Çap lövhələri (PCB)Koteqoriyasız

ONLAYN DÖVRƏ SIMULYATORLARI -TOP10

Onlayn dövrə simulyatorları gündən-günə daha da məşhurlaşır. Elektronika həvəskarları, eləcə də mütəxəssislər, dövrə diaqramlarını dizayn etmək və yoxlamaq üçün tez-tez dövrə simulyatorlarından istifadə edirlər. Onlayn simulyatorla əlaqəli ən yaxşı şey, kompüterinizdə və ya dizüstü kompüterinizdə heç bir şey quraşdırmaq məcburiyyətində olmamağınızdır. Sizə lazım olan yalnız bir brauzer və sabit bir internet bağlantısıdır. Onlayn dövrə simulyatoru veb saytını açaraq hesabınıza daxil olmaqla hər hansı bir yerdən işləyə bilərsiniz. Əladır, hə? İndi sual yaranır ki, hansı simulyatordan istifadə etmək lazımdır?
Ən yaxşı simulyator hansıdır? Yaxşı, bir cümlə ilə “ən yaxşı simulyator yoxdur“. Bu, tələbinizdən və təcrübə səviyyənizdən asılıdır. Sadəcə,yeni başlayan birisinizsə, onda təməl və daha az mürəkkəb simulyatora ehtiyacınız var. Ancaq bu sahədə peşəkar və mütəxəssissinizsə, şübhəsiz ki, mürəkkəb, çox məqsədli bir simulyatora ehtiyacınız olacaq. Burada populyarlığına, işləməsinə, qiymətlərinə və kitabxana hissələrinin mövcudluğuna (istifadə edilə bilinən olmasına) görə on ən yaxşı 10 onlayn simulyatoru sadaladım.

1. EasyEDA – Easyeda.Com

easyeda online circuit simulator
EasyEDA onlayn dövrə simulyatoru

EasyEDA, elektronika mühəndisləri, müəllimlər, tələbələr və həvəskarlar üçün mürəkkəb bir dövrə dəstəkləyən , qarışıq rejimli dövrə simulyatoru və PCB quruluşunu birləşdirən, pulsuz, quraşdırmağa ehtiyac olmayan, veb və bulud əsaslı bir EDA alət dəstidir.

EasyEDA tamamilə pulsuz, istifadə üçün asan və zəngin özəlliklərə sahib olduğu üçün ilk sıralarda yer alır.

Üstünlükləri:

  • Böyük və daim böyüyən topluluq (istifadəçilər)
  • Elementlər kitabxanası olduqca zəngindir
  • Çox güclü simulyatordur
  • Yüksək keyfiyyətli PCB dizaynı mümkündür
  • Dövrə / çap lövhəsi (PCB) dizaynı hər cür əngəldən azaddır. Yeni başlayanlar asanlıqla EayEDA-ya başlaya bilərlər
  • EasyEDA tamamilə pulsuzdur

Çatışmazlıqları:

  • Simulyasiyanı etmək biraz çətindir. Rəhbərə (istifadəsinə aid göstrəişlərə) əməl etməlisiniz.

2. Autodesk Circuits – Circuits.Io

(circuits.io) Autodesk circuits online simulator
(circuits.io) Autodesk onlayn dövrə simulyatoru

Autodesk Circuits – elektronik layihə ideyalarınızı pulsuz, asan istifadə olunan onlayn vasitələrlə həyata keçirməyə imkan verir.

Sxemi dizayn etmək, breadboard taxtasında görmək, məşhur Arduino platformasını istifadə etmək, dövrəni simulyasiya etmək və nəticədə PCB yaratmaq imkanı verən AutoDesk tərəfindən hazırlanmış bir dövrə / PCB dizayn vasitəsi və simulyatorudur. Arduino-nu birbaşa bu proqram simulyasiyasından proqramlaşdıra bilərsiniz.

Üstünlükləri:

  • Çıxış dizaynı şərh etmək daha asandır və real bağlantı edərkən lazımlı bir istinad olacaqdır
  • Arduinonu simulyasiya edə bilir
  • Kitabxananın bir çox hissələri var

Çatışmazlıqları:

  • Dövrə dizaynı digər simulyatorlara nisbətən daha çətindir.
  • Sürətli bir dövrə çəkmək olmur

3. PartSim Partsim.Com

PartSim online Circuit Simulator
PartSim – onlayn dövrə simulyatoru

PartSim veb brauzerinizdə işləyən pulsuz və istifadəsi asan bir simulyatordur. PartSim tam SPICE simulyasiya mühərriki,özündə, veb-əsaslı sxematik dəstək vasitəsi və qrafik dalğa görüntüləyicisini ehtiva edir.

Üstünlükləri:

  • Bu platforma olduqca səliqəlidir və istifadəsi asandır
  • Satıcılardan çox sayda hissə, bunu praktik məqsəd üçün yaxşı bir seçim halına gətirir
  • PartSim istifadə üçün tamamilə pulsuzdur

Çatışmazlıqları:

  • Çox güclü simulyator deyil, yeni başlayanlar üçün yaxşıdır
  • Kitabxanada çox sayda op-amp var, lakin digər IC-lər yoxdur

4. EveryCircuit – Everycircuit.Com

EveryCircuit Online Circuit Simulator
EveryCircuit onlayn dövrə simulyatoru

EveryCircuit, yaxşı hazırlanmış bir qrafika ilə bir onlayn dövrə simulyatorudur. Istifadə etmək çox asandır və əla elektronik dizayn sisteminə malikdir. Simulyasiyanı veb səhifənizdə yerləşdirməyə imkan verir.

Üstünlükləri:

  • EveryCircuit-də ayrıca mobil platformalar da mövcuddur (Android ve iOS)
  • Müxtəlif dinamik parametrlərin təsir edici animasiyalı nümayişi
  • Çox sayda nümunə və əvvəlcədən hazırlanmış sxemlər təklif edir. Yeni başlayanlar üçün yaxşıdır

Çatışmazlıqları:

  • Bu platforma pulsuz deyil
  • Bir çox lazımlı IC-lər yoxdur

5. Circuit Sims – Falstad.Com/Circuit/

Falstad Circuit Online circuit simulator
Falstad Circuit onlayn dövrə simulyatoru

Hər hansı bir brauzerdə işləyən olduqca sadə veb platformadır. Platforma sadə sxemlərin və elektronikanın işləməsini başa düşmək istəyən yeni başlayanlara mükəmməl şəkildə uyğun gəlir.

Üstünlükləri:

  • Ən sadəsi. Yeni başlayanlar bununla “baş ağrıtmaq” məcburiyyətində qalmayacaqlar
  • Tamamilə pulsuzdur və heç bir hesab tələb olunmur
  • Bu açıq mənbə platformadır

Çatışmazlıqları:

  • Kitabxananın hissələri çox məhduddur
  • GUI cəlbedici deyil

6. DC/AC Virtual Lab – Dcaclab.Com

DC/AC Virtual Lab online circuit simulator
DC/AC Virtual Lab onlayn dövrə simulyatoru

DC / AC Virtual Lab, DC / AC dövrə qurmağı bacaran bir onlayn simulyatordur, batareyalar, rezistorlar, məftillər və digər komponentlərlə dövrə qura bilərsiniz.

DC / AC Virtual Lab olduqca cəlbedici bir qrafikaya malikdir və komponentlər real görünür, lakin hissələr kitabxanasında məhdudiyyət, sxemlərin çəkilməməsi və digər səbəblərdən ötəri ilk beşlikdə deyil.

Üstünlükləri:

  • Sadə UI, tələbələr və müəllimlər üçün yaxşıdır
  • Parçalar yalnız simvol deyil, həqiqi parçaya bənzəyir

Çatışmazlıqları:

  • DC / AC Virtual Laboratoriyası tamamilə pulsuzdur
  • Parçalar kitabxanası çox məhduddur
  • Simulyasiya o qədər də güclü deyil

7. DoCircuits – Docircuits.Com

DoCircuits online circuit simulator
DoCircuits onlayn dövrə simulyatoru

DoCircuits istifadə etmək asandır, lakin çox verimli deyil. Həm analoq, həm də rəqəmsal dövrələri dizayn edə bilərsiniz. Ancaq simulyasiyanı yerinə yetirmək üçün daxil olmalısınız.

Üstünlükləri:

  • Bir az ləng olsa da interaktiv dizayna sahibdir
  • Komponentlər real görünüşlüdür
  • Çox sayda dövrə var

Çatışmazlıqları:

  • Eyni dövrədə həm analoq, həm də rəqəmsal komponentlərdən istifadə edə bilməzsiniz
  • Simulyasiya olduqca məhduddur
  • DoCircuits pulsuz deyil

8. CircuitsCloud – Circuits-Cloud.Com

CircuitsCloud online circuit simulator
CircuitsCloud onlayn dövrə simulyatoru

CircuitsCloud pulsuz və istifadəsi asan bir simulyatordur. Həm analoq, həm də rəqəmsal üçün yaxşı işləyir. Başlayanlar asanlıqla istifadə edə bilərlər, ancaq əvvəlcə hesab yaratmalısınız.

Üstünlükləri:

  • CircuitsCloud pulsuz bir platformadır
  • Burada dövrə düzəltmək asandır

Çatışmazlıqları:

  • Simulyasiya yaxşı deyil. Cari cərəyan istiqaməti canlandırılmır
  • Kitabxanada kifayət qədər rəqəmsal IC və MCU yoxdur

9. CIRCUIT LAB – Circuitlab.Com

CircuitLab online circuit simulator
CircuitLab  onlayn dövrə simulyatoru

CircuitLab  zəngin özəllikərə sahib bir onlayn dövrə simulyatorudur, lakin pulsuz deyil. İstifadəsi asan redaktor və dəqiq analoq / rəqəmsal dövrə simulyatoru ilə hazırlanmışdır.

Üstünlükləri:

  • Bu platforma həm yeni başlayanlar, həm də təcrübə edənlər üçün uyğun olduqca geniş kitabxanaya sahibdir
  • Simulyasiya edilmiş qrafiklər və çıxış nəticələri sonrakı təhlil üçün CSV faylı olaraq ixrac edilə bilər
  • Dövrlərin dizayn edilməsi asandır və əvvəlcədən hazırlanmış sxemlər mövcuddur

Çatışmazlıqları:

  • Bu pulsuz bir platforma deyil, ancaq demosu pulsuz istifadə edə bilərsiniz
  • Simulyasiya qrafik təsvirdən başqa interaktiv simulyasiyalarla daha yaxşı ola bilərdi
  • Kitabxanaya daha çox rəqəmsal İS əlavə edilməlidir

10. TinaCloud – Tina.Com

Tina Cloud online circuit simulator
Tina Cloud onlayn dövrə simulyatoru

TINA Dizayn Suite analoq, rəqəmsal, HDL, MCU və qarışıq elektron sxemlərin təhlili, dizaynı və real vaxt testi üçün güclü, eyni zamanda əlverişli bir dövrə simulyatoru və PCB dizayn proqram paketidir.

TINA çox inkişaf etmiş bir dövrə simulyatorudur və təcrübəli insanlar üçün yaxşı bir seçimdir. Yeni başlayanlar üçün çox asan deyil və başlamaq üçün bir az vaxt tələb olunur. TINA pulsuz deyil. Ancaq performansını düşünsəniz, qiymət əhəmiyyətsizdir.

Üstünlükləri:

  • Bu simulyasiya proqramı inkişaf etmiş imkanlara malikdir
  • Simulyasiyalar şirkətin serverində aparılır, buna görə də əla dəqiqlik və sürət ilə təmin edilir
  • Müxtəlif növ sxemlər simulyasiya edilə bilər

Çatışmazlıqları:

  • Bu platforma yeni başlayanlar üçün deyil
  • Təcrübəli olsanız da, əvvəlcə bəzi çətinliklərlə üzləşə bilərsiniz
  • Tina Cloud pulsuz bir simulyator deyil

Digər Simulyatorlar


Beləliklə, indi “Ən yaxşı on onlayn dövrə simulyatorları” siyahısı var, amma bu son deyil. Sizin üçün tapa biləcəyiniz digər yaxşı onlayn simulyatorlar var. simulator.io, Gecko-simulyasiya və s. bunlardan bəziləridir. Mükəmməlin seçməzdən əvvəl onlardan bəzilərini sınamağı məsləhət görürəm. Əgər siyahıya daxil olan başqa bir simulyator bilirsinizsə, bizimlə paylaşın. Hər hansı bir təklifiniz yüksək qiymətləndirilir.

Mənbə: Onlayn dövrə simulyatorları -top10

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x