Qaranlıqda aktivləşən xəbərdarlıq siqnallarında ən çox opamplar və bəzi məntiq IC-lər istifadə edilir. Burada monostable multivibrator rejimində “ölməz” 555 istifadə edilib :). Bu daha ucuz başa gələn bir sxemdir. R2 və C1 komponentləri bir saniyəlik zamanı təmin edir. LDR (işığa həssas bir rezistor) qaranlıqda olduqda, müqavimət yüksək olur və 555′-in 2-ci pinini GND-a (torpağa) çəkir. Bu halda monostable impulslar hasil olar və (aktiv!) 6 voltluq piezo dinamiki işə düşər. Əvvəlcədən təyin edilmiş P1 ətraf mühitin işıq səviyyəsindən asılı olaraq tənzimlənir. Dövrə evinizdəki bir divara quraşdırıla bilər. Mövcud mühit işığının səviyyəsinə görə P1-in qurulduğunu fərz etsəniz, otağa və ya dəhlizə girən hər kəs tərəfindən yaranan kölgə həyəcan siqnalı aktivləşdirəcəkdir.
Dövr diaqramı: