NE555 (NE556 iki bölməli) mikrosxemi bir çox məqsəd üçün istifadə olunan mikrosxem olaraq çox yerdə qarşımıza çıxır. Rezonans,zaman gecikməsi və düzbucaqlı impuls (eninə impuls modulyasiyası) siqnalını yaratmaq üçün istifadə edilə bilən sabit bir inteqral dövrədir. Vaxt(zamanlama) intervalı mikro-saniyədən saatlaradək ola bilər. Bundan əlavə, tənzimlənən çıxış tezliyini təmin etməklə bərabər, geniş tətbiq sahəsinə malikdir.
Taymer, inteqral sxemlər (inteqral sxemlər) arasında ən çox seçilən,istifadə olunan mikrosxem növlərindən biridir. Bu mikrosxem, kifaəyə qədər ucuzdur. NE555 yüksək tezliklərdə stabil işləyir. Bunun səbəbi, mikrosxemin R və C elementlərinin fərqli dəyərlərdə seçilərək , zaman müddətinin asanlıqla tənzimlənə bilməsindədir.
1-ci ayaq (torpaq): torpaq(GND) və ya ümumi bir pindir.
2-ci ayaq (tətikləyici): Bu pin komporatorun qeyri invers girişidir. Dövrənin çıxışını “1”-ə təyin etmək üçün istifadə olunur.
3 -cü ayaq (çıxış): çıxış pinidir. 555-in çıxış mərtəbəsindəki Q20, Q24 tranzistorları (Aşağıdakı şəkil) “totem pole”, Q21, Q22 tranzistorları darlington tiplidir və yüksək çıxış səviyyəsində qida gərginliyinin təxminən 1.7 V altında çıxışı təmin edir.
4-cü ayaq (sıfırlama): Bu pin,çıxışı “sıfırlamaq” üçün istifadə olunur. Bu pinə mənfi bir impuls verilərsə, boşaltma(discharge) tranzistoru doyuma gedir və çıxış məntiqi “0” olur.
5-ci ayaq (nəzarət gərginliyi): Bu pin,Vcc dəyərinin 2/3 -ini təmin edərək, gərginlik bölücüyə birbaşa çıxışı təmin edir. 555-in gərginliklə idarə olunmasında istifadə olunur. Normal iş rejimində küyün qarşısını almaq üçün təxminən 0,01 uF-lıq bir kondensatorla torpağa(GND-a)birləşdirilir.
6-cı ayaq (threshold): Bu pin komporatorun invers girişidir. Bu pindəki gərginlik 2/3 Vcc-dən çox olduqda, çıxışın “0” məntiqinə keçməsinə səbəb olur.
7-ci ayaq (discharge): Bu pin Q14 NPN tranzistorunun kollektorudur. Çıxış aşağı səviyyədə olduqda aşağı müqavimət; yüksək səviyyədə olanda yüksək müqavimət göstərərək kondansatörün yüklənməsini və boşaldılmasını idarə edir.
8-ci ayaq (mənbə): Qida gərginliyinin tətbiq olunduğu yerdir. 4.5V və 16V arasındakı bir qida gərginliyi tətbiq edilə bilər.
555 mikrosxeminin özəllikləri
• Yüksək dayanıqlığı və aşağı qiyməti ilə yanaşı fərqli xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər:
- Sönmə müddəti 2 mikrosaniyədən azdır
- Maksimum emal tezliyi 500 KHz-dən çoxdur
- Mikro saniyədən saata qədər zamanı tənzimləmək olur
- Yüksək çıxış cərəyanı verə bilir (200 mA)
- Tənzimlənən çıxış tezliyinə malikdir
- +4.5 , +18V arası qida gərginliyini tələb edir..
555 taymer mikrosxemi monastable multivibrator (asimmetrik düzbucaqlı dalğa generatoru), astable multivibrator (simmetrik düzbucaqlı dalğa generatoru) kimi istifadə edilə bilər. Qısaca bunlardan danışsaq:
Qərarlı dövrə (Monostable çalışma)
Bu vəziyyətdə taymer tək bir sabit dövrə kimi fəaliyyət göstərir. Xaricdən bağlı bir kondansatorun yükü əvvəlcə taymerin içərisindəki tranzistor tərəfindən boşaldılır. Taymerin ikinci ayağına mənfi bir trigger impulsu tətbiq edildikdə, flip-flop, kondansatordakı qısa dövrəni aradan qaldırır və çıxışı “yüksək” səviyyəyə gətirir. Kondansatorun ucundakı gərginlik zaman sabiti ilə eksponensial olaraq dəyişir, Ʈ = Ra.C. Monostable və Astable çalışma mövzuları haqqında ətraflı məlumat almaq istəyirsinizsə, əvvəllər yazdığımız məqaləyə baxa bilərsiniz.
Kondansatorun ucundakı gərginlik 2/3 Vcc olduqda, müqayisə edici (komporator) flip-flopu yenidən qurur (sıfırlayır). Bu vəziyyətdə, kondansator tez boşalır və çıxış flip-flop tərəfindən aşağı səviyyəli (“0”) vəziyyətə gətirilir.
Tətikləmə pininə tətbiq olunan mənfi artımlı(amplitudlu) impulsun genişliyi 1/3 Vcc səviyyəsinə çatdıqda dövrə işə salınır. Dövrə işə salındıqdan sonra, T müddəti bitənə qədər eyni vəziyyətdə qalır. Bu müddət ərzində dövrə yenidən işə salınsa da, mövqeyi dəyişmir.
Bu T müddəti aşağıdakı düsturla verilə bilər;
T=1,1 . R1.C1
Bu müddət ərzində mənfi impuls, sıfırlama pininə tətbiq edilərək dövrə yenidən qurula (sıfırlana) bilər. Əgər sıfırlama pini Vcc pininə bağlanarsa davamlı dolub-boşalan bir görüntü yaranacaq.
Qərarsız dövrə (Astable Çalışma)
Taymer özünü tətikləyərək qərarsız bir dövrə kimi çıxış edəcəkdir. Xarici olaraq bağlanan kondansator R1 və R2 vasitəsilə doldurulacaq və R2 vasitəsilə boşaldılacaqdır. Puls müddəti – period bu iki rezistor tərəfindən tənzimlənə bilər. Bu rejimdə kondansator 1/3 Vcc və 2/3 Vcc gərginliyi arasında doldurur və boşalır. Monostable və Astable , hər iki dövrə üçün signal tezliyi mənbədən asılı deyildir.
Əlavə məlumat üçün aşağıdakı videonu izləyə bilərsiniz
Əlavə mənbə:
Məlumat kitabçası :http://www.ti.com/lit/ds/symlink/ne555.pdf