Elektrik sahəsi
Elektrik sahəsi maqnit sahəsinin zamana görə dəyişməsi nəticəsində yaranır. Bunu ilk dəfə Ceyms Maksvell kəşf etmişdir. Elektrik sahəsinin intensivliyi bu sahəyə gətirilmiş elektrik yükünə təsir edən qüvvənin bu yükün miqdarına nisbəti ilə ölçülən fiziki kəmiyyətə deyilir E=F/q. BS-də ölçü vahidi N/Kl və ya kq.m/san².Kl. Nöqtəvi q yükünün r məsafəsində yaratdığı elektrik sahəsinin intensivliyi q yükü ilə düz, yükdən olan məsafənin kvadratı ilə tərs mütənasibdir E=k.q/r2.
Elektrik sahəsinin intensivliyi sahənin qüvvə xarakteristikasıdır və vektorial kəmiyyətdir. Əgər elektrik sahəsi bir neçə yük tərəfindən yaradılmışsa, yekun sahənin potensialı hər bir yükün ayrılıqda yaratdığı sahənin potensiallarının cəbri cəminə bərabərdir. Elektrik sahəsinin intensivliyi sahənin qüvvə xarakteristikası olub, sahənin müəyyən nöqtəsində yerləşdirilmiş müsbət nöqtəvi yükə təsir edən qüvvənin bu yükün miqdarına olan nisbəti ilə ölçülən kəmiyyətə deyilir.
Burada F– sahəyə gətirilmiş yükə təsir edən qüvvə, q isə elektrik sahəsini yaradan yükün miqdarıdır.
Elektrik sahəsinin istiqaməti olaraq vahid müsbət yükə təsir edən qüvvənin istiqaməti götürülür. Elektrik sahəsinin qüvvə xətlərindən istifadə etməklə sahəni təsvir etmək olar. Elektrik sahəsinin qüvvə xətti elə xəttə deyilir ki, ona hər bir nöqtədə çəkilən toxunan həmin nöqtədə vahid müsbət yükə təsir edən qüvvənin istiqaməti ilə eyni olsun. Müsbət nöqtəvi və kürəvi cisimlərin qüvvə xəttləri ondan çıxan şüalar, mənfi yükünki isə əksinə yönəlmiş şüalar olar.Müsbət və mənfi yüklənmiş sonsuz paralel iki lövhə arasında qüvvə xətləri bir- birinə paraləl və eyni sıxlıqla yerləşdiyindən belə sahə bircins sahə adlanır.