qoşulur. Mərkəzə əlavə olaraq ehtiyat nüsxələri üçün istifadə olunan 32 GB yaddaş kartı və ötürücüləri proqramlaşdırmaq üçün istifadə olunan USB-dən serial adapter quraşdırılmışdır. Növbəti fotoşəkildə eyni təkrarlayıcı yalnız IOGEAR simsiz Ethernet adapterindən istifadə olunur. Bütün təkrarlayıcı 5 voltluq bir batareya və tənzimləyici ilə portativ hala gətirilə bilər.
Nəticə
Ümid edirəm bu məqalən Allstar və ya ümumi rabitə ilə istifadə etmək üçün ucuz, lakin istifadəyə verilə bilən bir VHF / UHF qəbuledici ötürücü qurmağınızda faydalı olacaqdır. Bir VHF versiyası hazırlayacağam və bu səhifəyə yaxın gələcəkdə fotoşəkillər və detallar əlavə edəcəyəm.
Mövzu ilə bağlı suallarınızı və hər hansı əlavə,düzəlişlərlə bağlı şərhlərinizi aşağıda qeyd edə bilərsiniz.
Mənbə: https://hamvoip.org/hamradio/818_transceiver_module/