Fasiləsiz qida mənbələri (UPS)
Fasiləsiz qida mənbələri (UPS — Uninterrupted Power Supply) kompüterləri, telekommunikasiya və sair
avadanlıqları gərginliyin elektrik şəbəkəsində gözlənilmədən itməsindən qoruyur. Gərginlik itdikdə UPS
daxili akkumulyator batareyasından yüklənən qidalanmaya keçir. FQM-nin tipik ehtiyat müddəti 7-
15 dəqiqədir.
Hal-hazırda bazarda olan bütün FQM-ni şərti olaraq üç dərəcəyə bölmək olar.
1) Off-line və ya Standby
Belə mənbələrin iş prinsipi adından məlumdur – hər hansı şəbəkə filtri vasitəsilə yüklənmə birbaşa şəhər elektrik
şəbəkəsi ilə bağlıdır. Daxil olan cərəyan kəsildikdə FQM Off-line – invertorun quraşdırılmış akkumulyatorlardan
yüklənməsindən qidalanmaya keçir.
Bu qurğuların çatışmayan cəhətləri aşağıdakılardır:
*
yaxşı filtrasiyanın və çıxış gərginliyinin stabilliyinin olmaması, şəbəkədən işləmə
zamanı çıxan gərginlik həmişə daxil olan gərginliyə bərabərdir;
*
hətta kiçik gərginlik azalması və sıçramalarında FQM əlavə quraşdırılmış
akkumulyatorlardan iş rejiminə keçir;
*
akkumulyatorlara və əksinə keçid müddəti (gözlənilməz nəticələrin müddəti) 5-20
msan;
*
bəzi hallarda keçirilmə müddəti üç qat arta bilər;
*
modellərin əksəriyyəti akkumulyatorlarla işlədikdə çıxışda sinusoidal formalı gərginlik
yaratmır;
Hibrid (Line-interactive, Ferroresonant, və s.)
Fəaliyyət prinsipi əsasən Off-line oxşardır, lakin bəzi növ maneələrin yatırılması və gərginliyin uzun müddətə
azalması və artması zamanı istehlakçıların işinin yaxşılaşdırılması məqsədi ilə bu mənbələrdə müxtəlif əlavə qurğular
istifadə olunur. HİBRİD FQM-nin çatışmazlıqları Off-line-da olduğu kimidir, bundan əlavə gərginliyi tənzimləyən
qovşaqlar çıxış siqnalında davamlı səhvlərə və gözlənilməz keçid proseslərinə gətirib çıxara bilər.
İkiqat çevirici ilə On-line
FQM ona daxil olan 100% dəyişən cərəyanı daimi (düzləndirmə) cərəyana çevirir, sonra əks çevirməni yerinə yetirir.
Bu bir növ – girişə daxil olan bütün “çirkli” enerjini “təmiz” – yəni, hər hansı maneədən və təhrifdən azad enerjiyə
çevirən və bu səbəbdən də mürəkkəb tələbatçılara ideal uyğun gələn elektrik stansiyadır.
On-line dərəcəli FQM –
kəmiyyətin və çıxış gərginliyinin formasının dəqiq stabilliyini və elektrik şəbəkəsində yaranan istənilən maneələrin
tam filtrasiyasını təmin edir. Bundan əlavə, bir qayda olaraq onlar yüklənmənin Gə-nı (güc əmsalı) qaydaya salır, ki
bununla da şəbəkədən qidalanan cərəyanı azaldır və bunun sayəsində də daha daha güclü qoruyucu avtomatlar
quraşdırmaq və digər dərəcəyə malik FQM-nin tətbiqində olduğu kimi böyüdülmüş en kəsikli naqillər tətbiq etmək
lazım gəlmir. Onlar akkumulyator batareyalarına keçdikdə çıxan gərginlikdə heç bir keçid prosesi baş vermir.
APS, INFORM, MERCURY, TRIPP LITE, POWERCOM, LIBRETTE,