Radio RabitəTelekommunikasiya

RADİOHƏVƏSKARLAR KİMLƏRDİR?

RADİOHƏVƏSKARLAR KİMLƏRDİR?
Radioefir nədir? Bu milyardlarla səslərdir: qarmaqarışıq səslər və bizə lazım olan səslər. Yəqin ki, bunu hər kəs, həmçinin sizdə radioqəbuledicinin kökləmə düyməsini firlayarkən eşidirsiniz. Efirde dünyanın yüzlərlə radiostansiyası dünya xalqlarının dillərində danışır. Bu səslərın içində bizim-qısadalğaçılarında səsləri var…….Sizin üçün bir yenilik qeyd edim.Alimlər radio və onun xüsusiyyətlərini,radiodalğalarının yayılma qanunlarını radiohəvəskar-qisadalğaçıların köməyilə başa düşmüşlər. Ancaq onların təcrübələri sayəsində radiotezliklərin bütün incəliklərini ayrıd etmək mümkün olmuşdur. Radiohəvəskar-qısadaiğacı, qısadalğaçı, radiokonstruktor- bütün bunlar onların tam siyahısı deyild ir və bizlərə aiddir. Bir az izah edək. Dünyada radiohəvəskarlar çoxdur.Bizlərdən bəziləri səsgücləndirici aparat (cihaz) yığır, kimisi televiziya texnikası ilə maraqlanır və müasir televizorlardan və radiolardan çoz gözəl baş çıxarır, bəzisi mikroprosessor texnikası ilə maraqlanır. Kimisi (bizdə onlardanıq) radioqəbuledici-radioverici üzərində işləmək üçün özlərini fəda edirlər. Bəziləri ancaq konstruktorluq fəaliyyəti ilə, bəziləri isə ancaq hansısa sxem üzrə müxtəlif cihazlar yığır. Bu səbəbdəndə qeyd etmək lazımdırki, radiohəvəskarlığın istiqamətləri çoxdur. Ona görədə hər kəs özu sevdiyi sahəni seçir.

QISA DALĞALARDA RADİO İDMANI…

BU NƏDİR?Bu özünün boş vaxtını səmərəli keçirmək üçün ən yaxşı vasitədir.Çoxlu insanlar öz axşamlarını ancaq belə keçirirlər. Çoxları qısadalğaçıları işi-peşəsi olmayanlar adlandırırlar. Nə üçün? Həvəskar radiorabitənin məğzi və məramı nədir? Bu sadəcə ünsiyyət vasitəsidir. Sənin yanında olmayan bir insanla ünsiyyət. Bu ünsiyyət sadəcə olaraq telefonla olduğu kimi bir ünsiyyətdir. Burada telefon aparatənin işini həvəskar radiostansiya görür.Sadə radiostansiya – əldə düzəldilmiş vəya ixtisaslaşdırılmış rabitə vasitələri satan mağazadan alına bilər. Əvvəllər həvəskar radiostansiyanın yığılması (transiver adlanması qəbul olunub) radioelektronika biliklərinin yüksək səviyyədə olmasının göstəricisi idi. Müəyyən biliyə sahib olduqdan sonra isə transiverin yığılmasına başlamaq olardı. Başqa ölkələrdə (Yaponiya, Amerika və s.) isə daha asan yolla getdilər. Həmin ölkələrdə həvəskar r/stansiyaların müxtəlif modellərini buraxan çoxlu zavodlar var. Orada elə vəziyyət yaranıbki, istənilən şəxs r/stansiya alaraq evin damında antenna quraraq efirə çıxa biər.Bizim ölkəmizdə son 10 ildə belə vəziyyət yaranıb. Qeyd edəkki, indi özün transiver yığmaqdansa yeni transiver almaq daha asandır. Əlbəttə çoxları özünə normal transiver almaq üçün 1500-2000 dollar tapa bilmir.Misal üçün İCOM və ya KENWOOD firmasınin transiverləri.Əlbəttə efirə yeni çıxan hər bir adam ,aparatından asılı olmayaraq ,çox böyük sevinc hissi keçirir.

ÇAT -da belədir: Səndə hansı kompyuterin (bilgisayarın) olmasından asılı olmayaraq onlar burada yığışıb söhbət edirlər. Biz isə efir vasitəsi ilə ünsiyyət qurmaqdan böyük həzz alırıq. Və hər bir radiohəvəskar-qısadalğaçı uzaqda yaşayan həmkarı ilə rabitə yaradaraq onunla antenna (cihaz) yığması təcrübəsini bölüşərək çox sevinir.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x