Bu təlimatda sizə ESP8266 NodeMCU development lövhəsindən istifadə edərək bir LED-in necə yanıb-sönəcəyini göstərəcəyəm (burada versiya 1.0).
Tələb olunan hissələr
- ESP8266 NodeMCU v1.0
- Mikro USB-dən USB kabelə
- Breadboard (istəyə görə)
- LED (istəyə görə)
- 330 ohm müqavimət (istəyə görə)
- Erkək-erkək birləşdirici naqillər (istəyə görə)
ESP8266 NodeMCU v1.0 -ın pinləri
ESP8266 modulu, daha kiçik ölçülü və daha aşağı qiymətdə olduğundan daxili Wifi-yə ehtiyacı olan tətbiqetmələrdə geniş istifadə olunur. Bu modulun Wifi imkanları ilə yanaşı Tensilica’nın 32 bitlik L106 Diamond mikrokontroleri də var. Bu modulun hər birində fərqli sayda əlçatan pin ilə çox sayda versiyası var. İlk versiyada (ESP-01) yalnız 2 GPIO və serial rabitə (TX və RX pinləri) var idi.
Bu təlimatda ESP8266 modulu (versiya 12-E) development lövhəsi olan NodeMCU v1.0 istifadə edəcəyik.
Dövrə və Şxemin qurulması
LED, rezistor və breadboard taxtanız varsa, aşağıdakı sxemi izləyərək hamısını bir birinı bağlay bilərsiniz. Burada NodeMCU-dan “D1” pinini istifadə edirik ki, əslində ESP8266-12E modulundan “GPIO5” -ə bağlıdır.
Bu təlimatı tamamlamaq üçün, bu vəziyyətdə ESP8266-12E modulundan daxili olaraq “GPIO16” a qoşulmuş NodeMCU kartının daxili LED-ini də istifadə edə bilərsiniz.
Kod
Bu təlimatda ESP8266 NodeMCU-nu proqramlaşdırmaq üçün Arduino IDE-dən istifadə edəcəyik. ESP8266 tipli lövhələri proqramlaşdırmaq üçün Arduino IDE-dən istifadə etmisinizsə, Addım 4-ə keçə bilərsiniz. Adım 1, Addım 2 və Addım 3-ün necə ediləcəyi barədə daha ətraflı məlumat almaq istəyirsinizsə, Arduino IDE-nin bu təlimatını izləyə bilərsiniz.
Addım 1: Arduino IDE-ni açaraq başlayın. Hələ də quraşdırılmayıbsa, son versiyasını buradan yükləyə bilərsiniz: https://www.arduino.cc/en/Main/Donate
Addım 2: ESP8266 əsaslı lövhələri Arduino IDE-də ilk dəfə istifadə edərkən lövhələr menecerinə əlavə etməlisiniz. “File -> Preferences” bölməsinə bu linki yapışdırın: http://arduino.esp8266.com/stable/package_esp8266com_index.json və “OK” düyməsini basın.
Adım 3: Sonra bunları ““Tools -> Board -> Board Manager…” üzərinə yükləməlisiniz. “Esp8266” yazıb axtarın və lövhələrin son versiyasını quraşdırın.
Addım 4: “NodeMCU 1.0 (ESP-12E Modulu)” lövhəsini seçin.
Adım 5: Ardından kodu Arduino IDE layihənizə kopyalayın və yadda saxlayın. ESP8266 NodeMCU’nuzu micro-usb – usb kabelindən istifadə edərək kompüterinizə qoşun və kodu yükləyin. Əgər bir LEDiniz yoxdursa, NodeMCU development panelindəki daxili LED-i istifadə edə bilərsiniz, sadəcə kodun ilk sətrini “cons int led = 16;” olaraq dəyişdirin.
const int led = 5; //GPIO5
void setup() {
pinMode(led, OUTPUT);
}
void loop() {
digitalWrite(led, HIGH);
delay(1000);
digitalWrite(led, LOW);
delay(1000);
}
Video