Site icon ElectronX Lab

NANOPI K1 PLUS

NANOPI K1 PLUS-ALLWINNER H5 SOC ilə təchiz edilmiş FRIENDLYELEC-in yeni açıq özəllikli tək kartlı kompüteri

FriendlyElec, 35 dollar dəyərində olan açıq özəllikli “NanoPi K1 Plus” SBC 2018-də satışa çıxarıb. Yeni NanoPi K1 Plus, Amlogic S905 SoC-dən (Odroid-C2-də istifadə olunan) başqa bir neçə NanoPi lövhəsində istifadə olunan Allwinner H5 SoC-ə keçən,mediya baxımından zəngin bir lövhədir. Hər iki SoC’də 4x Cortex-A53 nüvəsi və Mali-450 GPU var, lakin H5-in saat sürəti 1.5GHz əvəzinə 1.4GHz, daha aşağı sürətə sahibdir.

Yeni lövhə, 85 x 56 mm-lik NanoPi K2 ilə müqayisədə demək olar ki, oxşardır. RPi 3 və Odroid-C2 kimi eyni xüsusiyyət toplusuna və sxemə sahibdir. FriendlyElec, K2’nin WiFi / Bluetooth modulunu 2.4GHz WiFi çip ilə dəyişdirdi və HDMI 2.0 portunu 4K dəstəyinə maksimum 30 fps-də sahib olan HDMI 1.4 səviyyəsinə endirdi. K1 Plus eyni zamanda, USB 2.0 host portlarından birini azaltdı və cəmi 3x USB 2.0 portu ilə birlikdə güc girişi dəstəyinə sahib bir mikro USB OTG portu qaldı. Əvvəlki DC-in yuvası çıxarıldı.

Daha yaxşı tərəfi, K1 Plus-a bəzi multimedia xüsusiyyətləri əlavə edilib. CVBS siqnalları qəbul edən yeni bir DVP kamera interfeysi, daxili mikrofon və 3,5 mm-lik səs girişi var. CVBS əvvəllər yalnız Raspberry Pi standartlı 40 pin genişləndirmə konnektoru ilə mövcud idi.

2GB RAM, microSD yuvası, eMMC yuvası və GbE portu var. Bundan başqa İR qəbuledicisi, soyuducu və debug başlığı var. Açıq özəllikli lövhə prinsipial sxem və digər sənədlərlə birlikdə Armbian və Ubuntu Core əsaslı ƏS , FriendlyCore üçün mövcuddur.

NanoPi K1 Plus üçün texniki göstəricilər:

NanoPi K1 Plus indi 35 dollara satılır. Daha çox məlumatı FriendlyElec-in NanoPi K1 Plusun satışwiki səhifəsindən əldə edə bilərsiniz.

Exit mobile version