KoteqoriyasızTək kartlı kompüterlər

NANOPI K1 PLUS

NANOPI K1 PLUS-ALLWINNER H5 SOC ilə təchiz edilmiş FRIENDLYELEC-in yeni açıq özəllikli tək kartlı kompüteri

FriendlyElec, 35 dollar dəyərində olan açıq özəllikli “NanoPi K1 Plus” SBC 2018-də satışa çıxarıb. Yeni NanoPi K1 Plus, Amlogic S905 SoC-dən (Odroid-C2-də istifadə olunan) başqa bir neçə NanoPi lövhəsində istifadə olunan Allwinner H5 SoC-ə keçən,mediya baxımından zəngin bir lövhədir. Hər iki SoC’də 4x Cortex-A53 nüvəsi və Mali-450 GPU var, lakin H5-in saat sürəti 1.5GHz əvəzinə 1.4GHz, daha aşağı sürətə sahibdir.

Yeni lövhə, 85 x 56 mm-lik NanoPi K2 ilə müqayisədə demək olar ki, oxşardır. RPi 3 və Odroid-C2 kimi eyni xüsusiyyət toplusuna və sxemə sahibdir. FriendlyElec, K2’nin WiFi / Bluetooth modulunu 2.4GHz WiFi çip ilə dəyişdirdi və HDMI 2.0 portunu 4K dəstəyinə maksimum 30 fps-də sahib olan HDMI 1.4 səviyyəsinə endirdi. K1 Plus eyni zamanda, USB 2.0 host portlarından birini azaltdı və cəmi 3x USB 2.0 portu ilə birlikdə güc girişi dəstəyinə sahib bir mikro USB OTG portu qaldı. Əvvəlki DC-in yuvası çıxarıldı.

Daha yaxşı tərəfi, K1 Plus-a bəzi multimedia xüsusiyyətləri əlavə edilib. CVBS siqnalları qəbul edən yeni bir DVP kamera interfeysi, daxili mikrofon və 3,5 mm-lik səs girişi var. CVBS əvvəllər yalnız Raspberry Pi standartlı 40 pin genişləndirmə konnektoru ilə mövcud idi.

2GB RAM, microSD yuvası, eMMC yuvası və GbE portu var. Bundan başqa İR qəbuledicisi, soyuducu və debug başlığı var. Açıq özəllikli lövhə prinsipial sxem və digər sənədlərlə birlikdə Armbian və Ubuntu Core əsaslı ƏS , FriendlyCore üçün mövcuddur.

NanoPi K1 Plus üçün texniki göstəricilər:

  • Prosessor: Mali-450 GPU ilə Allwinner H5 (4x 64 bitlik Cortex-A53 nüvələri @ 400MHz – 1.4GHz)
  • Yaddaş : 2GB DDR3 RAMMicroSD yuvası, 128GB-a qədər (açıla bilən) eMMC yuvası
  • Simsiz: 2.4GHz 802.11b/g/n; PCB antenna
  • Şəbəkə: Gigabit Ethernet portu (Realtek RTL8211E)
  • Mediya I/O (giriş-çıxışlar):
    • HDMI 1.4 port (4K@30fps video və səs)
    • DVP kamera 24-pin başlıq (header)
    • 3.5mm audio jack CVBS çıxışla birlikdə
    • Daxili Mikrofon
    • I2S/PCM 7-pin başlıq
  • Digər I/O (giriş-çıxışlar):
    • 3x USB 2.0 host portları
    • Mikro-USB 2.0 /OTG portu enerji kabeli ilə birlikdə
    • Serial debug 4-pin başlıq
    • 40-pin RPi 3 standartlı genişləndirmə konnektoru (I2C, GPIO, UART, PWM, SPDIF, SPI)
  • Digər özəlliklər: LEDlər; IR qəbul edici; GPIO, düymə; soyuducu; istəyə bağlı akrillik case
  • Güc: 5V2A DC giriş micro-USB üzərindən; PMIC
  • Əməliyyat sistemi: (Images for) Armbian və FriendlyCore ( Ubuntu Core əsasında ) ilə Linux 4.x

NanoPi K1 Plus indi 35 dollara satılır. Daha çox məlumatı FriendlyElec-in NanoPi K1 Plusun satışwiki səhifəsindən əldə edə bilərsiniz.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x