Radio Rabitə

Radiodalğaların elektromaqnit birliyi (birgəliyi)

Radioelektron və rabitə vasitələrinin tətbiq oblastları artdıqca onların birlikdə işləməsi və qarşılıqlı maneələrin aradan qaldırılması məsələsi meydana çıxır. Buna radiodalğaların elektromaqnit birgəliyi deyilir. Elektromaqnit birgəliyi problemi həm qurğu və aparatları, həm də radiodalğaların yayılma şərtini əhatə edir.

Qarşılıqlı maneələrin qiyməti seçilən tezlik diapazonundan və atmosferin vəziyyətindən asılıdır. Ona görə də yeni radioelektron vasitələrinin yerləşdirilməsi zamanı qarşılıqlı maneələrin mümükünlüyünün səviyyəsi istiqamətində lazımi tədqiqat aparmaq lazımdır. Belə hesablamalar və tədqiqatlar zamanı mane olan mənbə tərəfindən yaradılan siqnalın maksimal səviyyəsini təyin etmək lazımdır.

Eyni diapazonlarda işləyən televiziya və radiolokasiya stansiyalarının qarşılıqlı maneələri də bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Santimetrlik dalğa diapazonundakı qarşılıqlı maneələr əsasən atmosfer dalğaötürənlərin yaranması ilə bağlıdır. Qarşılıqlı maneələrin yaranma ehtimalı həm də radioxəttin coğrafi vəziyyətinin, ilin və sutkanın zamanından da çox asılıdır. Hal-hazırda bu sahədə beynəlxalq normalar qəbul olunmuşdur ki, bu da müxtəlif diapazonlarda işləyən sistemlərin birlikdə işini təmin edir. Tövsiyyə olunur ki, rabitə sistemlərinin yerüstü stansiyalarında şüalanma olmasın və ya şüalanmanın yer səthinə nəzərən maksimal həddi 30 olsun. Yer səthində verici tərəfindən yaradılan şüalanma selinin gücünün spektral sıxlığı (-150)dB×Vt/m2 qiymətini keçməməlidir.

Hal-hazırda müxtəlif təyinatlı radioelektron qurğuları arasında yaranan qarşılıqlı maneələrin hesablanması üçün müxtəlif metodlar işlənib hazırlanmaqdadır.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x