Şəbəkə avadanlıqları
Şəbəkələrin çoxlu növü mövcuddur, ancaq onların içərisində yerli (lokal)
şəbəkələr [local area networks, LAN] və geniş (qlobal) şəbəkələr [wide area networks, WAN] daha geniş yayılmışdır. Adlarından da göründüyü kimi, LAN əsasən məhdud, WAN isə daha geniş coğrafi ərazini əhatə edir.
Yerli şəbəkələrin əksəriy yəti fərdi kompyuterləri, iş stansiyaları və prin ter, skaner və s. kimi qurğuları bir-birinə bağlayır. Yerli şəbəkələrin müxtəlif növləri olsa da, onlardan ikisindən daha çox istifadə olunur: “müştəri-qulluqçu” və “tay-tuşlar” şəbə kəsi.
• “Müştəri-qulluqçu”, yaxud “müştəri-server” şəbəkəsi [client-server network].
Bu növ yerli şə bəkədə iş stansiya larının və ser verin im kan la rın dan maksimum istifadə etmək məq sədilə idarəetmə onlar arasında paylanır.
Bu arxitekturada tətbiqi proqramın işlənməsi müştəri və ser ver kompyuterləri arasında bölüş dürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçi sistemlərin “lal” terminallarından fərqli olaraq, “müştəri-server” arxitekturasına əsaslanan şəbəkədə müştərilər üçün fərdi kompyuterlər olur. Server kimi digər fərdi kompyuterdən, minikompyuterdən və ya meynfreymdən istifadə edilə bilər. Server
müştəriyə çoxistifadəçi mühitində işlə məyin ənənəvi üstünlüklərini – verilənlərin idarə edilməsi, informasiya ilə kollektiv işləmək, verilənlərin şəbəkə administrasiyası və onların qorunma imkanlarını verir.
Özündən əvvəlki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq
“müştəri-server” arxi tekturasında proqram təminatından server və iş stansiyaları birgə istifadə edirlər.
• “Tay-tuşlar” şəbəkəsi [peer to peer network]. Bu növ arxitekturalı şəbəkədə
bü tün kompyuterlər ey ni dərəcəlidir. Burada heç bir kompyuter server kimi ayrılmır. Şəbəkədə olan istifadəçilər komp yu terlərində olan fayllardan hansı larını digər istifadəçilər ilə paylaşmalarını özləri müəyyən ləşdirir. Bu növ şəbəkələri quraşdırmaq
və idarə etmək çox asandır. Kiçik ofislərin
ço xun da “tay-tuşlar” şəbəkəsindən istifadə
olunur.
Geniş şəbəkələr daha geniş coğrafi ərazi
üçün nəzərdə tutulmuşdur. Bu ərazi bir
bölgə, bir ölkə, hətta bütün dünyanı əhatə edə
bilər. Ən böyük geniş şəbəkə, şübhəsiz, İn ter netdir. Geniş şəbəkələrin əksəriyyəti iki və daha artıq yerli şəbəkədən ibarət olur və
onlar bir-birinə yönləndiricilər vasitəsilə
bağlanır. Belə şəbəkələrdə rabitə kanalı olaraq telefon sistemlərindən, rabitə peyklərindən, mikrodalğalardan, yaxud on ların
kombinasiyasından istifadə olunur.
Geniş şəbəkənin iki variantı var:
intranet
və ekstranet.
İntranet yalnız bir təşkilatın əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulur.
Böyük biznes qurumlarının çoxunun müxtəlif ofisləri arasında daxili sənəd dövriyyəsi məqsədi ilə belə şəbəkələr qurulur.
Ekstranet şəbəkəsi intranetə bənzəyir, ancaq bu şəbəkədə təşkilatdan kənar
xüsusi şəxslərə daxili informasiya sistemindən istifadə etməyə icazə verilir.
İnternet kimi, intranet və ekstranet şəbəkələrində də veb texnologiyalarından istifadə olunur.
Şəbəkə əməliyyat sistemləri. Bildiyiniz kimi, bütün kompyuterlərin əməliy yat sisteminə ehtiyacı var. Əməliyyat sistemi başqa funksiyalarla yanaşı, kompyuterin resurslarını da idarə edir. Windows, Mac OS, UNIX kimi əməliyyat sistemlərinin adları sizə artıq tanışdır.
Kompyuter şəbəkələrində iki növ əməliyyat sisteminin olması zəruridir. Bun lardan birincisi, Windows, yaxud Mac OS kimi masaüstü əməliyyat sistemidir.
Digəri isə şəbəkə əməliyyat sistemidir.
Masaüstü əməliyyat sistemlərinin bəziləri (məsələn, Windows, Mac OS və
UNIX) şəbəkə funksiyalarına da ma likdir. Bu sistemlər avadanlıqların sayı çox olmadıqda qənaətbəxş işləyir. Şə bəkənin imkanlarından tam istifadə etmək üçün isə tamfunksiyalı şəbəkə əmə liyyat sistemləri tələb olunur.
Şəbəkə əməliyyat sistemi serverdə işləyir, fərdi kompyuterlərdə administrasiya, mühafizə, fayl və printerlərin idarə olunması və digər xidmətləri təmin edir