Site icon ElectronX Lab

MOSFET nədir?

MOSFET nədir?
Əvvəlki, Transistor nədir? adlı yazımızda MOSFET-lər haqqında qısaca söhbət açmışdıq. MOSFET sözü, Metal Oxide Semi-conductor Field Effect Transistor (metal oksid yarımkeçirici sahə effektli tranzistor), sahə effektli tranzistorların (FET) inkişaf etdirilmiş növləridir.

MOSFET

Onlar analoq və rəqəmsal dövrələrdə kommutasiya və güc balansı üçün istifadə edilə bilər. BJT-lər(bipolyar ranzitorlar) kimi, MOSFET-lərdə də 3 ayaq var. Bu ayaqlar gate(rəzə,qapı), drain(mənsəb) ve source(mənbə) adlanır.

MOSFET-in şərti işarəsi
Bütün MOSFET tipləri


MOSFET iş prinsipi


İş prinsipinə görə MOSFET-in 2 növü var:

Depletion tip MOSFET (N Kanallı): 

Bu tip MOSFET-lərdə, Drain və Source uclarına bağlı olan iki N tipli bölgələr arasında kanal var. Qapı pinindəki gərginlik 0V olduqda, bu kanal vasitəsilə Drain və Source arasında müəyyən bir cərəyan keçir. Gate-ə (+) gərginlik tətbiq edildikdə, Drain-Source  mənbəyi arasındakı kanal genişlənir və üzərindən keçən cərəyan artır. (-) gərginlik tətbiq edildikdə, kanal daralaraq keçən cərəyan azalır.

Enhancement tip MOSFET (N Kanal):

Depletion tipli MOSFET-lərin fərqi, Drain və Source arasında heç bir kanalın olmamasıdır. Gate terminalına(pininə) heç bir gərginlik tətbiq edilmirsə, Drain-Source arasında cərəyan axan deyil. Bu tip MOSFET-lərdə iki N tipli keçirici və aralarındakı izolyator bir kondansator quruluşu əmələ gətirir. Gate terminalına (+) və (-) tətbiq edilməklə Drain və Source arasındakı cərəyan idarə olunur.

MOSFET-lərin ümumi iş prinsipi


MOSFET harada istifadə olunur?


MOSFET-lər yüksək tezlikli elektron dövrələrdə, voltmetr, ommetr və multimetr kimi ölçmə alətlərində və yüksək giriş müqavimətli gücləndiricilərdə istifadə olunur. Bundan əlavə, güc elektronikasında istifadə olunan güc MOSFETləri var. Bu MOSFETlər enerji təchizatı, aşağı gərginlikli motor idarəetmə sxemlərində və DC-DC çeviricilərində istifadə olunur.

MOSFET nə edir?


MOSFET, ən qısa tərifi ilə gate-i izolyasiya olunmuş sahə effektli bir tranzistor növüdür. Məqalənin əvvəlində qeyd etdiyimiz kimi,MOSFET-lər, analoq və rəqəm dövrələrindən asılı olmayaraq ehtiyacdan asılı olaraq elektron dövrələrdə kommutasiya və güc balanslaşdırma işləri aparırlar. Ən çox istifadə olunan elektron sxemlər rəqəmsal dövrələrdir. Standart MOSFET-lər bir tranzistor kimi işləsələr də, bunlardan başqa güc MOSFET-ləri də yüksək səviyyədə güc kontrolu həyata keçirirlər

P Kanal və N Kanal MOSFET


Həm Depletion və həm də Enhancement tipli MOSFETlər iki fərqli sinifə bölünür, N kanal və P kanal. N kanalı MOSFETlər Drain və Source uclarına qoşulmuş iki N tipli maddədən ibarətdir; P kanalı MOSFETlər Drain və Source ilə əlaqəli iki P tipli maddədən ibarətdir.

N tipli Mosfet vs P tipli Mosfet

MOSFET Sürücü Dövrə

Aşağıdakı şəkildəki bir güc MOSFET sürücü dövrəsi nümunə olaraq verilmişdir.

MOSFET Sürücü Dövrə Nümunəsi


MOSFET üçün inteqrasiya edilmiş bir dövrə (inteqral sxem,mikrosxem) quraşdırmaq əvəzinə hazır kartlardan faydalana bilərsiniz. PWM idarə etməli MOSFET kartını, MOSFET sürücü kartını və güc MOSFET sürücüsü kartını saytımızda nəzərdən keçirə bilərsiniz. Ayrıca tək bir düyməyə toxunan zaman yüksək güclüorta güclü yüklərini idarə edən MOSFET kartları da mövcuddur. Düymə ilə idarə olunan orta güclü MOSFET sürücü lövhəsi, yüksək güclü MOSFET sürücü lövhəsi və orta güclü açar dövrəsinə baxa bilərsiniz.

IRF520 MOSFET Sürücülər Kartı
MOSFET tərs gərginlikdən qorunmalı orta güclü on-off düyməli açar dövrəsi


MOSFET qiymətləri


MOSFET qiymətləri, xüsusiyyətlərinə görə dəyişir. İstifadəyə uyğun olaraq tələb olunan xüsusiyyətlərə diqqət yetirilməlidir, təxminən 10 qəpik ilə 20 manat arasında dəyişən geniş qiymət diapazonu var. Saytımızda mövcud olan MOFSET növlərini burada tanış ola bilərsiniz.

Ardı var…

Yazının hazırlanmasında maker.robotistan.com saytından alıntılar var.

Fikirləriniz bildirməyi unutmayın.

Exit mobile version