Sxemlər: Siqnalizasiya və Təhlükəsizlik

İnfraqırmızı məsafə detektoru ilə xəbərdarlıq siqnalı

Bu dövrə,satışda asanlıqla tapıla bilən aşağı qiymətli komponentlərdən qurula bilər, bəzilərini hətta lazımsız detallar kimi ayırdığınız qutuda da ola bilər! R1 Rezistoru üçün göstərilən 22 Ω dəyəri, infraqırmızı şüalandırıcı D1 vasitəsilə orta hesabla 65 mA cərəyan axımına səbəb olur. IRED T1 və IC1’nin təsiri ilə təqribən 50% periodlu impuls olduğundan, hər yarım dövrdə 128 mA bir pik cərəyan axır. Bu çox görünə bilər, amma əslində LD274-in etibarlı çalışma dəyərlərini aralığındadır. LM567 PLL IC, təxminən 20 kHz bir kommutasiya (keçid) tezliyini təmin etmək üçün qurulmuşdur. D1 tərəfindən yayılan infraqırmızı şüa yaxın bir obyekt tərəfindən əks olunduğu zaman, qəbuledici diod D2 və tranzistor T2 vasitəsilə IC 1 ,3-cü pindən bərpa edilmiş (geri qazanılan) 20 kHz siqnalını alır.

İnfraqırmızı məsafə detektoru ilə xəbərdarlıq siqnalı dövrəsinin prinsipial sxemi

Bundan sonra ‘567 PLL kilidləndikdən sonra IC çıxışı (pin 8) aşağı düşür, 555 çipini monostable rejimdə (IC2) işə salır və akustik aktuator Bz1-in səslənməsinə səbəb olur. Qeydə alınan siqnal qəbul edildikcə monostable rejimdə açıq qalır. T3 olması səbəbindən, heç bir siqnal qəbul edilmədikdə, C5 kondansatörünün doldurulmasına icazə verilir. Bu vəziyyətdə 555, R9-C5 tərəfindən təyin olunan bir müddətdən sonra avtomatik olaraq bağlanır. Göstərilən komponent dəyərlərindən istifadə edərək, bu təxminən 5 saniyə müddət olacaq. Aydındır ki, D1 və D2 elə quraşdırılmalıdır ki, birincidən şüalanan infraqırmızı şüanı ikincisi qəbul edə bilsin .

Bu dövrədə istifadə olunan iki infraqırmızı komponentin seçimi kritik deyil, lakin onların ‘band’ləri uyğun olmalıdır, yəni (D1) siqnal hasil etməli və (D2) eyni dalğa uzunluğuna cavab verməlidir. Alıcının giriş dövrəsinin işləmə nöqtəsi ətraf mühitin işığı səviyyəsindən çox asılıdır və heç bir siqnal verilmədikdə T1 kollektorunda 1,5 V ilə 4 V arasında bir gərginliyi təmin etmək üçün R4 dəyərini bir az tənzimləmək lazım ola bilər. Bəzi dc buzzerlər bir çox arxa EMF-ə səbəb olurlar, buna görə IC1 çıxışı ilə ardıcıl olaraq bir diod daxil etmək lazım ola bilər. Zəruri hallarda, bu diod, tipik kiçik silikon siqnal diod üçün 0.65 V-dən fərqli olaraq, aşağı gərginlik düşküsü səbəbindən təxminən 0.4 V-ə düşküsü olan Schottky tipi olmalıdır.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x