Elektronikanın əsasları

Elektronika haqqında qısa ümumi məlumat

Elektronika- elektron və ya başqa yüklü zərrəciklərlə işləyən elektrik qurğularının tətbiqini öyrədən elmdir. Elektronikada sistemlər analoq və rəqəmli olaraq iki hissəyə bölünürlər.

Elektrotonikanın bazasında düzəldilmiş texnikaya da elektronika deyilir. Burada elektronik hissələrin yaradılması, modelləşdirilməsi və tətbiqi araşdırılır. Elektron element kimi təkcə televiziya borusu yox, həm dəm müxtəlif yarımkeçiricilərdən və metallardan hazırlanmış tranzistorlar da tətbiq olunurlar.

Elektronikanın əsas sahələrindən biri sabit siqnal axını və onların emalı ilə məşğul olan analoq texnikasıdır. Bundan əlavə diskret halları emal edən rəqəmli texnika, ayrı-ayrı elektronik elementlərin bir inteqrasiya olunmuş idarə dövriyyələrində tətbiqi, enerji çevriciləri, məftilsiz yüksək tezlikli ötürmələr də elektronikanın tərkib hissələridir.

Elektronika bu gün yarımkeçiricilərdən başlayaraq kvant elektronikasından tutmuş nano elektronikaya qədər böyük bir sahəni əhatə edir. Kompyuterin qalibindən sonra, informasiya texnologiyasının daimi inkişafı və getdikcə genişlənməkdə olan avtomatlaşdırma elektronikanın əhəmiyyətini daha da artırmışdır.

Dünya üzrə istehsal olunan elektronik hissələrin 38%-i Asiyadan gəlir. 1995-ci ildə bu hissə 20% təşkil edirdi. Təkçə Çin keçən ilki məlumata əsasən son 12 ildə umumi məhzulda olan payını 3%-dən 16%-ə qədər qaldırmışdır. Top 10-luq arasında Cənubi Koreya, Malayziya, Tailandda vardır. Qərbi Avropanın payı 19% təşkil edir. Bunlar arasında Almaniya, Fransa, Böyük Britaniya, İrland, İtaliya fərqlənirlər.

Başqa sözlə

Elektronika – elm, texnika və istehsalatın elektron cihaz və qurğularının işlənməsi, hazırlanması və tətbiqi ilə məşğul olan sahəsi. Elektronikanın elektron cihazlarının işlənməsi və hazırlanması ilə məşğul olan sahəsi fiziki elektronika, onların əsasında elektron qurğularının yaradılması ilə məşğul olan sahəsi isə sənaye (texniki) elektronikası adlanır.

Müasir elektronikanın elektron vasitələrinin işlənməsi ilə məşğul olan sahəsi funksional elektronika adlanır və o, iki əsas hissəyə – analoq və rəqəm elektronikasına ayrılır

Analoq elektronikası fasiləsiz funksiya qanunu ilə dəyişən siqnalların çevrilməsi və emal edilməsi üçün istifadə olunan elektron vasitələrindən bəhs edən bölməyə deyilir.

Rəqəm elektronikası diskret funksiya qanunu ilə dəyişən siqnalların çevrilməsi və emal edilməsi üçün istifadə olunan elektron vasitələrindən bəhs edən bölməyə deyilir.

Elektronika sənayesinin inkişafını iki istiqamətə – güc (energetika) və informasiya elektronikası istiqamətlərinə ayırmaq olar.

Energetika elektronikası elektroenergetika, metallurgiya və s. sənaye sahələrinin ehtiyacları üçün əsasən, sabit və dəyişən cərəyanın çevrilməsini təmin edən elektron vasitələrini əhatə edir.

İnformasiya elektronikası isə müxtəlif sənaye və elmi – tədqiqat sahələrinin avtomatlaşdırılmasını, müxtəlif proseslərin ölçülməsini, nəzarətini və idarə olunmasını təmin edən elektron vasitələrini əhatə edir.

Elektronikanın yaranması, әsasәn, radionun kәşfi ilә bağlıdır. Belә ki, radioqәbuledicilәrin tәtbiqinin genişlәnmәsi (xüsusilә gәmiçilik vә hәrbi sahәdә) element bazası tәlәb edirdi. Bu bazanın yaradılması vә öyrәnilmәsi ilә elektronika mәşğul olmağa başladı. İlk nәsil cihazların element bazası elektron lampalar әsasında idi. Bununla әlaqәdar vakuum elektronikası inkişaf etdi. TV vә radarların yaradılması vakuum elektronikasının inkişafına tәkan verdi. Lakin elektron lampaların ölçülәri böyük vә tәlәb etdiyi güc çox olduğu üçün element bazası kimi diodlar vә tranzistorlar tәtbiq edilmәyә başlandı.

Elektronikanın sonrakı inkişafı elektron hesablama maşınlarının (EHM) yaranması ilә әlaqәdardır. Tranzistorlar әsasında qurulan EHM-lәr ölçülәrinin böyüklüyü vә çox güc tәlәb etmәsi, hәmçinin, az etibarlı olması ilә fәrqlәnirdi (detallarının sayı çox olduğuna görә). Bu problemlәrin hәlli mәqsәdi ilә mikroyığımlar, sonralar isә mikrosxemlәr tәtbiq edildi. Mikrosxemin elementlәrinin sayı tәdricәn artdı, inteqral mikrosxemlәr, mikroprosessorlar yaranmağa başladı. İş prinsipindәn asılı olaraq analoq (fasilәsiz) vә rәqәmli (diskret) elektron sxemlәr mövcuddur. Bu sxemlәrdә informasiyanın kodlaşdırılması vә informasiyanın işlәnmәsi proseslәri müxtәlifdir.

Fiziki elektronika yüklü zәrrәciklәrdәki proseslәri öyrәnir. Fiziki elektronikanın termoelektron, fotoelektron, ikinci elektron emissiyası, avtoelektron emissiyası hadisәlәrini, sәthi ionlaşma vә ionların bәrk cismin sәthi ilә qarşılıqlı tәsirini öyrәnәn sahәsinә katod elektronikası deyilir. Yarımkeçiricilәrdә yükdaşıyıcıların hәrәkәt qanunlarını yarımkeçiricilәr elektronikası, elektronların yüksәk tezlikli elektrik sahәsindә hәrәkәt qanunlarını isә yüksәk tezlik elektronikası öyrәnir. Elektrik vә maqnit sahәlәri vasitәsilә istiqamәtlәnmiş elektron dәstәlәri almaq vә onu idarә etmәk mәsәlәlәri ilә elektron optikası mәşğul olur. Nәhayәt, qazlarda müxtәlif növ elektrik hadisәlәrindәn bәhs edәn bölmә qaz elektronikası adlanır. Belәliklә, fiziki elektronikada elektrovakuum, ion vә yarımkeçirici cihazların işlәmә prinsiplәrinin fiziki әsasları öyrәnilir. Texniki elektronika elektron cihazlarının hazırlanması, istehsalı vә tәtbiqi ilә mәşğuldur. Әn çox yayılmış cihazlar aşağıdakılardır: elektron lampaları, yarımkeçirici diodlar, tranzistorlar, qazboşalma cihazları, elektron-şüa cihazları, yüksәk tezlik cihazları (klistron, maqnetron, qaçan dalğa lampası vә s.), fotooptik cihazlar (vakuum vә qaz doldurulmuş fotoelementlәr, fotoelektron çoxaldıcıları vә s.).

Elektronikanın әsas tәdqiqat obyektlәri aşağıdakılardır: elektronun vә digәr yüklü zәrrәciklәrin elektromaqnit sahәsi ilә qarşılıqlı tәsir qanunlarının öyrәnilmәsi; elektron cihazlarının hazırlanmasında istifadә edilәn enerji çevrilmәlәri – informasiyanın ötürülmәsi, işlәnmәsi vә saxlanması, istehsal proseslәrinin avtomatlaşdırılması, enerji qurğularının hazırlanması, nәzarәtölçü cihazlarının yaradılması vә tәcrübәlәrdә baş verәn hadisәlәrin qarşılıqlı әlaqәsinin aydınlaşdırılması.

Elektron cihazları zәif siqnallara qarşı yüksәk hәssaslığı rabitә aparatlarında Yerin süni peyklәrindәn alınan mәlumatların verilmәsindә vә kosmik hissәciklәrin parametrlәrinin ölçülmәsi, hesablanması vә s.-dә 10–25 Vt gücündә siqnalları qәbul etmәyә imkan yaradır. Elektron cihazlardan texnikanın bir çox sahәlәrindә istifadә olunur. Ölçü vә kütlәsinin kiçikliyi, etibarlı vә iqtisadi cәhәtdәn әlverişli olması elektron aparatların әsas xüsusiyyәtlәridir. elektronikanın sürәtli inkişafı nәticәsindә artıq kvant elektronikası, fotoelektronika, piroelektronika, bioelektronika, infraqırmızı dalğalar texnikası, krioelektronika, maqnitoelektronika vә s. kimi yeni elmi-texniki sahәlәr yaranmışdır. Mәişәt elektronikası elektrik gәrginliyi, elektrik şiddәti, elektrik sahәsi vә ya elektromaqnit dalğalarından istifadә edәn mәişәt elektron cihazı vә qurğularının (mәs., TV, mobil telefon, ütü vә s.) yaradılması ilә mәşğuldur. Sәs-video elektronika texnikası sәs vә video tәsvirlәrin güclәndirilmәsi vә yaradılması üçündür. Aktiv element kimi mikrosxemlәrin istifadә edilmәsi mikroelektronika aparatlarının etibarlılığını daha da artırır vә istehsalın maya dәyәrini azaldır. Mikroprosessorlar vә ya mәntiqi mikrosxemlәr әsasında qurulan qurğular (mәs., elektron kalkulyator, kompüter, rәqәmli TV, mobil telefon, printer, robot, sәnaye avadanlığının, nәqliyyatın idarәetmә paneli vә s. mәişәt vә sәnaye qurğuları) rәqәmli mikroelektronikanın mәhsullarıdır.

Elektronikanın nailiyyәtlәri nәticәsindә elmi tәdqiqatların effektivliyi yüksәlir, yeni növ maşın, avadanlıq vә cihazlar (mobil rabitә vasitәlәri, simsiz qurğular, naviqatorlar, kommunikatorlar, planşetlәr vә s.) yaradılır, sәmәrәli texnologiya vә idarәetmә sistemlәri hazırlanır, yeni xassәlәrә malik materiallar alınır, informasiyanın toplanması vә işlәnmәsi proseslәri tәkmillәşdirilir.

Dünya üzrə istehsal olunan elektron hissələrin 38%-i Asiyadan gəlir. 1995-ci ildə bu hissə 20% təşkil edirdi. Təkçə Çin keçən ilki məlumata əsasən son 12 ildə umumi məhsulda olan payını 3%-dən 16%-ə qədər qaldırmışdır. Top 10-luq arasında Cənubi Koreya, Malayziya, Tailandda vardır. Qərbi Avropanın payı 19% təşkil edir. Bunlar arasında Almaniya, Fransa, Böyük Britaniya, İrland, İtaliya fərqlənirlər.

Mənbə

  1. Hering, Bressler, Gutekunst: Elektronik für Ingenieure, Springer, Berlin 2001.
  2. Yearbook of World Elektronik Data von Reed Electronics Research, Juni 2006.
  3. Kazımzadə R. Z., Əsgərov C. S. Elektrotexnika, radiotexnika və elektronika (ali texniki məktəblər üçün dərslik). Bakı, 2013.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

3 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
3
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x