Sensorlar

HC-05 Bluetooth Modulunun AT Moduna konfiqurasiya edilməsi

Bu dərslikdə HC-05 Bluetooth Modulunun AT əmrləri ilə necə konfiqurasiya ediləcəyi izah olunur.

1.Giriş:

HC-05 geniş yayılmış bir bluetooth moduludur.Bu modul ilə bir çox layihələrinizi reallaşdıra bilərsiz. HC-05, giriş kodunu və cihaz adını dəyişdirməklə yanaşı, modulun standart parametrlərini dəyişdirmək kimi müxtəlif tapşırıqları yerinə yetirmək üçün zəngin bir AT əmri dəsti ilə gəlir. Modulun iş vəziyyətini göstərən bir LED var. Yanıb sönürsə, bu başqa cihaza bağlı deyil deməkdir. Yanılı vəziyyətdə qalırsa, bu başqa cihaza qoşulub deməkdir. Bu vəziyyət LED-ə bağlı bir pin, STATE var. BT modulunun vəziyyətini təyin etmək üçün bu pini proyektinizdə istifadə edə bilərsiniz.

Modul aşağıdakı kimidir –

HC-05 Bluetooth modulu

2.İstifadə ediləcək hissələr:

S.No.HissələrSayı
1Arduino 1
2Bluetooth Modulu HC-05 1
3Erkək – Dişi Birləşdirici Naqillər 4

3. Sxemin qurulması:

Bağlantı qurmazdan əvvəl Arduino UNO-nu enerji mənbəyindən çıxardığınızdan əmin olun. Daha sonra yuxarıda göstərilən komponentlərin köməyi ilə aşağıdakı dövrəni yığın.

4. AT əmrəri ilə konfiqurasiya edin:

Bağladıqdan sonra, enerji mənbəyini qoşsanız, modulun standart cütləşmə rejimi olan sürətlə yanıb sönən LED görərsiniz.
AT modu üçün , moduldakı sıfırlama düyməsini basıb saxlayıb,modulu güc mənbəyinə bağlamalısınız. Əgər modulun LED-i yavaş yanıb-sönürsə modul AT Komanda rejimində olduğunu göstərir.

5.Proqramlaşdırma:

AT rejiminə konfiqurasiya etdikdən sonra aşağıdakı kodu Arduinoya yükləyin:

//AT Modu ilə HC-05 kodu
//https://electron-x-lab.com/

#include <SoftwareSerial.h>

SoftwareSerial BTSerial(5, 6); // RX | TX

void setup()
{
  Serial.begin(9600);
  Serial.println("Enter AT commands:");
  BTSerial.begin(38400);       // HC-05 default speed in AT command more
}

void loop()
{
  if (BTSerial.available())    // read from HC-05 and send to Arduino Serial Monitor
  Serial.write(BTSerial.read());

  if (Serial.available())     // Keep reading from Arduino Serial Monitor and send to HC-05
  BTSerial.write(Serial.read());
}

6.Kodların dəyişdirilməsi:

AT əmrlərinin tam siyahısını buradan tapa bilərsiniz.

Serial monitoru açın. Baud sürətinin 9600 olaraq təyin olunduğundan və Both NL və CR-nin seçildiyindən əmin olun.

Serial monitordan AT göndərirsinizsə, ekranda OK görünəcəkdir. İndi modulun adını və ya şifrəsini dəyişdirə, ünvanı, versiyanı yoxlaya bilərsiniz.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x