LCD MONITORLAR
LCD (Liquid Crystal Display- maye kristal monitorlar) maye halında olan maddədən hazırlanıb, lakin
eyni zamanda kristal cisimlərə məxsus bəzi xassələrə malikdir. Bu gün ən çox yayılmış tip monitorlar –
LCD və ya MK monitorlardır.
LCD monitorlarının üstünlüyü – onların sözün əsl mənasında düz, hamar olmasıdır, ekranlarında yaranan təsvir isə rənglərin dəqiqliyi və dolğunluğu ilə seçilir.
MK ekranlar daha keyfiyyətli təsviri təmin edir və elektron-şüa trubkalardan fərqli olaraq səhhətiniz üçün
az zərərlidir (ekranın titrəyişi nəzərə çarpmır, zərərli şüalanma yoxdur).
LCD monitorların diqqət yetirilməsi gərəkən parametrləri:
• İmkanı.
CRT monitorlardan fərqli olaraq LCD monitorlar sabit imkana malikdir. Əlbəttə ki,
rəqəmsal panel təsviri başqa imkanda da göstərə bilər, lakin belə təqdirdə ətraflarda əyrilikər, yayılmış
şriftlər və s. yarana bilər. Bunun nə üçün baş verdiyinə ətraflı nəzər salaq. Elektron-şüa borulu
monitorlar nəzəri olaraq, istənilən imkanda işləməyə qadirdir, axı bunun üçün sadəcə elektron şüanın
əyilmə bucağını dəyişmək kifayətdir. Borudakı şüa lüminaforlu yuvalara dəqiq düşməyə də bilər, şüa
onların arasına da vura bilər. Piksellərinin sayı nominal imkana uyğun gələn rəqəmsal panel isə təsvirə
düzgün miqyas verməlidir, həm də bunu kadr dəyişməsinin məqbul tezliyini təmin etmək üçün tez bir
zamanda yerinə yetirməlidir. Miqyaslanmanın keyfiyyətini yoxlamaq üçün ən sadə üsul – Windows
əməliyyat sistemində ekranda kiçik şriftlə yazılan mətn olduqda ölçünün dəyişdirilməsidir.
• Diaqonalın ölçüsü.
CRT monitorlardan fərqli olaraq LCD-nin göstərilən diaqonal ölçüsü görünən
sahənin diaqonal ölçüsü ilə uyğun gəlir. Belə ki, 15.1 düymlü LCD monitorun görünən sahəsi 17
düymlü CRT monitorların bəzi modellərinin görünən sahəsi ilə üst-üstə düşür. Ölçülərinə görə 15’,
17’, 19’, 20’, 21’ ….. olur.
• İnterfeys.
Maye-kristal displeylərin yayılması ilə DVI video siqnalının rəqəmsal ötürülmə interfeysi
həyata vəsiqə aldı. Belə interfeyslə təchiz edilmiş videokartlarda adətən iki növ konnektora rast gəlinir: DVI-I (rəqəm və analoq siqnalları birləşdirən) və DVI-D (yalnız rəqəmsal). LCD monitorların
kompüterə qoşulması üçün təbii ki, DVI interfeysi üstün tutulur, baxmayaraq ki, standart VGA yuvası
vasitəsilə qoşulma da mümkündür.
• Görmə bucağı.
Maye kristalların istifadəsinin kənar effekti ekranın görmə bucağının birdən
azaldılması oldu. Maksimal görmə bucağı baxdıqda təsvirin kontrastlığı 10 dəfə azalan bucaq kimi
müəyyən edilir. Üfüqi və şaquli görmə bucağını ayırd edirlər. Tövsiyə olunan minimal səviyyə
müvafiq olaraq 140 və 120 dərəcədir. Orta səviyyə 140 – 160 təşkil edir.
• Cavab müddəti.
Bu parametr tranzistorun maye kristalların molekullarının məkan istiqamətini
dəyişə biləcəyi vaxtı bildirir. Göstərilən kəmiyyət nə qədər az olsa bir o qədər yaxşıdır. Oyunların və
videonun zəngin olduğu cəld hərəkət edən obyektlər yayılmış görünməsin deyə displeyin 25 ms cavab
müddətinə malik olması kifayətdir. Faktiki olaraq, bu parametr iki kəmiyyətdən – pikselin qoşulma
müddətindən (come-up time) və dayandırılma müddətindən (come-down time) ibarətdir. Optimal
cavab müddəti – 8 ms-dir.
• Parlaqlıq.
LCD monitorların ən güclü cəhəti – təsvirin parlaqlığıdır (kontrastlıq ilə dəyişik
salmayın). Parlaqlığın tövsiyə olunan parametrləri – 300 kd/m2 az olmamalıdır. Orta hesabla bu, CRT
monitorların göstəricilərindən iki dəfə yüksəkdir. Nəzərə alın ki,həddən artıq parlaqlığa malik monitor
gözləri kor edə bilər.
• Kontrastlıq.
Кontrastlıq – ağ və qara sahələrin göstərilməsi zamanı ekranın maksimal parlaqlığının
minimal parlaqlığına nisbətidir. Bir neçə il bundan əvvəl MK panellərin mühüm xarakteristikalarından
biri idi. Məsələn, əgər deyiriksə monitorun kontrastlığı 300:1 bərabərdir, bu o deməkdir ki, təsvirin ən
tünd sahələri parlaqlığına görə ən parlaq sahəsindən 300 dəfə fərqlənir. Son zamanlar rəqəmsal
panellərdə təsvirin kontrastlığı nəzərə çarpacaq dərəcədə artıb, lakin əvvəlki kimi CRT monitorların
göstəricilərindən geri qalır. Bu parametr maksimal və minimal parlaqlıq arasında nisbət kimi müəyyən
olunur. Yadda saxlamaq lazımdır ki, kontrastlıq çatışmadıqda rənglərin sayına xeyli təsir göstərir:
yaxın çalarlar xüsusən tutqun ton olan sahələrdə birləşir. Bu vəziyyəti parlaqlıq və kontrastlığı
sazlamaqla qaydaya salmaq olar, lakin bu digər çalarlara xələl gətirəcək. Tövsiyə edilən kontrastlıq
səviyyəsi – 500:1 və daha yuxarıdır. Ən yaxşı kontrastlığa MVA texnologiyası malikdir, lakin onun
əsasında hazırlanan monitorlara az rast gəlinir.
• LCD-monitorların üstün cəhəti onun sözün əsl mənasında səthidir, ekranlarda əks olunan təsvirlər isə
dəqiqliyi və çalarlılığı ilə seçilir. Ənənəvi CRT monitorlara xas olan – ekranda təhriflər və sair bir çox
problemlərin olmaması.
DELL, BENQ, ACER, SONY, SAMSUNG, LG, XEROX, HP, IBM.