Site icon ElectronX Lab

Kondensator nədir?

Müəllif : Xəyal Əliyev .

Elektrik enerjisini toplaya bilən dövrə elementidir. Kondensatorlar cərəyanın qiymətinə görə xassələrini deyişdiyi üçün o dövrələrdə fərqli vəzifələr üçün istifadə olunur.

1) Güc mənbəyi dövrələrində filtirləmə (süzgəc).

2) Rezonans dövrələrində istənilən tezliyi yaratmaq.

3)Zamanlayıcı dövrələrdə lazım olan gecikməni təmin edən bir çox vəzifələri yerinə yetirir.

  Kondensatorların bir çox növləri vardır.Bunlara misal olaraq keramik ,elektrolitik ,tantal ,mika ,trimmer ,polyester və super kondensatorlar.

1) Keramik kondensator.

   Keramik kondensatorların tutumları pikoFaraddan mikrofarada qədər olur.

Keramik kondensatorlar qütbsüz kondensatorlardır.Üzərlərində tutum və xəta payını göstərən yazı olur.Əgər kondensatorun üzərinə 104k yazılıbsa burada 4 rəqəmi 10 ədədinin sağına dörd  sıfır əlavə etməli olduğumuzu ifadə edir , yəni 100000 pF , açılan  şifrə həmişə pikofarad olur.K hərfi isə xəta payının 10 olduğunu göstərir.

2)Elektrolitik kondensatorlar.

Yüksək tutumlu ola bilərlər , 1mkF və daha çox tutumlu. Qruluşuna görə silindirik düzəldilir.Elektrolitik  kondensatorlar qütblü kondensatorlardır.Bu kondensatorları dövrəyə qoşarkən qütblərinə diqqət etmək lazımdır.Elektrolik  kondensatorların üzərində onların tutumları qeyd olunur.

      3)Tantal kondensatorlar.

Elektrolitik kondensatorlar kimi tantal kondensatorlar qütblü  hazırlanır.Yüksək döyünmə cərəyanlarına məruz qaldığda partlaya  bilərlər.

4)Mika kondensatorlar.

Daha geniş istifadə olunmasada sabitıikə və yüksək tezlikdə işləyə bilməsinə görə bəzi dövrələrdə istifadə olunurlar. Maksimum 1000 pF tutuma malik olurlar.

    5)Trimer kondensatorlar. Bu kondensatorların tutumu deyişdirilə bildiyi üçün radiolarda  tezlik tənzimlənmələrində istifadə olunurlar.Trimmerlər çap lövhəsinə lehimlənmiş halda istifadə olunur.Tutumunu deyişdirmək  üçün vintburandan istifadə edilir.Trimmer kondensatorların  dielektrik qatı mika , plastik ,şüşə və hava ola bilər.Onların  ölçüləri kiçik olduğu üçün tutumları ən çox mikrofarad qədər olur.

6) Super kondensatorlar.

Bu kondensatorlara “ ultra kondensator ”larda deyillər.Tutumları  12000 F –a kimi ola bilir.Tipik bir elektrolitik kondensatorun  topladığı enerjidən təxminən 10 – 100 dəfə çox toplaya bilər.Bu  qədər yüksək tutum əldə etmək üçün klassik olaraq istifadə olunan  dielektrik maddələri ikilik xassəyə malikdir.

7) Polyester kondensatorlar.

Polyester kondensatorlar çox kiçik paralapipet şəklində olur və  işləmə gərginliki və tutum onun üst və ya yan tərəfində yazılır. Məsələn,334k 100 V yazısı “33” rəqəmindən sonra dörd sıfır olduğunu ,yəni kondensatorun tutumunun 330.000 pikofarad olduğunu göstərir.  K hərfi xəta payının 10 % olduğunu və 100 V da maksimal işləmə  gərginlikinin 100 V olduğunu göstərir.

Kondensatorun işləmə gərginliki – kondensatorları dövrəyə tətbiq  olunan gərginlikə görə seçməliyik.Əgər daşıya biləcəki gərginlikdən  daha çox gərginlik versək kondensator zərər görə bilər.Bu dəyər seçilərkən tətbiq edəcəyimiz gərginliyi bir vahid dəyərində aşağı olan kondensator seçmələliyik.Məsələn 16 V – luq kondensatora 16 V tətbiq etsək kondensator partlaya bilər. Kondensatorlar dövrəyə ardıcıl , paralel və qarışıq birləşdirilə  bilər.

1)Ardıcıl birləşdirilmə.                                        

           Ca = 1/C1 + 1/C2 +..+ 1/Cn                                                  

            U= U1 + U2 + …+ Un

               q=q1 =q2 = …=qn

    2) Paralel birləşdirilməsi.

                                     Cp = C1 +C2 +… +Cn

                                       U=U1 =U2 = …=Un

                                                             q =q1 + q2 +…+ qn

1.Xarici ölkələrdə istehsal olunan kondensatorların markalanması.

     1) Üç rəqəmli kodlama. Birinci iki rəqəm tutumu göstərir.Üçüncü rəqəm isə vahidi göstərir. Tutum 10pF dan kiçik olduğda üçüncü rəqəm 9 göstərilir.

Məsələn _                                         109 = 1pF

Üçüncü rəqəm 0 olduğunda birinci rəqəm iki rəqəm vergülsüz ifadə olunur.

Məsələn _                        100 = 10pF

                  220= 22pF

    Birinci iki rəqəmdən sonra yazılan üçüncü rəqəm 0 –dan 5- ə qədər əvvəlki iki rəqəmdən sonrakı 0 ların sayını göstərir.

Məsələn                          101 =100 pF

    151 =150pF

    Kondensatorun tutumu 1pF dan kiçik olduğda birinci rəqəm 0 göstərilir.

010 =1pF

     Yaxud 10 luq vergül əvəzinə R – hərfi göstərilir

0R5 = 0.5pF

     2) Dörd rəqəmli kodlama

     Bu zaman birinci üç rəqəm kondensatorun tutumunu pF –la göstərir. Dördüncü rəqəm isə 0 ların sayını göstərir.

Məsələn –                1622= 162 00pF

                                       4753 = 475 000pF

     3) Tutunun mikrofaradla kodlanması

    Bu zaman 10 luq vergül əvəzinə R hərfi yazılır.

R47 = 0.47 mkF

4R7 = 4.7 mkF

     Bəzi hallarda kondensator üzərində ancaq rəqəm göstərilir. Həmin rəqəm tutumu mkF –la göstərir.

10 = 10 mkF

100 = 100mkF

     4) Tutumun qarışıq hərfli və rəqəmli markalanması.

    Bu zaman tutum – kənara çixma – tutumun temperatur əmsalı və işçi gərginlik kodlarla ifadə olunur.Burada birinci üç parametrdən fərqli olaraq işçi gərginlik xüsusi standartlara uyğun markalanır. Müxtəlif firmalar işci gərginliki müxtəlif hərf və rəqəmlərlə markalanır.

     Məsələn :                      33pkR33pkF-10%

    Burada 10% temperatur əmsalı.Temperatur artanda tutum azalır. Temperatur azalanda tutum tutum artır.

İşci gərginlik bele işarələnir –

0J = 6.3 V

1A = 10 V

1C =16 V

1E = 25 V

1H = 50 V

2A = 100 V

2D = 200 V

2 E =250  V

2F =315  V

2G =400 V

2J = 630 V

       Bəzən kondensatorun ölçüləri çox kiçik olduğda xüsüsi rəngli zolaqlala yaxud nöqtələrlə göstərilir.

       Məsələn kondensatorun üstündə 3 zolaq olduğda birinci  iki  zolaq tutumun qiymətini üçüncü zolaq isə 0 ları göstərir.

Qara – 0

Şabalıdı  -1

Qırmızı -2

Qəhvəyi -3

Sarı -4

Yaşıl -5

Mavi – 6

                                        Bənövşəyi – 7

Boz – 0

Ağ -9

      Üçüncü zolaq həmin rənglərin ifadə etdiyi tutumun 10 üstü neçə olduğunu göstərir.

Qara – 100

Şabalıdı  -102

Qırmızı -103

Qəhvəyi -104 və s.

Exit mobile version