Koteqoriyasız

Raspberry Pi

Raspberry Pi (Razberi pi) — Öncədən, inkişaf etməkdə olan ölkələrdə ibtidai informatika və kompüter biliklərini tədris etmək məqsədiylə yaradılan, kredit kartı ölçülərində olan və ucuz  başa gələn, Raspberry Pi Foundation[3][4] tərəfindən yaradılan,  sonradan isə çox geniş yayılmış və bir çox tətbiq sahələri tapmış bir-lövhəli kompüterdi. Üç il ərzində, ümumilikdə 4,5 miliyon Raspberry Pi[5] satılmışdır.

Nümunə: Raspberry Pi 3 Model B

TipiBir-lövhəli kompüter
Buraxılış tarixi29 fevral 2016
Satış qiymətiUS$35
Əməliyyat sistemiRaspbian
Ubuntu MATE
Kali Linux
Snappy Ubuntu Core
Windows 10 IoT Core[1]
RISC OS
Debian
Arch Linux ARM
Mərkəzi prosessor1.2 GHz 64/32-bit dörd-nüvəli ARM Cortex-A53
RAM yaddaşıGB LPDDR2 RAM 900 MHz[2]
Daimi yaddaşMicroSDHC slot
QrafikaBroadcom VideoCore IV
Qidalanma800 mA (4.0 W)
Saytraspberrypi.org

Tarixcə

2011-ci ilin mayında USB fləş kart ölçülərində[6][7]  olan Raspberry Pi-nin ilk konseptini Devid Breben təqdim etmişdir. 

2011-ci ilin iyul ayının sonunda avadanlığın alfa – versiyası üzrə işlər bitirilərək istehsala göndəilir. 12 avqusta artıq Raspberry Pi Foundation avadanlıqların ilk hazır partiyasını alır. Alfa – versiyasında olan bəzi test funksiyalar və bahalı detallar avadanlığın final versiyasından cıxarılmışdır. Həmçinin avadanlığın son versiyası 20% daha kiçik və altı qat əvəzinə, dörd qatdan ibarətdir[8][9].

10 yanvar 2012-ci ildə şirkət 10 min lövhədən ibarət  «B»[10] modelinin istehsalına başladığını elan etdi.

29 fevral 2012-ci il «B»[11] model lövhələrinin satışına başlanılır.

16 iyul 2012-ci il layihənin yaradıcıları Raspberry Pi «B» modelinin sifarişlərinə qoyulan məhdudiyyətlərin yığışdırıldığını bildirdi.

14 dekabr 2012-ci il Raspberry Pi «A» modelinin istehsalına başlanılır.

14 iyul 2014-cü il layihənin yaradıcıları lövhənin üçüncü versiyası olan Raspberry Pi «B+» modelini buraxırlar.

2 fevral 2015-ci il layihənin yaradıcıları lövhənin dördüncü versiyası olan Raspberry Pi «2B» modelini buraxırlar.

26 noyabr 2015-ci il layihənin yaradıcıları yeni Raspberry Pi Zero mikrokompyuteri buraxdılar. Əsas fərq- qiyməti 5 dollar və montaj edilməmiş GPİO (ümumi təyinatlı giriş-çıxış) konnektoru[12].

29 fevral 2016-cı il Raspberry Pi 3 modelinin buraxılışı. Yeni 64-bitlik prosessor, WiFi və Bluetooth modulu.

Növləri

Göstərilən növlərdə istehsal olunur:

NövBuraxılış tarixiProsessorTezlikNüvəOYQGPIOUSBEthernetWiFiBluetoothQiyməti
Afevral 2013ARM1176JZ-F[13]700 MHz1256 Mb26 pin1 port$20
A+noyabr 2014ARM1176JZ-F700 MHz1256 Mb40 pin1 port$25
Baprel 2012ARM1176JZ-F700 MHz1512 Mb26 pin2 portvar$35
B+iyun 2014ARM1176JZ-F700 MHz1512 Mb40 pin4 portvar$30
2Bfevral 2015ARM Cortex-A7900 MHz41 Gb40 pin4 portvar$35
Zeronoyabr 2015ARM1176JZ-F1 GHz1512 Mb40 pin1 port[14]$5[12]
3Bfevral 2016ARM Cortex-A53 x641,2 GHz41 Gb40 pin4 portvar802.11n4.1$35

Xarici görünüş

Mikrokompyuter kredit kartı ölçülərində, tamamilə istifadəyə hazır şəkildə, 4 qatdan ibarət elektronik lövhədir. Standart komplektasiya yalnız mikrokompyuter lövhəsindən ibarətdir, lövhə qutusunu, qida blokunu, fleş kartı əlavə sifarişlə almalısız.

Model A/A+

Model B/B+

Model 3B

Pi Zero

Ümumi təyunatlı giriş-çıxış (GPIO) konnektoru

Raspberry Pi 1 Model A+ və B+, Pi 2 Model B, Pi 3 Model B və Pi Zero üzərində GPIO J8 40-pinlik konnektor vardır.[15][16] Models A və B ancaq ilk 26 pindən ibarət GPIO konnektoruna malikdir.[17][18][19]

Model B -nin ikinci reviziya lövhələri əlavə 8 pindən ibarət konnektora (sxem üzərində P6, lövhə üzərində isə P5 adlanır) malikdir hansı ki, əlavə olaraq 4 GPIO konnektor portundan istifadəyə imkan verir.[20]

Texniki təfərrüatlar

Raspberry Pi bir neçə növdə buraxılır: model «A», model «B», model «B+», model «2B» və model «3B». İlk üç model «package-on-packageruen» texnologiyasıyla bir çip üzərində yerləşdirilmiş 700 MHz surətli ARM11 tipli Broadcom BCM2835[21] prosessoru və 256MB/512MB yaddaş ilə təmin olunub. «2B» modeli 1 GHz sürətli 4 nüvəli Cortex-A7 prosessoru və 1GB operativ yaddaş ilə təmin olunub. «A» modelində bir, «B» modelində iki , «B+» və «2B» modellərində isə — dörd ədəd USB 2.0portu var. Həmçinin «B», «B+» и «2B» modellərində Ethernet portuda vardır. Əsas nüvədən əlavə, BCM2835 çipinin daxilində həmçinin OpenGL ES 2.0, FullHD videonu dəstəkləyən avadanlıq surətləndiricili (hardware accelerate) qrafik nüvə və DSP (rəqəmsal siqnal prosessoru) [3][8][9] vardır. Bundan başqa avadanlıqda real zaman modulu yoxdur[22].

Video siqnalın ötürülməsi üçün kompozit RCA konnektorundan və ya rəqəmsal HDMI – interfeysindən istifadə etmək olar. «B+» və «2B» modellərində cıxış 3,5 mm audiocıxış konnektoru üzərindəndi. Fayl sistemi, Kernel image və istifadəçi faylları SD, MMC, microSD (yalnız «B+» modelində) və ya SDIOruen.[9] tipli yaddaş kartında saxlanılır.

Raspberry Pi-nin əsas üstünlüklərindən biri də, üzərində GPIO (general purpose input/output) konnektorunun olmasıdı. Bunun sayəsində «moruqlu» mikrokompyuterlə ona qoşulu olan digər avadanlıqları idarə etmək olar. Avadanlığın «B» model versiyasında 26 – pinlik, «B+» və «2 B» modellərində isə — 40-pinlik GPIO konnektoru dayanır.

Proqram təminatı

Raspberry Pi əsasən Linux nüvəsi üzərində qurulmuş əməliyyat sistemləri üzərində işləyir. Həmçinin Windows 10 IOT ƏS-nin quraşdırılması mümkündür.[23] Bundan əlavə Raspberry Pi-ni Windows 10 IOT lisenziyasıyla 50$ almaqda olar.[24] Əməliyyat sistemlərinin quraşdırılması NOOBS vasitəsilə həyata keçirilir.

Əməliyyat sistemləri[25]

Rəsmi dəstəylənən əməliyyat sistemləri:

  • Raspbian Raspberry Pi ilə ilk tanışlıq üçün tövsiyə edilir.
  • Pidora — Raspberry Pi üçün Fedora 
  • OpenELEC  Kodi mediapleyeri əsasında və Linux uzərindən.
  • OSMC (Open Source Media Center layihəsi — əvvəllər Raspbmc) Kodi Media Center[26] mediyapleyeri əsasında və Debian GNU/Linux[26] uzərindən.
  • RISC OS — RISC-prosessorlar üçün «doğma» sayılan ƏS (ARM prosessorları eyni prosessorlar ailəsinə aiddirlər)
  • Raspberry Pi “2B” üçün Windows 10 dəstəyi[27][28]

Əməliyyat sistemlərinin quraşdırılması üçün NOOBS vasitəsindən istifadə edilir. Həmçinin əməliyyat sistemlərinin üzlərini yükləyərək SD-karta yazaraq istifadə etməkdə olar.

Digər əməliyyat sistemləri

  • A2
  • FreeBSD
  • OpenWrt
  • Kali Linux
  • Archlinux ARM
  • Raspbian Server Edition
  • RISC OS
  • RasPBX[29]
  • IPFire
  • Raspberry Pi Thin Client (Tin klient)
  • Parrot Security OS
  • WTware Raspberry Pi[30] 

Yaradılmaqdadır

Mükafatlar

  • 27 oktyabr 2011 -ci il Raspberry Pi ARM TechCon 2011[31] -da keçirilən «Hardware Design» nominasiyasının qalibi olmuşdur.

İstinadlar

  1.  “Windows 10 for IoT”. Raspberry Pi Foundation. 30 April 2015.
  2.  “Raspberry Pi 3 is out now! Specs, Benchmarks & More”. The MagPi Magazine. 1 April 2016.
  3. ↑ Jump up to:1 2 About us (англ.
  4.  Naughton, John.
  5.  Raspberry Pi 2 arrives with quad-core CPU, 1GB RAM, same $35 price
  6.  Компьютер Raspberry Pi размером с брелок за 25 долларов Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (рус.
  7.  Raspberry Pi: Elite writer David Braben’s £15 computer (англ.
  8. ↑ Jump up to:1 2 Alpha boards in manufacture (англ.
  9. ↑ Jump up to:1 2 3 The alpha boards are here! 
  10.  Two things you thought you weren’t going to get: a manufacturing date and an SoC datasheet (англ.
  11.  Сообщение о поступлении в продажу 29 февраля 2012 года (рус.
  12. ↑ Jump up to:1 2 Raspberry Pi Zero – Raspberry Pi (en-GB).
  13.  Процессор ARM1176
  14.  miniUSB OTG
  15.  http://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-B-Plus-V1.2-Schematics.pdf
  16.  https://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/RPI-3B-V1_2-SCHEMATIC-REDUCED.pdf
  17.  https://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-Rev-1.0-Model-AB-Schematics.pdf
  18.  https://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-Rev-2.0-Model-AB-Schematics.pdf
  19.  https://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-Rev-2.1-Model-AB-Schematics.pdf
  20.  http://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-Rev-2.1-Model-AB-Schematics.pdf
  21.  Demo – Raspberry Pi running Quake 3 (англ.
  22.  FAQs (англ.
  23.  Develop Windows 10 IoT apps on Raspberry Pi 3 and Arduino – Windows IoT. developer.microsoft.com. Yoxlanılıb 12 iyun 2016.
  24.  Buy Raspberry Pi 3 Board and 16GB, 10class, with NOOBS Review — Microsoft Store
  25.  Downloads | Raspberry Pi
  26. ↑ Jump up to:1 2 OSMC.
  27.  Eben Upton.
  28.  Raspberry Pi – Teach, Learn, and Make with Raspberry Pi (en-GB).
  29.  Asterisk for Raspberry PiAsterisk for Raspberry Pi.
  30.  Raspberry Pi 2 və Pi 3 üçün WTware http://www.winterminal.com/ru/.
  31.  We won an award!

Həmçinin bax

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Həmçinin Bax
Close
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x