Raspberry Pi
Raspberry Pi (Razberi pi) — Öncədən, inkişaf etməkdə olan ölkələrdə ibtidai informatika və kompüter biliklərini tədris etmək məqsədiylə yaradılan, kredit kartı ölçülərində olan və ucuz başa gələn, Raspberry Pi Foundation[3][4] tərəfindən yaradılan, sonradan isə çox geniş yayılmış və bir çox tətbiq sahələri tapmış bir-lövhəli kompüterdi. Üç il ərzində, ümumilikdə 4,5 miliyon Raspberry Pi[5] satılmışdır.
Nümunə: Raspberry Pi 3 Model B
Tipi | Bir-lövhəli kompüter |
---|---|
Buraxılış tarixi | 29 fevral 2016 |
Satış qiyməti | US$35 |
Əməliyyat sistemi | Raspbian Ubuntu MATE Kali Linux Snappy Ubuntu Core Windows 10 IoT Core[1] RISC OS Debian Arch Linux ARM |
Mərkəzi prosessor | 1.2 GHz 64/32-bit dörd-nüvəli ARM Cortex-A53 |
RAM yaddaşı | 1 GB LPDDR2 RAM 900 MHz[2] |
Daimi yaddaş | MicroSDHC slot |
Qrafika | Broadcom VideoCore IV |
Qidalanma | 800 mA (4.0 W) |
Sayt | raspberrypi.org |
Tarixcə
2011-ci ilin mayında USB fləş kart ölçülərində[6][7] olan Raspberry Pi-nin ilk konseptini Devid Breben təqdim etmişdir.
2011-ci ilin iyul ayının sonunda avadanlığın alfa – versiyası üzrə işlər bitirilərək istehsala göndəilir. 12 avqusta artıq Raspberry Pi Foundation avadanlıqların ilk hazır partiyasını alır. Alfa – versiyasında olan bəzi test funksiyalar və bahalı detallar avadanlığın final versiyasından cıxarılmışdır. Həmçinin avadanlığın son versiyası 20% daha kiçik və altı qat əvəzinə, dörd qatdan ibarətdir[8][9].
10 yanvar 2012-ci ildə şirkət 10 min lövhədən ibarət «B»[10] modelinin istehsalına başladığını elan etdi.
29 fevral 2012-ci il «B»[11] model lövhələrinin satışına başlanılır.
16 iyul 2012-ci il layihənin yaradıcıları Raspberry Pi «B» modelinin sifarişlərinə qoyulan məhdudiyyətlərin yığışdırıldığını bildirdi.
14 dekabr 2012-ci il Raspberry Pi «A» modelinin istehsalına başlanılır.
14 iyul 2014-cü il layihənin yaradıcıları lövhənin üçüncü versiyası olan Raspberry Pi «B+» modelini buraxırlar.
2 fevral 2015-ci il layihənin yaradıcıları lövhənin dördüncü versiyası olan Raspberry Pi «2B» modelini buraxırlar.
26 noyabr 2015-ci il layihənin yaradıcıları yeni Raspberry Pi Zero mikrokompyuteri buraxdılar. Əsas fərq- qiyməti 5 dollar və montaj edilməmiş GPİO (ümumi təyinatlı giriş-çıxış) konnektoru[12].
29 fevral 2016-cı il Raspberry Pi 3 modelinin buraxılışı. Yeni 64-bitlik prosessor, WiFi və Bluetooth modulu.
Növləri
Göstərilən növlərdə istehsal olunur:
Növ | Buraxılış tarixi | Prosessor | Tezlik | Nüvə | OYQ | GPIO | USB | Ethernet | WiFi | Bluetooth | Qiyməti |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
A | fevral 2013 | ARM1176JZ-F[13] | 700 MHz | 1 | 256 Mb | 26 pin | 1 port | $20 | |||
A+ | noyabr 2014 | ARM1176JZ-F | 700 MHz | 1 | 256 Mb | 40 pin | 1 port | $25 | |||
B | aprel 2012 | ARM1176JZ-F | 700 MHz | 1 | 512 Mb | 26 pin | 2 port | var | $35 | ||
B+ | iyun 2014 | ARM1176JZ-F | 700 MHz | 1 | 512 Mb | 40 pin | 4 port | var | $30 | ||
2B | fevral 2015 | ARM Cortex-A7 | 900 MHz | 4 | 1 Gb | 40 pin | 4 port | var | $35 | ||
Zero | noyabr 2015 | ARM1176JZ-F | 1 GHz | 1 | 512 Mb | 40 pin | 1 port[14] | $5[12] | |||
3B | fevral 2016 | ARM Cortex-A53 x64 | 1,2 GHz | 4 | 1 Gb | 40 pin | 4 port | var | 802.11n | 4.1 | $35 |
Xarici görünüş
Mikrokompyuter kredit kartı ölçülərində, tamamilə istifadəyə hazır şəkildə, 4 qatdan ibarət elektronik lövhədir. Standart komplektasiya yalnız mikrokompyuter lövhəsindən ibarətdir, lövhə qutusunu, qida blokunu, fleş kartı əlavə sifarişlə almalısız.
Model A/A+
Model B/B+
Model 3B
Pi Zero
Ümumi təyunatlı giriş-çıxış (GPIO) konnektoru
Raspberry Pi 1 Model A+ və B+, Pi 2 Model B, Pi 3 Model B və Pi Zero üzərində GPIO J8 40-pinlik konnektor vardır.[15][16] Models A və B ancaq ilk 26 pindən ibarət GPIO konnektoruna malikdir.[17][18][19]
Model B -nin ikinci reviziya lövhələri əlavə 8 pindən ibarət konnektora (sxem üzərində P6, lövhə üzərində isə P5 adlanır) malikdir hansı ki, əlavə olaraq 4 GPIO konnektor portundan istifadəyə imkan verir.[20]
Texniki təfərrüatlar
Raspberry Pi bir neçə növdə buraxılır: model «A», model «B», model «B+», model «2B» və model «3B». İlk üç model «package-on-packageruen» texnologiyasıyla bir çip üzərində yerləşdirilmiş 700 MHz surətli ARM11 tipli Broadcom BCM2835[21] prosessoru və 256MB/512MB yaddaş ilə təmin olunub. «2B» modeli 1 GHz sürətli 4 nüvəli Cortex-A7 prosessoru və 1GB operativ yaddaş ilə təmin olunub. «A» modelində bir, «B» modelində iki , «B+» və «2B» modellərində isə — dörd ədəd USB 2.0portu var. Həmçinin «B», «B+» и «2B» modellərində Ethernet portuda vardır. Əsas nüvədən əlavə, BCM2835 çipinin daxilində həmçinin OpenGL ES 2.0, FullHD videonu dəstəkləyən avadanlıq surətləndiricili (hardware accelerate) qrafik nüvə və DSP (rəqəmsal siqnal prosessoru) [3][8][9] vardır. Bundan başqa avadanlıqda real zaman modulu yoxdur[22].
Video siqnalın ötürülməsi üçün kompozit RCA konnektorundan və ya rəqəmsal HDMI – interfeysindən istifadə etmək olar. «B+» və «2B» modellərində cıxış 3,5 mm audiocıxış konnektoru üzərindəndi. Fayl sistemi, Kernel image və istifadəçi faylları SD, MMC, microSD (yalnız «B+» modelində) və ya SDIOruen.[9] tipli yaddaş kartında saxlanılır.
Raspberry Pi-nin əsas üstünlüklərindən biri də, üzərində GPIO (general purpose input/output) konnektorunun olmasıdı. Bunun sayəsində «moruqlu» mikrokompyuterlə ona qoşulu olan digər avadanlıqları idarə etmək olar. Avadanlığın «B» model versiyasında 26 – pinlik, «B+» və «2 B» modellərində isə — 40-pinlik GPIO konnektoru dayanır.
Proqram təminatı
Raspberry Pi əsasən Linux nüvəsi üzərində qurulmuş əməliyyat sistemləri üzərində işləyir. Həmçinin Windows 10 IOT ƏS-nin quraşdırılması mümkündür.[23] Bundan əlavə Raspberry Pi-ni Windows 10 IOT lisenziyasıyla 50$ almaqda olar.[24] Əməliyyat sistemlərinin quraşdırılması NOOBS vasitəsilə həyata keçirilir.
Əməliyyat sistemləri[25]
Rəsmi dəstəylənən əməliyyat sistemləri:
- Raspbian Raspberry Pi ilə ilk tanışlıq üçün tövsiyə edilir.
- Pidora — Raspberry Pi üçün Fedora
- OpenELEC Kodi mediapleyeri əsasında və Linux uzərindən.
- OSMC (Open Source Media Center layihəsi — əvvəllər Raspbmc) Kodi Media Center[26] mediyapleyeri əsasında və Debian GNU/Linux[26] uzərindən.
- RISC OS — RISC-prosessorlar üçün «doğma» sayılan ƏS (ARM prosessorları eyni prosessorlar ailəsinə aiddirlər)
- Raspberry Pi “2B” üçün Windows 10 dəstəyi[27][28]
Əməliyyat sistemlərinin quraşdırılması üçün NOOBS vasitəsindən istifadə edilir. Həmçinin əməliyyat sistemlərinin üzlərini yükləyərək SD-karta yazaraq istifadə etməkdə olar.
Digər əməliyyat sistemləri
- A2
- FreeBSD
- OpenWrt
- Kali Linux
- Archlinux ARM
- Raspbian Server Edition
- RISC OS
- RasPBX[29]
- IPFire
- Raspberry Pi Thin Client (Tin klient)
- Parrot Security OS
- WTware Raspberry Pi[30]
Yaradılmaqdadır
- Android
- Chromium OS
- Puppy Linux
Mükafatlar
- 27 oktyabr 2011 -ci il Raspberry Pi ARM TechCon 2011[31] -da keçirilən «Hardware Design» nominasiyasının qalibi olmuşdur.
İstinadlar
- “Windows 10 for IoT”. Raspberry Pi Foundation. 30 April 2015.
- ↑ “Raspberry Pi 3 is out now! Specs, Benchmarks & More”. The MagPi Magazine. 1 April 2016.
- ↑ Jump up to:1 2 About us (англ.
- ↑ Naughton, John.
- ↑ Raspberry Pi 2 arrives with quad-core CPU, 1GB RAM, same $35 price
- ↑ Компьютер Raspberry Pi размером с брелок за 25 долларов Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (рус.
- ↑ Raspberry Pi: Elite writer David Braben’s £15 computer (англ.
- ↑ Jump up to:1 2 Alpha boards in manufacture (англ.
- ↑ Jump up to:1 2 3 The alpha boards are here!
- ↑ Two things you thought you weren’t going to get: a manufacturing date and an SoC datasheet (англ.
- ↑ Сообщение о поступлении в продажу 29 февраля 2012 года (рус.
- ↑ Jump up to:1 2 Raspberry Pi Zero – Raspberry Pi (en-GB).
- ↑ Процессор ARM1176
- ↑ miniUSB OTG
- ↑ http://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-B-Plus-V1.2-Schematics.pdf
- ↑ https://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/RPI-3B-V1_2-SCHEMATIC-REDUCED.pdf
- ↑ https://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-Rev-1.0-Model-AB-Schematics.pdf
- ↑ https://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-Rev-2.0-Model-AB-Schematics.pdf
- ↑ https://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-Rev-2.1-Model-AB-Schematics.pdf
- ↑ http://www.raspberrypi.org/documentation/hardware/raspberrypi/schematics/Raspberry-Pi-Rev-2.1-Model-AB-Schematics.pdf
- ↑ Demo – Raspberry Pi running Quake 3 (англ.
- ↑ FAQs (англ.
- ↑ Develop Windows 10 IoT apps on Raspberry Pi 3 and Arduino – Windows IoT. developer.microsoft.com. Yoxlanılıb 12 iyun 2016.
- ↑ Buy Raspberry Pi 3 Board and 16GB, 10class, with NOOBS Review — Microsoft Store
- ↑ Downloads | Raspberry Pi
- ↑ Jump up to:1 2 OSMC.
- ↑ Eben Upton.
- ↑ Raspberry Pi – Teach, Learn, and Make with Raspberry Pi (en-GB).
- ↑ Asterisk for Raspberry Pi. Asterisk for Raspberry Pi.
- ↑ Raspberry Pi 2 və Pi 3 üçün WTware . http://www.winterminal.com/ru/.
- ↑ We won an award!
Həmçinin bax
- Orange pi
- ODROID
- raspberrypi.org — Raspberry Pi rəsmi səhifə
- Rusdilli Raspberry Pi
- eLinux.org -da Raspberry Pi haqqında informasiya
- Getting Started with Java® SE Embedded on the Raspberry Pi — Oracle Technology Network-da məqalə
- Book for Beginner Yeni başlayanlar üçün kitab
- Raspberry Pi: первое знакомство/ — rus dilində dərslər