Kompüter sistemləri

Keş yaddaş

Keş yaddaş (ingiliscə cache). Operativ yaddaşa müraciəti sürətləndirmək üçün kompüterlərdə xüsusi hazırlanmış yaddaşdan – keş yaddaşdan istifadə edilir.Keş yaddaş ı mikroprosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. Ondan kompüterin məhsuldarlığını artırmaq üçün istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir.
Kompüterin yaddaşına müraciət zamanı verilənlər keş yaddaşda axtarılır. Buna əsas səbəb odur ki, keş yaddaşına verilənləri axtarmaq üçün edilən müraciət vaxtı operativ yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Kompüterlərdə keş yaddaşın iki növündən istifadə edilir: daxili və xarici.Xarici keş yaddaşı müxtəlif mikrosxemlər üzərində yığılır və operativ yaddaşın işini sürətləndirməyə xidmət edir.Daxili keş yaddaş isə mikroprosessorun daxilində yerləşərək mikroprosessorun daxilindəki reqistrlərin işini sürətləndirir. Belə keş yaddaşlardan ilk dəfə 80486 mik-roprosessorlarında istifadə edildi. Onların tutumu 8 Mbayt-a bərabər idi.
Intel firmasının istehsalı olan Pentium, Pentium Pro və sonrakı model mikroprosessorlarında keş yaddaş birbaşa mikroprosessorun daxilində yerləşdirilir. Bu çox ə lverişlidir. Çünki keş yaddaş üçün əlavə lövhə hazırlamaq lazım gəlmir.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Həmçinin Bax
Close
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x