Site icon ElectronX Lab

İnternet tarixi

1964-cü ildə, soyuq müharibənin ən qızğın çağlarında, amerikalılar nüvə
hücumunu göz ləyərkən boş vaxtlarını bomba sığınacaqları tikməklə, onları konserv və digər ərzaqlarla doldurmaqla keçirirdilər.
Ancaq hökuməti daha mühüm bir problem də düşündürürdü: müharibə başlayarsa, hərbçilər bir-birləri ilə necə əlaqə quracaqlar?
Mərkəz ləş di rilmiş rabitə sistemi çox asanca dağıdıla bilər. Bu halda ənənəvi texnolo giyalar işə yaramayacaq. Bu narahatlıq hökuməti başqa isti qamətdə – yeni rabitə sxemi yaratmaq istiqamətində addımlar atmağa məcbur etdi.
Beləliklə, hələ 1958-ci ildən ABŞ Müdafiə Nazirliyi daxilində fəaliyyət göstərən ARPA (Advan ced Re search Projects Agency) qurumunda yeni rabitə sistemlərinin yaradılması istiqa mətində işlər daha da sürətləndirildi. ARPA bu məqsədlə kompyuter şəbəkəsinin yaradılmasını təklif etdi. ARPANET adlandırılan şəbəkənin yaradılması bir neçə universitetə tapşırıldı və 1969-cu ildə həmin universitetlər arasında belə bir şəbəkə quruldu.

Exit mobile version