Mikroprosessorlar
Mikroprosessor – kompüterin “beyni” hesab edilir və kompüterdə verilənlərin emalını, ötürülməsini və xarici qurğuların idarə edilməsini saniyənin milyonda bir hissəsində təmin edir. Mikroprosessorun əsas xarakteristikası onun işçi gərginliyi, takt tezliyi, takt tezliyinindaxili çoxaltma əmsalı, keş-yaddaşının tutumu və dərəcəliliyidir. Mikroprosessoru işçi gərginlik ilə ana palata təmin edir.Intel firmasının əvəllər istehsal etdiyi mikroprosessorlarda gərginlik 5.0 volta bərabər idisə, indiki zamanda firma tərəfindən buraxılan mikroprosessorlarda bu qiymət 3.0 volta çatdır ılmışdır. İşçi gərginliyinin qiymətinin aşağı həddə endirilməsi mikroprosessorun daha da məhsuldar işləməsini təmin edir.
Takt tezliyi bir saniyə ərzində kompüterdə yerinə yetirilən əməliyyatlar ın (məsələn, toplama və vurma) sayını və həmin əməliyyatların hans ı sürətl ə yerinə yetirildiyini göstərir. Takt tezliyi meqaherslərlə (Mhs) ölçülür. Takt tezliyi artdı qca mikroprosessorun qiyməti ilə yanaşı onun məhsuldarlığı da artır və mikroprosessor çoxlu sayda əmrləri yerinə yetirə bilir. Takt siqnallarını mikroprosessor ana lövhədən qəbul edir. Mikroprosessoru daha yüksək takt tezliyi ilə təmin etmək üçün onun daxilindəki takt tezliyinin daxili çoxaltma əmsalından istifadə olunur (Məsələn, 3.0, 3.5, 4.0, 4.5, 5.0 və daha artıq).Takt tezliyinin daxili və xarici növü vardır. Daxili takt tezliyi mikroprosessorun yerinə yetirdiyi əməliyyatların tezliyini, xarici takt tezliyi isə kompüterin operativ yaddaşı ilə mikroprosessor arasında informasiyanın dəyişmə tezliyini göstərir.
Prosessorun daxilində reqistr adlanan müəyyə n sahə var ki, mikroprosessor emal etdiyi verilənləri orada saxlayır. Prosessorun dərəcəliliyi mikroprosessorun daxilində yerləşən reqistrlərin dərəcəliliyilə təyin olunur və bir takt ərzində prosessorun neçə bit informasiya mübadilə etdiyini xarakterizə edir. Qeyd edək ki, ilk istehsal olunan mikroprosessorlarda dərəcəlikli 8 idi. Müasir dövrdə istehsal olunan mikroprosessorlarda bu parametr 64-ə çatdırılmışdır.