Radio RabitəTelekommunikasiya

RADİOEFİR. ÇAĞIRIŞ SİQNALLARI

Radioefir çox böyükdür. Efir İstifadə olunan radioverici qurğuların təyinatından asılı olaraq radioyayım radiostansiyaları, müxtəlif rabitə xidmətləri və həvəskar radiostansiyalar arasinda dəqiq bölunmüşdür. Radiohəvəskarları üçün 20-yə yaxin radiotezlikzolağı (sahəsi-diapazon) ayrılmışdır. Efirde yalnız göstərilən tezliklərdə işləməyə icazə verilir.Biz nə haqqında danışırıq? Çox şey haqqında. Əsasən radiohobbi və radiostansiyaya aid qurğ ular haqqında. Biz nə haqqında danışırıq?. Əsasən radiohobbi və radioqurğular haqqında. Hər mövzuya icazə var. Lakin milli ədavət, irqi ayrı-seçgilik, siyasi və sair bu kimi söhbətlər olmamalıdır.Sovet dövründə daha pis idi: söhbətlər yalnız radio və hava haqqında ola bilərdi. Xaricilərlə, xüsusilə kapitalist ölkələri ilə ünsiyyətdə olmaq üçün müəyyən təcrübəyə, ağıla və nailiyyətə malik olmaq lazım idi. İndi isə biz kimi istəyiriksə onunla və bizi kim çağırırsa onunla ünsiyyətdə oluruq. Mən çox sadəcə olaraq İstənilən ölkə ilə rabitə yaradar və ünsiyyət qura bilərəm.Lakin biz biri-birimizi necə tanıyırıq? Məsələn səsimizlə. Lakin bütün dünyada adamları tanımaq üçün ciddi sistem qəbul olunub. Hər bir radiostansiyaya malik olan şəxsə özünə məxsus xüsusi =radiohəvəskar ad= çağırış siqnalı verilir. Bu çağırış siqnalına uyğun olaraq radiostansiyanın hansı ölkəyə və h əmçinin ölkənin hansı rayonuna məxsus olması bilinir.Çağırış siqnalı radiohəvəskarın həyatına o qədər möhkəm daxil olurki, onlar biri-biri ilə şəxsən görüşdükdə çağırış siqnalları ilə müraciət edirlər. Çağırış siqnalı iki hiss ədən ibarətdir: Prefiks və Suffiks. Gəlin buna nümunədə baxaq: RN9AQZ : Birinci hissə prefks: RN9 – Bu ölkəni və stansiyasının =milliyətini= təyin edir. Rusiya üçün RA-dan RZ- ə kimi hərflər qəbul olunmuşdur. Rəqəmlər ərazini (region) göstərir. 9 – Uralı, 0 -Uzaq Şərqi və Şərqi Sibiri göstərir. Suffiks AQZ . 9A -Çelyabinsk vilayətini, 2F- Kalininqrqad vilayətini, 9 W- Başqırdstan, 4H- Samara vilayəti və sair. Suffiksin qalan iki hərfi orijinaldır və özundə heç nə ifadə etmir (Lakin ikinci hərfə görə stansiyanın statusunu təyin edir- şəxsi və ya kollektiv).Azərbaycana rəqəm-hərfdən ibarət prefiks 4J və 4K ayrılmışdır. Radiostansiyaların gündəlik işi üçün daimi (müntəzəm) prefiksləri 4J2-4J9 , 4K2-4K9 olan çağırış siqnallaı verilir. Xüsusi r/stansiyalara isə prefiksləri 4J1 və 4J0 , 4K1 və 4K0 olan çağırış siqnalları verilir. 4J2 və 4K2 prefiksi Naxçıvan üçün, 4J4-4J9 və 4K4-4K9 prefiksi Bakı şəhərinə , Azərbaycanın qalan ərazilərinə isə (Bakı və Naxçıvandan başqa) 4J3 və 4K3 prefiksləri verilmişdir.Efirdə işləyən zaman hər kəs öz çağırış siqnalını səsləndirməlidir. Biz bu çağırış siqnalına görə biri-birimizi tanıyırıq.Köhnə zamanlardan bir məcburi şərt qalmışdır: Biz hər bir rabitənin başlanğıcında raportlarımızı dəyişməli (eşidilmənin qiyməti və siqnalın gücü) ,özümüzü təqdim etməli və efirdə işlədiyimiz şəhərin adınmızıı deməliyik.Sonra isə xudahafizləşmək vəya hansısa radiotexnikaya aid mövzuya uyğun söhbətə başlamaq olar. Əlbəttə bu prosesi görməyən və bunu eşitməyən şəxs üçün bu gülməli gələrki, biz nə ilə məşğuluq. Həqiqətdə isə düşünə bilərlər ki,bu dialoqda yaxşı nə var ki?Radiorabitədən bir nümunə:-Hamıya, mən RA9AMN, hamı üçün qəbuldayam….- RA9AMN, burada UT5EW….- UT5EW, vaxtın xeyir. Səni 59 qəbul edirəm, adım Konstantin, şəhərim Trexqornıydır.- OK! Konstantin qəbul olundu.Salam. Həmçinin -59, Dnepropetrovskdan Sergey…….- Sergey,sağ ol qəbul olundu. Sualım yoxdur,gələn görüşlərədək.- Kostya səni saxlamağa cürət etmirəm,gələn görüşlərədək, 73!- RA9AMN ! Burada UT5EW -dir.Rabitənin sonu.Hə necədir? Bu haqda məlumatı olmayan şəxs üçün belə qısa söhbət çox qəribə gələ bilər.Lakin əsl radiovurğunları (fanatları) üçün bu həddindən artıq maraqlıdır. Mən əvvəlcə Dnepropetrovsk ilə, sonra Moskva , Sonra isə Bakı ilə rabitə keçirdim və sair. Sonra ingilis dilində ümumi çağırış verdim- artıq xaricilər- yaponlar, amerikanlar çağırır.Daha heç nə deməyəcəyəm ki, nə haqqında danışmaq olar. Bunun üçün gərək sən öz tərəf-müqabilinə maraqlı olasan. Rabitədən sonra QSL-kartoçka (açıqça) ilə mübadilə edirsən. Bu poçt açıqcası kimidir. Bir üzündə hər-hansı rəsm (şəhərinin şəkili), digər üzündə isə bütün lazım olan məlumatlar-eşidilmənin səviyyəsi, operatorun adı, şəhər və özün haqqında məlumat. Bəzən çox ölkələrdən nadir QSL- kartoçkalar gəlir. Başqa mənada isə bu kartoçka həmdə rabitəni təsdiq edən mühüm sənəddir. Demək olar ki hər bazar günü radioidmanı üzrə müxtəlif yarışlar keçirilir. Ölkə və beynəlxalq səviyyələrdə yarışlar keçirilir.Çox təəssüflər olsunki, efirdə qadınların sayı çox azdır. Əlbəttə qadınları başa düşmək olar: ev və uşaq qayğıları və başqa işlər.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x