Qida bloku (QB)
Qida bloku (QB) istənilən avadanlığın ən vacib hissələrindən sayılır və kompüterlər də burada istisna deyil. « Yaxşı qida bloku – bütün sistemin əsasıdır » Qida blokunun əsas vəzifəsi – şəbəkənin 220-240 V
gərginliyini kompüterin konstruktiv elementlərinin qidalanma gərginliyinə +12, +5, +3,3 V keçirməkdir.
Əvvəllər bunun üçün elektrik qüvvəsindən istifadə edən transformatorların əsasında işləyən qida blokları tətbiq olunurdu. Müasir qida bloklarının bu cür antikvar qurğular qarşısında üstünlüyü onların çəkisidir.
Bu gücə malik tək belə bir transformatorun çəkisi 5 kq-dır, müasir impulsiv qida bloklarının çəkisi isə cəmi 900 qramdır.
(Qidalanma bloku metal qutu şəklində sistem blokunun arxa tərəfinə bərkidilir. Qida blokunda transformator,düzləndirici və ventilyator yerləşdirilmişdir. Transformator şəbəkədən sistem blokuna daxil olan 220 volt gə rginliyi transformasiya edərək müxtəlif qiymətli, gərginliklərə çevirir. Düzləndiricinin vəzifəsi fərdi kompüterin bəzi elementlərini sabit gərginlik ilə təmin etməkdir. Ventilyatordan qidalanma blokunun daxilində yerləşmiş transformatorun və düzləndiricinin iş prosesində qızmasının qarşısını almaq üçün istifadə edilir.Qidalanma blokundan çı xan naqillər dəsti müxtəlif qurğuları gərginliklə təmin etmək üçündür və ana löhvəyə, disk sürüşdürücülərinə birləşdirilir.)
250W/ 300W/ 400W/ 500W
Yaxşı qida blokunu pis qida blokundan necə ayırmaq olar?
1. Məsələn, qiymətinə görə. Yaxşı qida bloku 20$-dan aşağı ola bilməz. Yüksək keyfiyyətli 40-60$ dəyərindədir. Baxmayaraq ki, bəzən yüksək qiymət yüksək keyfiyyətə zəmanət vermir.
2. İstehsalçı firmaya görə. Fərz edək ki, eyni qiymətlə sizə Codegen-dən və ya Antec-dən QB əldə etməyi
təklif edirlər, hansını seçərsiz? Əgər bilmirsizsə, o zaman xülasəni oxuyun!
3. Çəkisinə görə! Directon.com saytında aparılan adi müqayisələrdən göründüyü kimi QB-nın keyfiyyəti
və çəkisi arasında düz proporsional asılılıq mövcuddur ki, bunu da izah etmək asandır. Ucuz QB-da
istehsalçılar mümkün qədər qənaət etməyə çalışırlar: sxemi sadələşdirir, radiatorların sahəsini kiçildir,
keyfiyyətli və böyük elektroliz kondensatoları kiçik və ucuzları ilə əvəz edirlər, ən xoşagəlməz hal odur ki,
ən çox nazik və QISA naqillərdən istifadə edirlər…