Kompüter sistemləriKoteqoriyasız

Monitor

Monitor — kompüterin xarici qurğusu. Verilənləri vizual şəkildə göstərmək üçündür. “Monitor” sözü “nəzarət etmək”, “yoxlamaq”, “displey” – “aşkar etmək”, “göstərmək” mənasını daşıyır.

Monitorlar əsasən 3 növə bölünür:

  1. CRT (Cathode Ray Tube) – elektron şüa borusu, böyük ölçülü monitorlar;
  2. LCD (Liquid Crystal Display) – kristal maye ekranlı, yastı panelli monitorlar;
  3. Plazma ekranlı monitorlar – xüsusi texnologiya ilə hazırlanan yastı, böyük ölçülü monitorlar.

Ümumi məlumat

IBM PC kompüterinin monitoru ekrana mətnin və qrafik informasiyanın çıxarılması üçün nəzərdə tutulub. Monitor adi televizora oxşayır, çünki onların hər ikisi təsviri kineskop vasitəsilə formalaşdırırlar, lakin daxildə onlar çox fərqlənirlər. Monitorlar rəngli və monoxrom olur və bir-birindən ölçüsü ilə fərqlənir, adətən kineskopun diaqonalı 14-dən 21 düymə qədər olur. Monitorlar eləcə də çıxarılan təsvirdəki nöqtələrin sayına görə də fərqlənirlər. Belə ki, monitorda təsvirin üfüqi və şaquli istiqaməti üzrə nöqtələrin sayı müxtəlif monitorlarda 640×480 nöqtədən 1600×1280 nöqtəyədək ola bilər. Eləcə də ekrana verilən təsvirdə müxtəlif rənglərdən istifadə etmək olar, bu rənglər 16-dan 16,8 milyona qədər ola bilər.

Elektron şüa borulu ( CRT – Cathode Ray Tube ) monitorlar
File:Viewsonic-crt.png
Elektron şua borulu monitor

CRT monitorların əsas elementi elektron şüa borusudur. Bu elektron şüa borulu televizorlarla eyni prinsipdə işləyir. Borunun içərisi lyuminofor adlanan materialla örtülüb və içərisində elektron dəstələri vardır. Lyuminofor qatı triadalardan təşkili olunub. Triadalar 3 nöqtədən ibarət elementlərdir. Bu üç nöqtə qırmızı (Red), yaşıl (Green) və mavi (Blue) rəngi əks etdirən elementlərdir. Borunun dar ucunda elektron topu (elektronlar mənbəyi) yerləşir. Bunlar şüalar buraxır. Həmin şüalar triadaların üzərinə lazımi intensivlikdə düşərək lazımi rəngi verir. Məsələn, ağ rəngi vermək üçün RGB(255,255,255) olmalıdır, yəni qırmızı, yaşıl və mavi elementlər maksimum intensivliyə malik olur və ağ rəngi verir. Qara rəng üçün RGB(0,0,0). Beləliklə, hər pikselə bir triada uyğun gəlir və pikselin rəngi triadanın elementlərinə düşən intensivlikdən asılıdır.
Monitorun əsas göstəriciləri ekranın ölçüsü, ekranda təsvir olunan nöqtələrin sayı, təsvirin əks olunmasının maksimal tezliyi və ekranın müdafiə dərəcəsidir.

LCD (Liquid Crystal Display – Maye Kristallı Displey)

Bu tipli monitorların ekranları adi elektron saatlarınmobil telefonların və s. displeylərində olan ekranlarla eynidir. Bu ekran iki təbəqədən ibarətdir. Həmin təbəqələrin arasında sterjinşəkilli molekullar yəni maye kristallı qarışıqlar vardır. Kristallar işığı şəkildə göründüyü kimi polyarizatorlardan keçirirlər. Elektrik cərəyanı mayedən keçəndə kristalları bir istiqamətdə yönəldir. Nəticədə kristallar işığı polyarlaşdıran müstəvi qatları şəkildə göründüyü kimi döndərir. Nəticədə işıq buradan keçə bilmir və həmin hissə tünd rəngə boyanır.

LCD ekranlarda cəmi 64 rəng çaları yaratmaq mümkündür, CRT ekranda isə 256. Hər pikseldə 3 element – qırmızı, yaşıl, göy (RGB) olarsa, hər element 64 rəng çaları yarada bilər. Nəticədə 64*64*64 = 262 144 rəng kombinasiyadan birini almaq olar. CRT ekranlarda isə 256*256*256 = 16 777 216 sayda olur. LCD ekranlarda təsviri insan gözünün rahat görməsi üçün parlaqlığı artırmaq üçün elementlər yerləşdirirlər (backlight).

Maye kristallı monitor

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x