KOMPYUTER ŞƏBƏKƏLƏRİ
Müəssisələr böyüyüb yeni-yeni kompyuterlər aldıqca, bu kompyuter ləri birşəbəkədə birləşdirmək zərurəti yaranır. Şəbəkələr printer, skaner kimi qurğularıvə bəzi proqramları istifadəçilər arasında “bölüşməyə” imkanı verir.
Getdikcə şə-bəkələr və şəbəkə proqramları ayrı-ayrı binalarda, ayrı-ayrı şəhərlərdə, hətta dünyanın müxtəlif ölkələrində olan insanları birləşdirmək üçün istifadə edilir. Bunagörə də, insanlar yerlərindən asılı olmayaraq informasiya texnologiyalarındanistifadə etməklə daha səmərəli fəaliyyət göstərə bilərlər.İnsanların əksəriyyəti şəbəkə dedikdə, kifayət qədər qarmaqarışıq bir şeytəsəv vür edir. Ancaq şəbəkələr elə də mürəkkəb deyil. Əslində şəbəkə [network],
sadəcə, bir-birinə bağlanmış iki, yaxud daha çox kompyuterdən ibarət qrupdur.
Şə bəkənin ölçüləri böyüdükcə, ora daha çox qurğular qoşulduqca, onun quraş –
dırılması və idarə olunması texniki bir işə çevrilir. Şəbəkə anlayışı və termi nologiyası şəbəkənin ölçülərindən asılı olmayaraq, əsasən eyni qalır.
Kompyuter şəbəkələrini iki əsas qrupa bölmək olar:
• Yerli şəbəkələr [local area networks, LAN]
• Geniş şəbəkələr [wide area networks, WAN]
Bu iki şəbəkə arasında başlıca fərq ondan ibarətdir ki, LAN əsasən məhdud
ərazini (məsələn, bir binanı), WAN isə daha geniş coğrafi ərazini əhatə edir. WANların çoxusu bir neçə LAN-ın birləşdirilməsindən əmələ gəlir.
Bu gün bir çox təşkilatlar kompyuterlərə və kompyuterdə saxlanılan informasiyaya daha çox etibar edir. İş prosesində tez-tez verilənləri bir yerdən başqa
yerə ötürmək lazım gəlir. Verilənlərin bir yerdən başqa bir yerə verilməsinə veri lənlərin ötürülməsi [data communications] deyilir. Verilənlərin ötürülməsini hə –
yata keçirmək üçün aşağıdakı komponentlərin olması zəruridir (şəkil 2.1):
1. Göndərən qurğu [ sending device] – bu, adətən kompyuterdir.
2. Kommunikasiya qurğusu [communications device] – məsələn, mo dem. Bu qurğu kompyuterdən çıxan siqnalı rabitə kanalının “daşıya bildiyi”
siq nallara çevirir.
Kompyuter şəbəkəsi, öz aralarında hər hansı qayda ilə birləşdirilmiş kompyuterlər
qrupu dur. Daha geniş anlamda bu, radio, yaxud televiziya şəbəkəsinə oxşayır. Ancaq tele –
şəbəkələrdə bir informasiya eyni vaxtda bütün qəbuledicilərə verilir (belə şəbəkə verici
şəbəkə adlanır); kompyuter şəbəkələrində isə hər bir məlumat, adətən, ünvanlı, yəni
müəyyən bir kompyuterə yönəldilir. Televiziya şəbəkələrindən fərqli olaraq kompyuter
şəbə kələri həmişə ikiistiqamətlidir: A kompyuteri B kompyuterinə məlumat göndərirsə,
B kompyuteri də A kompyuterinə cavab göndərə bilər.
3. Kommunikasiya (rabitə) kanalı [communications channel] – bu,
siqnalların keçdiyi telefon xətləri, kabel, yaxud simsiz ötürücü ola bilər.
4. Qəbuledici qurğu [ receiving device] – gələn siqnalları qəbul edən
qurğu, adətən, kompyuter.
5. Kommunikasiya proqramları [ communication software].
Şəbəkələrin əksəriyyətində ən azı bir qulluqçu kompyuter (server) və çoxlu
müştəri olur. Server şə bə kə resurslarını idarə edən kompyuterdir, müştəri [client]
isə serverin idarə etdiyi resurslardan istifadə edən kompyuterdir.
Verilənləri bir kompyuterdən başqasına ötürmək üçün həmin verilənləri daşıyan
müəyyən növ aralıq bağ layıcıya ehtiyac var. Bu bağlayıcı kommunikasiya kanalı
[communications channel], yaxud rabitə kanalı adlanır. Belə kanala nümunə kimi
bu gün həyatımızda mühüm rol oynayan telefon şəbəkəsini göstərmək olar. Telefon
sistemi dünyadakı bütün telefon şə bə kələrinin – yerli (local), uzaq-məsafəli (longdistan ce), mobil (cellular) və peyk rabitəsi (satellite) şəbə kə lərinin toplusudur.
Telefon şəbəkəsi səs rabitəsi üçün nəzərdə tutulsa da, indi ondan verilənlərin (faks,
e-poçt, canlı audio və video) ötürülməsi məqsədi ilə də istifadə olunur.
Fәrdi kompyuter
Telefon xәtti
Modem
Standart
telefon yuvası
Verilənlərin ötürülməsi prosesi belə baş verir: rabitə kanalının bir ucunda
göndərən qurğu, məsələn, kompyuter və ya faks aparatı olur. Göndərən qurğuya
qoşulmuş kommunikasiya qurğusu (məsələn, modem) gön dərilən siqnalı nəzərdə
tutulmuş xətt vasitəsilə ötürmək üçün lazım olan formaya çevirir. Nömrə yığma
(dial-up) ilə qoşulma “müvəqqəti” olur, yəni hər dəfə nömrə yığılanda telefon
stansiyası həmin siqnalları ötürmək üçün xətt seçir. Bunun əksinə olaraq, ayrılmış
xətdən istifadə edərkən göndərən və qəbul edən qurğular ara sında daimi, yaxud
sabit bağlantı təmin edilir. Rabitə kanalının o biri ucuna ça tan siqnal başqa bir mo dem tərəfindən qəbul edilir və qəbuledici qurğunun başa düşdüyü formaya çevrilir