Şəbəkələrin əksəriyyətində server və müştəri kompyuterləri olur. Bun lar dan başqa, şəbəkədə şəbəkə kabellərini birləşdirən və siqnalları güc lən di rən qurğuların da olması lazımdır. Belə qurğuları iki qrupa ayırmaq olar: kommunikasiya qurğuları və transmissiya qurğuları.
Kommunikasiya avadanlıqları verilənlərin gön də rilməsinə və alınmasına kömək edir. Kommunikasiya avadanlıqları dedik də, ilk növbədə, fikrimizə masaüstü kompyuterlər və modem gəlir. Lakin verilənləri göndərən və alan başqa növ qurğular da var.
Bunlara misal olaraq iri kompyuterləri – superkompyuterləri, meynfreym
kompyuterləri və minikompyuterləri – əl və dizüstü kompyuterləri və hətta faks maşınlarını və rəqəmli kameraları göstərmək
olar. Fərdi istifadə üçün ən geniş istifadə olunan ötürücü qurğu modemdir.
• Modem: Kompyuterə verilənləri telefon
xətti ilə ötürməyə imkan verir. Bildi yiniz
kimi, kompyuterdə informasiya rəqəmli
formada, yəni sıfır (0) və birlərdən (1)
ibarət ikilik kod şəklində saxlanılır. Bu
kodlar telefon xətti ilə ötü rülmək üçün
analoq siqnallara çevrilməlidir. Bu işi
məhz modem görür. Başqa sözlə, modem
kompyuterdəki informasiyanı telefon
xətləri, televiziya kabel ləri ilə ötürmək və
ya açıq fəzaya göndərmək üçün yararlı formaya salır. Xət tin o biri ucunda isə ikinci
modem həmin siqnalları kompyuterin başa
düşdüyü dilə çevirir və beləliklə, bu iki
kompyuter bir-biri ilə ünsiyyətdə olur.
“Modem” sözü bu qurğunun iş prinsipindən yaranmışdır: rə qəmli verilənlərin analoq verilənlərə çevrilmə sinə modul ya siya, əks pro sesə isə demodul yasiya deyilir; beləliklə, modem – modulyator-demo dul yatordur. Şəkil 2.7-də
kompyuter və ona qoşulmuş modem göstərilib. Yeni kompyuterlərin
əksəriyyətində daxili modemlər quraşdırılmış olur.
Şəkil 2.7. Kompyuter və ona qoşulmuş modem
Kompyuter
Modem
Splitter
Telefon
Şəbəkə kabeli
Modemin sürəti bir saniyədəki
kilobitlərlə (Kbps – kilobits
per second) ölçülür.
Bu gün ənənəvi modemlərin ən
yavaşının sürəti 56 Kbit/sandir. Belə modem bir saniyədə
təqribən 14 səhifəlik çap olunmuş mətn göndərir. Son bir
neçə onilliklərdə modemlərin
sürəti önəmli dərəcədə yüksəlib. 1960-cı illərdə təqdim
olunmuş ilk modemlər verilənləri saniyədə təxminən 300 bit
sürətlə ötürə bilirdi. Bu gün
verilənləri telefon xətti ilə
saniyədə 8 Mbit (8 Mbps)
sürətlə ötürə bilən xüsusi mo demlər vardır. Bu sürət gerçək
zamanda səsli videonu çevirib-
ötürmək üçün tam yetərlidir.
Transmissiya avadanlıqları. Modemlər fərdi kompyuterlər, yaxud bir-iki
nəfərlik kiçik ofislər üçün yararlıdır. Lakin yerli və geniş şə bə kələrdə verilənləri
ötürmək üçün istifadə olunan qurğular fərqlidir. Onlardan geniş istifadə olunanları aşağıdakılardır:
• Şəbəkə interfeys kartı. Kompyuter şəbəkəsi üçün aparat təminatının ən vacib his səsi
NIC (network interface card) şəbəkə adapteridir. Ona bəzən Ethernet-adapter, yaxud
şəbəkə kartı da deyilir. O, ayrıca kart kimi də, kompyuterin
ana löv həsinin bir hissəsi kimi də ola bilər.
• Qovşaq [hub]. Siz, yəqin ki, “telefon qovşağı” ifadəsini eşitmisiniz. Telefon qovşaqları telefon stansiyalarını
bir-birinə bağlayır. Başqa sözlə, müəyyən sayda telefon
stansiyası bir nöqtədə – qovşaqda birləşdirilir və onlar
arasında informasiya mübadiləsi həmin qovşaq vasitəsilə
aparılır. Veri lən lərin ötürülmə sində də qovşaq bən zər vəzifəni icra edir. Bu tip
qur ğu ona daxil olan bütün informasiyanı, sa də cə olaraq ötü rür. Yəni, qovşağın
portuna qoşulmuş qur ğu ların hamısı eyni informasiyanı alır
• Körpü [bridge]. Körpü şəbəkəni altşəbəkələrə ayırmaq (və ya yerli şəbəkə ləri
birləşdirmək) üçün nəzərdə tutulmuş xüsusi qurğu, yaxud uyğun proqram təminatı olan kompyuterdir.
• Şəbəkə keçidi [gateway]. Şəbəkə keçidi, yaxud şlüz müxtəlif tipli şəbəkələr ara sında in for masiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu dur.
Eynitipli şəbəkələr arasında mübadilə zamanı informasiyanı çevirən körpüdən
fərqli olaraq, şlüz verilənləri ötürməklə yanaşı, həm də onların formatını tə yinat
şəbəkəsinin protokoluna uyğunlaşdırır.
• Yönləndirici [router]. Yönləndirici yol polisinə bənzəyir: bu ağıllı qurğu şəbə –
kə trafikinə yol göstərir (istiqamət ləndirir). Şəbəkədə gön dərilən verilənlər
kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir;
paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan
şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud
marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir
hissəsində nasazlıq olarsa, yol polisi kimi, yönləndirici də paketləri alternativ
yollara istiqamətləndirə bilər