Video materiallar

PCB dizayn proqramlarının istifadə imkanları

Distant təhsildən mühəndislər də faydalanır.
Covid-19 pandemiyası dövründə fərdi hazırlıq kursları öz fəaliyyətini dayandırmışdır. Mühəndislik sahəsi üzrə fəaliyyət göstərən ixtisasartıma kursları da öz işlərinə müəyyən müddətə qədər fasilə vermişdir.
Yeni yaradılmış və Azərbaycanda mühəndislik sahəsinin inkişaf etdirilməsi üzrə fəaliyyət göstərən Azərbaycan Mühəndislər Assosasiyasının (AMA) təşkilatı dəstəyi ilə mühəndislik ixtisasartıma kursları da artıq distant təhsilin imkanlarından məhsuldar istifadə edə bildi. Onu da qeyd edək ki, AMA-nın əsas prinsipi Azərbaycanda mühəndis standartlar və kriteriyalarının yaradılması və mühəndislik sektorunda innovativ layihələrin işlənilməsi və mühəndislik təhsilinə yeni istiqamətin verilməsidir. AMA-nın müxtəlif ixtisaslar üzrə çoxşaxəli fəaliyyətinin mərkəzində isə mühəndislik sahəsində formalaşan daxili problemlərin həll tapmasıdır.
AMA-nın nəzində fəaliyyət göstərən “Elektronika departamentində” PCB dizayn proqramlarının müqayisəsi, nümunə dizaynlar və istehsala hazırlıq mövzusunda onlayn vebinar iştirakçıların hədsiz marağına səbəb olmuşdur. Sonda mühəndislər arasında distant təhsilə nə kimi töhfə verəcəyimiz barəsində geniş müzakirələr aparılmışdır. Təklif olunmuşdur ki, orta məktəblərdə STEM təhsil çərçivəsində interaktiv tədris mühitini dəstəkləyən milli platforma yaradılsın.

Müəllif : Qadir Qafarov
Təşkilatçı: Azərbaycan Mühəndislər Assosasiyası (AMA) və ElectronX Lab

Mövzu ilə bağlı video material:

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x