Sxemlər

İşığa həssas dövrə

Koleksi Skema Rangkaian|Artikel Elektronika: Light/Dark Switch ...

İşığa həssas açar.
Bu dövrə ilə işığa və işığın intensivliyinə görə istədiyiniz cihazı və ya işıqlandırma elementini yandırıb söndürə bilərsiniz.
Diaqramdakı NO və NC ilə işarələnmiş nöqtə relenin ayaqlarıdır və relenin icazə verilən cərəyan şiddətini keçməmək şərti ilə, mövcud dövrə ilə istədiyiniz cihazı idarə edə bilərsiniz.
Məsələn, ev bağçanızı işıqlandıra və ya dükanınızın pəncərəsinin işıqlarını qaranlıqda yandırıb, səhər tezdən söndürə bilərsiniz. Bu dövrədə istifadə olunan inteqral mikrosxem , klassik LM(UA)741 əməliyyat gücləndiricisidir.

  • Həssalığı P potensiometri ilə tənzimləmək olar
  • Əks əməliyyat üçün LDR1 və R1 yerini dəyişin,bu halda LDR qaranlıqda deyil işıqlı havada qapanacaqdır.Bu şəkildə bir cihaz gecə avtomatik olaraq bağlana bilər
  • LDR- ə işıq düşməyəndə rele bağlanır
  • D rele açılıb qapanan zaman yaranan əks cərəyanın qarşısını alır
  • Təqdim olunan 2N2222 tranzistoru, seçilmiş rele sarğısı üçün yetərli gərginlik və cərəyan şiddətinə sahib hər hansı bir NPN tranzistoru ilə əvəz edilə bilər.
  • C1 kondensatoru relenin kontaktının “əsmə”sinin qarşısını alır.Yoxsa rele işıqlanmaya görə açılıb bağlanma vaxtı ,saniyədə bir neçə dəfə əsmə ilə açılıb bağlanacaq.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x