Elmi məqalələr və yeniliklərKoteqoriyasız

Elektronika və Elektrik Mühəndisliyi tələbələrinə tövsiyyələr

Paid Electrical Engineering Internship at P&G Company in Hungary ...

(Texnik və bu sahədə çalışan dostlarım, bunlar sizin üçün də keçərlidir)

  1. İngilis dili biliklərinizi inkişaf etdirin. Əgər ingiliscə səlis danışa bilmirsinizsə, kifayət qədər inkişaf etməmisiniz deməkki. Xarici dil-dən 95 bal alamağınıza rəğmən danışa bilmirsinizsə, yen də dil bilikərinizi inkişaf etdirmiş sayılmırsınız. Əvvəlcə tanımadığınız sözlərin çoxluğu sizi qorxutmasın. 4 illik təhsilinizin sonunda texniki nəşrləri başa düşmək üçün ingilis dilində bilikləriniz yetərli olması hədəflərinizdən biri olsun. “The Art of Electronics” əla bir mənbədir ( Fundamentals of electric circuits, introduction to electric engineering vs…).Bu kitabın bir də “Learning the Art of Electronics: A Hands-On Lab Course” var.
  2. Təcrübə çay gətir götür- yatmaq- bekarçılıq olmamalıdır. Tanınmış bir şirkətdə təcrübə keçmək gələcəkdə CV-nizdə həqiqətən yaxşı görünə bilər. Bununla birlikdə kiçik, lakin öz sahəsi üzrə mütəxəssis olan şəxslərin bir yerdə təcrübə keçmək də sizi olduqca inkişaf etdirə bilər,daha da əhəmiyyətlisi üfüqlərinizi genişləndirə bilər. Həm də unutmayın ki, təcrübə gələcəyiniz üçün vacib bağlantılar əldə etmək üçün bir fürsətdir. Şirkətlər üçün yaxşı təəssürat yaratmış təcrübəçilər həmişə ən yaxşı namizədlər sırasındadır.
  3. Ən azı bir proqramlaşdırma dilini yaxşı öyrənməkdə fayda var.C dili bu gün elektronikada ən geniş istifadə olunan bir dildir. Bundan əlavə, C ++ və ya C # kimi “obyekt əsaslı” proqramlaşdırma dillərini öyrənmək faydalı ola bilər.İş elanlarında ən çox axtarılan proqramlaşdırma dilləri C, C ++, C #, Java və Assemblerdir. Bunlardan başqa Visual Basic, Phyton, Delphi kimi dillər az axtarılır.
  4. Mühəndislik kurikulumundakı kursların çoxu bir-birini tamamlayır. Məsələn, xətti cəbr, diferensial tənliklər və kompleks analiz dərsləri avtomatlaşdırılmış idarəetmə nəzəriyyəsinin riyazi əsasını təşkil edir. Əsas elektromaqnit fənlərinə elektrik maşınlarının dayandığı əsas fizika fənləri daxildir. Buna görə yuxarı siniflərdə aparılacaq peşə dərslərinin əsasını aşağı siniflərdə tədris edilən əsas təməl biliklər təşkil edir. Bu dərslərə bunları bilərək baxdıqda diqqətinizi toplamaq daha asan ola bilər.
  5. Məktəbdə nəzəri tərəflərə çox diqqət yetirilir və təcrübəyə çox yer verilmir. Laboratoriya dərslərinə keçmək üçün deyil, öyrənmək üçün əhəmiyyət verin. Multimetr, osilloqraf, siqnal generatoru və s. kimi ölçü alətlərindən istifadə etməyi öyrənin.
  6. Dərsdənkənar vaxtlarda elektronikanın “hobbi” istiqaməti ilə məşğul olmaq həqiqətən faydalı olacaq. Elektronika, sadəcə hobbi kimi də özündə gözəl bir sahədir.Dövrə taxtası (breadboard), lehimləyici, ölçmə cihazı, qida mənbəyi kimi alətlər almaqla sadə sxemlər qura bilərsiniz.
  7. Elektronikada istifadə olunan simulyasiya proqramlarını öyrənin. Bu proqramlardan ən çox istifadə olunan proteusu kompüterinizə quraşdıra bilərsiniz və internetdəki dərsləri izləyərək hər kəsdən bir addım qabağa gedə bilərsiniz.
  8. Demək olar ki, hər Stenford tələbəsi məzun olar-olmaz bir şirkət qurur. Bunu universitet illərində işlədikləri layihəni kommersiya məhsulu etməklə edirlər.Mümkünsə, kommersiya dəyəri olan bir layihə fikriniz olsun. Sektoru izləyərək bu fikri tapa bilərsiniz. Bunun üçün sektor portallarını izləyin, seminar və yarmarkalarını qaçırmayın.
  9. Tələbəliyinizin əlverişsiz olduğunu düşünürsənsə, yanılırsınız. Əksinə, böyük bir üstünlükdür; İstədiyiniz şirkətə, menecerə, mühəndisə, texniki və ya kommersiya üçün heç fərq etmir, hər sualı verə və cavab ala bilərsiniz.
  10. Beyin fırtınası etməyi öyrənin.
  11. Soft Skills deyilən sosial bacarıqlarınızı inkişaf etdirin. İnandırın, bazarlıq bacarıqlarınızı inkişaf etdirməyə çalışın.
  12. Bir kommersiya məhsulu istehsal etmək fikrindəsinizsə, əvvəlcə onun prototipini ortaya qoyun. Bu texnik problemlərdən əvvəl konseptual (məntiqi) problemləri həll etməyə kömək edir. Nərdivan dəli kimi dırmaşıb sona çatanda nərdivanın yanlış divara söykəndiyini anlamaqdan daha ağrılı və çətin bir şey yoxdur.Bir layihəyə başlamazdan əvvəl bunu kağız üzərində gerçəkləşdirin. Sonra kiçik parçalara kəsin. Hər bir parçanı ayrıca yerinə yetirin. Heç vaxt bitməyəcəyi kimi hiss olunur. Səbirli olun.
  13. Arduino ilə prototip hazırlamağa başlaya bilərsiniz. Arduino ilə, C proqramlaşdırma dilində quraşdırılmış sistem inkişafı tədqiqatlarını edə bilərsiniz. Bununla birlikdə qeyd etməliyəm ki, elektronika sahəsində peşəkar kimi işləməyi düşünənlər yalnız Arduino layihələri ilə kifayətlənməməlidirlər, həm də istifadə etdikləri prosessorların / mikrokontrollerlərin memarisini (arxitekturasını) öyrənməlidirlər. Mikrokontrolerlər (PIC16F84, PIC16F877a, PIC16F628a, PIC18F452) ilə maraqlanmağınız, PIC-in əsas prinsiplərini başa düşməyiniz və mikrokontrolerin proqramlaşdırılmasını öyrənməyiniz üçün faydalı olacaqdır.
  14. Mütləq bir not tutun.Hər öyrəndiyinizi yazın. Mövzunun və dizaynın nə olduğu vacib deyil. Sadəcə yazın. Öyrənməyin ən yaxşı yolu öyrətməkdir. Yazmağın düşündüyünüz qədər asan olmadığını və bir mövzu yazarkən biliksizliyinizin olduğunu görəcəksiniz. Hətta 3-4 abzas yazmaq üçün 3-4 saat sərf etməli olduğunuz belə olacaq.
  15. Ən son texnoloji xəbərləri izləyin. TV texnologiya proqramlarının siyahısını tərtib edin və izləyin. Oxuduğunuz ixtisas haqqında yeniliklərdən (inkişaflardan) xəbərdar olun.
  16. Elektrik – Elektronika Mühəndislərinin bloglarını izləyin. Bu təkcə Azərbaycan saytlarına aid deyil.
  17. Peşə ilə paralel bir hobbi ilə məşğul olun. Proqramlaşdırma dillərini siyahının başında olmalıdır.
  18. Qeyd edək ki, şirkətlər işə qəbulda diplomun orta səviyyəsinə (qiymətləndirməyə) də diqqət yetirirlər.

Yazının hazırlanmasında diyot.net saytındakı bənzər məqalədən istifadə edilmişdir.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x