Koteqoriyasız

LCD və ya maye kristal monitor

LCD və ya maye kristal monitor (en. Liquid crystal display) – artıq təsvir texnologiyası kimi yerini möhkəmləndirib. Yalnız düz kvadrat deyil, eyni zamanda nazik, daha parlaq və katod şüalı elektron lampalarına nisbətlə daha az enerji sərf edir.

LCD texnologiyası

LCD texnologiyası, iki elmi xüsusiyyətdən istifadə edir: İşığın polyarlaşdırılması və maye kristalların elektrik cərəyanına təsir etmə xüsusiyyəti. Birbaşa öz qaynağından çıxan işığın əks etdikdən və sındıqdan sonra meydana gələn xüsusiyyətlərin bütününə polyarlaşma deyilir. Maye kristallar əslində maye deyil. Molekulları sanki maye kimi çox fərqli nöqtələrə hərəkət edə bilir. Ancaq eyni zamanda molekulları kristaldakı kimi yan-yana da düzülə bilir.LCD monitorda rəng layları

LCD, iki polyarlaşma filtrinin aralarına qoyulmuş bir maye kristal təbəqədir. Ondan sonra onun arxasında ağ arxa işığı var (backlight). Ağ işığın dalğaları hər istiqamətə əsir. Bu mərhələdə, polyarlaşma filtrləri bütün işığın qarşısını kəsərək, yalnız eyni polyarlaşma düzlüyündə olan titrəmələrin keçməsinə icazə verir. Məsələn, şaquli polyarlaşma filtrindən ancaq şaquli polyarlaşmış (şaquli əks edən və sınan) işıq keçir. LCD-nin ikinci filtri isə üfüqidir. Parlayan işığın hər növünün hərəkətinə mane törədilir.

Maye kristalın vəzifəsi isə işığı əyməkdir. Maye kristallar molekullar zənciri, “sıraya düzmə təbəqəsi” adı verilən lövhələrə əlavə edilir və işığı 90 dərəcə çevirir. İşıq, polyarlaşmanı şaqulidən üfüqiyə dəyişən kristalları izləyir. İşıq şüaları, beləliklə ikinci filtrdən keçir və nəticədə ekrana parlaq və keyfiyyətli təsvir çıxır.

Böyük bir şəkli göstərmək üçün kiçik tranzistorlar pikselleri bir-bir açıb bağlayır. Bunlar maye kristal təbəqənin müəyyən hissələrinə cərəyan göndərir. Sonra hər piksel qırmızı, yaşıl və mavi alt piksellərə bölünərək ekranda rəngli təsvirlər meydana gəlir. Təsvirin parlaqlığı və canlılığı voltaj tətbiqi ilə təmin edilir. Bu cür LCD ekranlara “aktiv matris” deyilir, çünki ekrandakı hər alt piksel üçün bir tranzistor istifadə edilir. Bu texnologiya, tel şəbəkələr vasitəsilə voltaj tətbiq edən “passiv matris” ekranlara nisbətlə daha yaxşı nəticə verir.

LCD monitorda rəng layları

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

1 Comment
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
1
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x