Kompüter sistemləri

Kompüter nədir

Kompüter nədir və hansı hissələrdən ibarətdir.

Fərdi kompüter aşağıdakı mühüm komponentlərdən ibarətdir:

1 – Sistem bloku (şəbəkə kabeli ilə komplektdə).
2 – Monitor (şəbəkə və informasiya kabeli ilə komplektdə;
kabellər monitora qoşulur və ya ayrıca əlavə olunur).
3- Klaviatura.
4.- Manipulyator “maus”.
Bundan əlavə, fərdi kompüterin tərkibinə digər qurğular aid edilə
bilər: printer, modem, skaner, coystik, səs ötürücüləri və
s.


Sistem bloku modul prinsipinə əsasən qurulur ki, bu da kompüterin konfiqurasiyasını asan şəkildə
dəyişməyə: – operativ yaddaşın həcmini artırmağa, videokartı dəyişməyə, vinçesterin tutumunu
artırmağa imkan verir.
Sistem blokunun bütün komponentləri onları mexaniki zədələrdən qoruyan və lazımi istilik rejimini
təmin edən korpusun içərisində yerləşir.
İdarəetmə elementləri və indikatorlar sistem blokunun ön panelində yerləşir.
Şəbəkə yuvaları, periferik qurğuların qoşulması üçün yuvalar və qida blokunun ventilyatoru sistem
blokunun arxa panelində yerləşir.
Sistem blokunda adətən yerləşir:
Ana plata – mərkəzi prosessor, operativ yaddaş, vinçester, floppi disk ötürücüsü, PCI və ya AGP
interfeysləri ilə müxtəlif genişlənmə plataları, iki ardıcıl (COM1 və COM2) və bir paralel (LPT1)
portlar arasında birləşdirci halqa rolunu oynayır. .
Prosesor – bütün əməliyyatları yerinə yetirir.
Videokart – kompüterin hasil etdiyi məlumatların monitorda göstərilən siqnala dəyişdirilməsi üçün
nəzərdə tutulub.
Səs kartı kompüterin sintezləşdirdiyi səsi ötürməyə, həmçinin rəqəmləşdirilmiş səsi kompakt-disk
keyfiyyəti ilə yazmağa imkan verir.
Vinçester (sərt disklərdə toplayıcı) – əməliyyat sisteminin, proqramların, əlavələrin, verilənlər
bazalarının, oyunların və s. saxlandığı yerdir. ƏYQ-dan (əsas yaddaş qurğusu) fərqli olaraq
qidalanmadan ayırdıqda vinçesterə yazılan informasiya itirilmir.
CD-ROM – disk ötürücüsü (kompakt-disklərin oxunması üçün disk ötürücüsü), lazer kompakt
disklərinin oxunması üçün nəzərdə tutulub. Kompekt disklərdə kompüter proqramları və oyunlar,
musiqi əsərləri, videofilmlər və s. yerləşə bilər.
Qida bloku ana platanın, genişlənmə platalarının, vinçesterin, floppi diskin və s. qidalanması üçün
nəzərdə tutulub.
2. Monitor informasiyanın mətni və qrafik rejimlərdə çıxarılması üçün nəzərdə tutulub.
3. Klaviatura kompüter üçün informasiya və əmrlərin daxil edilməsi üçün əsas qurğudur.
4. Manipulyator “maus” proqramların və MS WINDOWS tipli əməliyyat sisteminin idarə
olunması üçün nəzərdə tutulub.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x