Koteqoriyasız

EHM-İN İNKİŞAF MƏRHƏLƏLƏRİ

EHM-İN YARANMA TARİXİ

21-ci əsrdə texnikanın, elmin, iqtisadiyyatın sürətlə inkişaf etməsi ilə əlaqədər informasiya axınının çoxalması müşahidə edilir. İnformasiya axınını idarə etmək üçün dövrün tələbi olan kompüter texnikasından istifadə etmək zərurəti yaranır. Kompüter texnikası müasir dövürdə qlobal hesablamalar aparmaq üçün, ən müxtəlif reaktiv siyahıların hazırlanması üçün, böyük elmi-texniki layihələr üçün istifadə olunur. Bir sözlə müasir dövr öz həyatını kompütersiz təsəvvür edə bilməz. EHM-lərin yaradıcılarından olan Qluşkov yazırdı:

Əgər müasir EHM-lər olmasaydı bəşəriyyətin tam yarısı hesablama aparmaq məqsədi ilə digər yarısına xidmətçi işləməli idi.

Məsələn: İngilis riyaziyyatçısı Şenks 19-cu əsrdə Π ədədinin təqribi qiymətinin tapilmasına 20 ildən artıq vaxt sərf edilmişdir. Lakin EHM-lər bu işi çox az müddətdə 500000 rəqəmə qədər dəqiqliklə icra edə bilir. EHM-lərin tarixinə nəzər salsaq görürük ki, təxminən 4000 il bundan əvvəl qədim misirlilər və yunanlılar hesablama aparmaq üçün müxtəlif sadə vasitələrdən istifadə edirdilər. Daha sonralar Abak yaradıldı. Hətda orta əsrlərdə riyazi məsələlər o zaman həll olunmuş hesab olunurdu ki, o məsələlər abakda həll olunmuş olsun.Tarixi məlumatlara əsasən rəqəmlər hərflərdən əvvəl yaranmışdır. Məsələn: 13-cü əsrdə 1202 ərəb rəqəmlərindən istifadə edərək yazılı hesablama üsulu yaranmışdır. Sonralar bu hesablama üsulu Avropada Fibonaççi üsulu adlandırıldı. Bu dövrdən sonra yazılı hesablama üsulu geniş istifadə olundu, abak köməkçi vasitəyə çevrildi. Ümumiyyətlə informasiyanın saxlanılası üçün ən münasib vasitə yazıdır.

EHM-İN NƏSİLLƏRİ

EHM-in inkişaf mərhələsi şərti olaraq bir-birini əvəz edən nəsillərə bölünür.Hər bir nəsil isə elektron hesablama maşınını təşkil edən elementlərlə – element bazası ilə bir birindən fərqlənirdi. EHM-in yeni nəsli özündən əvvəlkilərdən ölçülərinin kiçikliyinə, proqram təminatına, sürətinin böyüklüyünə, etibarlılığına görə fərqlənirdi.

Birinci nəsil EHM-lərin element bazası əsasən elektron lampalar olmuş, onlar 60-cı illərin sonunadək hazırlanmış və buraxılmışdır. Bu maşınların sürəti çox deyildi və saniyədə 20min Əməliyyatı yerinə yetiridi. Birinci nəsil EHM-lərə «URAL». «URAL2». «STRELA». «M-1». BESM-2» və.s misal göstərmək olar.

İkinci nəsil EHM-lərin meydana gəlməsi yarımkeçirici elementlərin – tranzistorların kəşfindən sonra mümkün oldu. Element bazası olaraq tranzistorlardan istifadə olunan ikinci nəsil EHM-lər saniyədə 100 min əməliyyatı yerinə yetirirdi.

İkinci nəsil maşınlara «MİNSK-2». «MİNSK-22». «URAL-14», «M-22», «M-220». «BESM-4». «MİR-2», «URAL-16» və.s misal göstərmək olar. Bu maşınlar bir-birindən fərdi dilinin olması ilə fərqlənirdilər və bir maşın üçün yazılmış proqramlardan digər maşında istifadə etmək mümkün deyildi.

Üçüncü nəsil EHM-lərin üçüncü nəslinin əsasını inteqral sxemlər təşkil edir. Yaddaşı milyonlarla sözdən ibarət olan üçüncü nəsil maşınlar saniyədə 1 milyona qədər əməliyyat apara bilirdi. Üçüncü nəsil EHM-lərə «ES-1010», «ES-1060», «ES-1061» və.s misal göstərmək olar.

 «ES-1020» saniyədə 10000 əməliyyat,

 «ES-1061» maşını isə 2000000 əməliyyatı yerinə yetirirdi.

70-ci illərdə «böyük inteqral sxemlər» in (BİS) ilə əlaqədar olaraq EHM-lərin dördüncü nəslinin yaradılmasına başlanıldı.

 BİS-lərin ölçülərinin çox kiçik – bir neçə santimetr olması və bu sxemlərdən istifadə edilməsi EHM-lərin etibarlılıq səviyyəsini və yüksək sürətini – saniyədə bir neçə milyon əməliyyatı yerinə yetirməsini təmin edir. EHM-lərin prosessorunun bir silisium kristalında yerləşdirilməsi XX əsrin ən böyük nailiyyətlərindən sayılır. Belə birkristallı prosessorlar – mikroprosessorlar adlanır. Nəticədə EHM-lərin bütün qurğularının elektron sxemlərini bir platada yerləşdirmək mümkün oldu və bir neçə il bundan əvvəl böyük salonları tutan EHM-i isə ölçülərinə və dəyərinə görə hər hansı istifadəçinin bilavasitə iş stolunda istifadə etməsi üçün yararlı etdi. Bununlada fərdi EHM-lər, cib və stolüstü mikrokalkulyatorlar meydana çıxdı.

EHM-lərin beş və altıncı nəsli 

XXI əsrin süni intellektə malik maşınları olacaqdır. Bu kompüterlər super böyük inteqral sxemlərin (SBİS) yaradılması ilə əlaqədardır.

EHM-İN QURLUŞUBiz bilir ki, EHM-lərin qurluçu 5 hissədən ibarətdir.

  1. Giriş qurğuları
  2. Hesab-məntiq qurğuları
  3. İdarəetmə qurğuları
  4. Yaddaş qurğuları
  5. Çıxış qurğuları

1) Giriş qurğularına informasiyanı daxil edən qurğular aiddir.İnformasiyanı daxil edən qurğulardan ən önəmlisi klaviaturadır. Müasir kompüterlərin klaviaturaları 105-110 düymədən ibarətdir. Bu düymələr funksional, işçi düymələr, hərf və rəqəmlərdən ibarət olur. Informasiyanı kompüterə daxil etmək üçün digər vasitələrdən də istifadə etmək olar. Bunlara xüsusi informasiya daşıyıcıları aiddir.
2) Kompüterin həm hesabi həm də məntiqi işlərini icra edən hesab-məntiq qurğusu ana lövhənin üzərində yerləşdirilmişdir. Hesab-məntiq qurğusunun əsas funksiyası kampüterin ümumi xarakteristikasını təyin edir. Hesab-məntiq qurğuları kompüterə daxil olunan əmrlərin kompüter tərəfindən başa düşülməsini təmin edir. Hesab-məntiq qurğusu kompüterə daxil olan bütün hesabi və məntiqi işləri kompüterin başa düşdüyü dildə icra edir. Nəticəni isə istifadəçiyə onun başa düşdüyü kimi təqdim edir.
3) İdarəetmə qurğuları – EHM-lərin ümumi işini idara edir, onun bütün qurğularının iş fəaliyyətini tənzimləyir. İdarəetmə qurğusu hesab-məntiq qurğusu ilə birlikdə ana lövhənin üzərində yerləşdirilmişdir. EHM-lər işlədiyi müddətcə həm HMQ həm də

idarəetmə qurğusu daima fəailiyyətdədir. Bu qurğular çox hərəkətə gəldiyi üçün qızırlar. Bunun qarşısını almaq üçün xüsusi soyuduculardan istifadə olunur.
4) EHM-lərdə əməli və xarici yaddaşdan istifadə olunur. Kompüter informasiyanı əməli yaddaşında saxlayır. Əməli yaddaşa yazılan informasiya kompüter elektrik şəbəkəsindən ayrılana qədər saxlayır. EHM yenidən şəbəkəyə qoşulduqda informasiya bərpa olunmur. Bizə lazım olan informasiyanı uzun müddət yaddaşda saxlamaq üçün xarici yaddaşdan və xarici yaddaş kimi çevik və bərk maqnit disklərdən (vinçesterdən) və optik disklərdən (CD-ROM, DVD- ROM, CD-WRITE, DVD WRITE) istifadə etmeliyik.


5) Ən çox Manitor, Printer, Akustik kolonkalar, Plotter kimi çıxış qurğularından istifadə edilir.

EHM-İN, PROQRAMLAŞDIRMA VƏ KİBERNETİKA ELEMENTLƏRİNİN MƏKTƏB HƏYATINA DAXİL OLMASI MƏRHƏLƏLƏRİ

İnformatika elmi XX əsrin ikinci yarısında yaranmışdır. Onun inkişafı elektron hesablama maşınları texnologiyasının yaranması ilə əlaqədardır. Kiçik EHM-ləri kompüter adlandırırdılar ki, onun da tərcüməsi latın sözü olub hesablayıcı deməkdir.EHM-lərin müasir cəmiyyətdə insan fəaliyyətinin ən müxtəlif sahələrinə tədbiq edilə bilməsi EHM-in unversal qurğu olması ilə izah olunur.XX əsrin 50-ci illərində elektron hesablama maşınlarının ilk nəsilləri həyata vəsiqə aldı. Bununla birlikdə insanların yeni fəaliyyət sahəsi elektron hesablama maşınlarında proqramlaşdırma inkişaf etməyə başladı.EHM-lərin ilk nəsilləri ölkənin elmi-tədqiqat müəssisələrində və böyük ali məktəblərində elektron hesablama mərkəzlərində cəmləşdirildi. Artıq 50-ci illərin sonlarında riyaziyyatçı proqramçılar yetişməyə başladı.Bu işə akademik A.P.Yerşov rəhbərlik edirdi.İnformatikanın tədrisi ilə bağlı 1960-cı illərin əvvəllərindən başlayaraq riyaziyyat təmayüllü məktəblərdə və siniflərdə proqramlaşdırma kursu üzrə proqram materiallarının öyrənilməsinə başlanmışdır. Məktəblərin proqramlaşdırma sahəsində ixtisaslaşmasının müsbət əhəmiyyəti vardır. Bu bir sıra metodik vasitələrin yazılmasına, məktəbdə proqramlaşdırmanın aid çoxlu məsələlərin həll edilməsinə gətirib çıxardı.Məktəb informatika kursunun əsasları 60-cı illərdə inkişaf etməyə başladı. Bunun kibernetika elementlərinin təlimini eksperiment qaydasında həyata keçirməyə imkan verdi. Bu sahədə ilk tədqiqat işləri V.S.Ledneve aiddir. Sonralar bu istiqamətdə aparılan elmi-metodik işlərə V.S.Lednivin şagirdi A.A.Kuznetsov da qoşuldu. Onların birgə fəaliyyəti nəticəsində kibernetikanın əsaslarının orta məktəbdə öyrədilməsinin ümum-təhsil və politexnik əhəmiyyətini müəyyən edən nəticələr əldə olundu. Nəticələrə əsasən “kibernetika ümumtəhsil məktəblərində ayrıca fənn kimi öyrənilməlidir”.EHM-də proqramlaşdırmanın əsasını alqoritimləşdirmə anlayışı təşkil edir. Aşağıda alqoritimləşdirmənin əsasını təşkil edən alqoritmik mədəniyyətin kompanentləri verilir.

  1. Alqoritm anlayışı və onun xassələri. Alqoritm alqoritimləşdirmənin əsas anlayışı olmaqla alqoritmik mədəniyyətin əsas komponentlərindən biridir. Alqoritimləşdirmənin təlimi zamanı bu anlayışın ciddi və dəqiq tərifindən istifadə etmək vacib deyil. Sadəcə olaraq onun aydınlıq, kütləvilik, diskretlik, nəticəlik xassələrinin məzmununu aydınlaşdırmaq lazımdır.

2.Alqoritmin təsvirolunma dilləri. Alqoritm dil anlayışı ilə əlaqəlidir. Dilin seçilməsialqoritmin tədbiq sahələri ilə müəyyən olunur. Dil müəyyən imkanlara malikdir və istifadəçiyə alqoritimləşdirmə zamanı bu və ya digər məqsədləri həyata keçirməkdə xidmət edir.

3. Təsvirin formallaşdırılması səviyyəsi. Təsvirin formallaşdırılması anlayışı dil anlayışı ilə ayrılmaz əlaqəyə malikdir. Avtomat üçün tərtib olunmuş təsvirdə dildən istifadə edilirsə, bu dil ciddi qanunlara tabe olur və müəyyən formal sintaksis əmələ gətirir. Buna oxşar hallarda deyillər ki, dil formallaşdırılmışdır.

  1. Diskretlik prinsipi. Alqoritmin qurulması qarşıya qoyulmuş, tələb olunan nəticəni almaq üçün yerinə yetirilən məqsədyönlü elementar əməliyyatlar ardıcıllığının tərtib edilməsidir. Bu əməliyyatlar ardıcıllığı alqoritmin təsvirinin diskret strukturunu təyin edir.

5. Bloklar prinsipi. Bəzən alqoritmi tərtib edərkən onu müxtəlif səviyyələrdəhissələrə ayırmaq lazım gəlir. Bu, məsələ mürəkkəb olduğu zaman meydana çıxır,və proqramçı məsələni müəyyən bloklara ayırır və onların hər birini ayrılıqda həllhəll edir. Bundan sonra bloklar arasında əlaqə yaradır, məsələnin ümumi həllinitapır


6. Budaqlanma prinsipi. Alqoritimlərin təşkili dilin məntiqi (budaqlanan) vasitələrindən istifadəni tələb edir. Alqoritmik mədəniyyətin vacib komponentləriaşağıdakılardır.

  • Giriş verilənlərdən aslı olaraq hər bir mərhələnin nəticəvi olması üçün bütün imkanlara baxmaq lazımdır;
  • Müəyyən olunmuş şərtə əsasən giriş verilənin qiymətindən asılı olaraq alqoritmin icrası zamanı mümkün yollardan biri seçilir.

7. Dövrülük prinsipi. Əksər alqoritmlərdə təkrarlanan hissələri bir dəfə təsvir edirvə ondan dəyişənlərin müxtəlif qiymətlərində hesablamalar aparmaq üçün istifadəolunur. Bu hallar əməliyyatların yanlış həcmini azaldır.

  1. Alqoritmin yerinə yetirilməsi. İstifadəçinin əsas alqoritmik mədəniyyətinin

elementlərindən biri də onun alqoritimləşdirmə prosesində alqoritmin müəyyən hissələrinin işləməsindən gözlənilən nəticələrin alına bilməsini duymaq qabiliyyətinin olmasıdır.

  1. Verilənlərin təşkili. Alqoritmin emalı üçün istifadə olunan verilənlər giriş

verilənlər adlanır. Istifadəçi alqoritmin işləməsi üçün aralıq və son nəticələrin nə zaman alınma ardıcıllığını bilməlidir.


ELEKTRON KALKULYATORLAR VƏ EHM-İN KÜTLƏVİ TƏDBİQİ

70-ci illərin ikinci yarısından başlıyaraq metodist alimlərin diqqətini daha geniş yayılmış portativ mikroprossorlu cihazlar – mikrokalkulyatorların tədris prosesində tədbiqi cəlb etməyə başladı. Bu mikrokalkulyatorlardan istifadə bir sıra, o cümlədən riyaziyyat, fizika, kimya fənnlərinin tədrisi metodikasında yeni imkanların tədbiqini reallaşdırdı.Mikroprossorların istehsalının mənimsənilməsi EHM-in kütləvi yayılmasına və tədbiqinə imkan yaratdı. Həmin vaxtlarda EHM-in məktəbə daxil olması ilə bağlı müxtəlif fikirlər olmasına baxmayaraq hesablama texnikası tədris prosesinə daxil oldu və özünün müsbət nəticələrini verməyə başladı. Hazırda Azərbaycan höküməti təhsilin kompüterləşdirilməsi ilə bağlı müəyyən tədbirlər planı hazırladı və bunları Dünya Bankının dəstəyi ilə müvəffəqiyyətlə həyata keçirir.


     

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x