Koteqoriyasız

Diferensial avtomat və təhlükəsizlik söndürmə cihazı

Müəllif : Xəyal Əliyev.

İlk növbədə cərəyan sızmasının nə olduğuna baxaq. Cərəyan sızması elektrik dövrələrində cərəyanın nəzərdə tutulmayan yolla axınına deyilir. Nəzərdə tutulmayan yolla dedikdə bunlara misal olaraq elektrik cihazlarının gövdələri ,yaş divarlar ,istilik və su boruları və s. ola bilər. İnsanlarda bu dövrənin bir hissəsi ola bilərlər. Cərəyan sızması kifayət qədər böyük olarsa bu insan sağlamlığına ciddi zərər verə bilər. Buna görə yarana bilən cərəyan sızmasını və onu yaradan səbəbləri vaxtında müəyyənləşdirmək və aradan qaldırmağ lazımdır. Biz bilirik ki , cərəyan ötürücü məftillər ,yəni naqillər qoruyucu izolyasiyalı olurlar. İzolyasiya o məqsədlə istifadə olunur ki , insanı cərəyan vurmasından və qısa qapanmadan qorusun. Hətta yeni elektrik cihazında onun yaxşı izolyasiya olunmasına baxmayaraq , onda da kiçik bir cərəyan sızması olacaqdır.

Çünki izolyasiya mükəmməl deyil və mikroçatlar həmişə olur. Uzun müddətli istismar nəticəsində naqillərin izolyasiyasının müqavimətinin azalması , həddən artıq çox yüklənmələr zamanı onların qızması və təmir işləri zamanı təsadüfən onların zədələnməsi kimi hallar cərəyan sızmasının baş verməsinin əsas səbəbləridir. Əgər cərəyan sızmasının qiyməti 10 mA –dən çox deyilsə o təhlükəsiz sayılır. Cərəyan sızmasının qiymətinin 30 mA -ə bərabər və ya çox olması isə insan həyatı üçün təhlükəlidir. Cərəyan sızmaları yaranan zaman ciddi zədələnmələrin qarşısını almaq üçün elektrik dövrəsini dərhal kesən qurqulardan istifadə edilir. Bu qurğulardan biri difirensial avtomat digəri isə təhlükəsislik söndürmə cihazıdır.

Diferensial avtomat və təhlükəsizlik söndürmə cihazı – elektrik avadanlığlarının izolyasiyası pozulduğda insanları cərəyan vurmasından qoruyan bir cihazdır. Diferensial avtomat isə özündə həm avtomatik elektrik açarını həm də təhlükəsislik söndürmə cihazını cəmləşdirən unikal bir qurğudur. Diferensial avtomat əgər insanlar təsadüfən elektrik avadanlığlarının cərəyan axan hissələrinə toxunurlarsa onları elektrik cərəyanından mühafizə etmək və ya cərəyan sızmasından qorumaq üçün istifadə olunur. Bu halda diferensial avtomat təhlükəsislik söndürmə cihazı rolunu oynayır. Eyni zamanda diferensial avtomat dövrəni qısaqapanmadan və çox yüklənmədən mühafizə edərək avtomatik elektrik açarı kimi işləyir.

Diferensial avtomatlar və təhlükəsizlik söndürmə cihazları həm elektron həm də elektromexaniki olurlar. Elektromexaniki cihazların qiyməti yüksək olur. Bu cihazlar müxtəlif elektrik avadanlığlarının əsasən məişət elektrik avadanlığlarının istismarı zamanı yüksək elektrik təhlükəsisliyini təmin edirlər. Həmçinin diferensial avtomat köhnəlmiş elektrik naqillərinin çox qısmasından və köhnə elektrik məişət cihazlarının nasazlığından alınan yanığların qarşısını ala bilir. Çox hallarda elektriklər obyektlərdə elektrik montaj işləri apararkən hansı hallarda differensial avtomatdan və hansı hallarda təhlükəsizlik söndürmə cihazından istifadə edilməsinin vacib olduğunu bilmirlər. Yəni differensial və təhlükəsilik söndürmə cihazından istifadə olunması şərtlərini nəzərə almırlar. Şəxsi evlərdə və obyeklərdə elektrik montaj işlərinin proyektini hazırlayarkən sadaladığımız amilləri nəzərə almaq lazımdır!. Əgər difavtomata (differensial ) və təhlükəsizlik avtomatın görünüşünə nəzər salsaq görərik ki, onların xarici görünüşlərində o qədər də fərq yoxdur. Lakin onların həyata keçirdiyi funksiyalar müxtəlifdir. Təhlükəsizlik söndürmə cihazı o vaxt aktivləşir , yəni dövrəni o vaxt sistemdən ayırır ki, dövrədə differensial cərəyan yaransın,yəni cərəyan sızması baş versin. Dövrədə differensial cərəyan yarandığda ilk növbədə insanın həyatı təhlükə altında olur ( əgər O nasaz elektrik avadanlığlarına toxunubsa ).

Bundan əlavə cərəyan sızması baş verirsə naqillərin izolyasiyası qızmaqa başlayır və buda yanğınla nəticələnə bilər. Ona görə də təhlükəsizlik söndürmə cihazını insanı qorumaq və yanğının qarşısının alınması üçün quraşdırırlır. Lakin təhlükəsislik söndürmə cihazının özünü qısaqapanmadan və artıq yüklənmədən qorumaq lazımdır. Ona görə təhlükəsislik söndürmə cihazından əlavə elektroşitdə avtomatik elektrik açarını quraşdırmaq mütləq lazımdır. Belə halda paylayıcı şitdə təhlükəsislik söndürmə cihazı avtomat açar çox yer tuturlar. Diferensial avtomat isə paylayıcı şitdə az yer tutur. Diferensial avtomat özündə həm avtomat açarını həm də təhlükəsislik söndürmə cihazını cəmləşdirir. Bu cihaz həm qısaqapanmdan həm də cərəyan sızmasından qoruya bilir.
Diferensial avtomat və təhlükəsizlik söndürmə cihazı arasında əsas fərqlər – Təhlükəsizlik söndürmə cihazı dövrəni qısaqapanmadan və yüklənmədən qoruya bilmir. Bir çox elektriklər elə fikirləşirlər ki, dövrədə təhlükəsizlik söndürmə cihazını quraşdırmaqla baş verə biləcək bütün hadisələrin qarşısını almış olurlar. Təhlükəsizlik söndürmə cihazı şəbəkədə indikator rolunu oynayır. Yəni cərəyanın şəbəkənin əsas hissəsindən axmasına nəzarət edir. Cərəyanın kənar yollarla axınını müəyyənləşdirir. Əgər müxtəlif elektrik avadanlıqlarında və ya naqillərdə cərəyan sızması varsa , onda o buna reaksiya verir və dövrəni dərhal əsas hissədən ayırır. Əgər mənzildə olan bütün elektrik cihazlarını işə salsaq ,yəni bilərəkdən dövrəni maksimal yükləsək , bu halda təhlüksəsizlik söndürmə cihazı dövrəni əgər əlavə avtomat olmasa əsas sistemdən ayırmayacaq. Dövrədə olan hər şey təhlükəsizlik söndürmə cihazı da daxil olmaqla sıradan çıxacaq , yəni yanacaq! Bu səbəblərə görə təhlükəsislik söndürmə cihazından əlavə dövrədə mütləq avtomat açar olmalıdır. Təhlükəsislik söndürmə cihazı avtomat açarla qarşılıqlı çalışırlar. Avtomat açar sistemi qısaqapanmadan və çox yüklənmədən qoruyur. Təhlükəsislik söndürmə cihazı isə dövrəni cərəyan sızmasından qoruyur.
Xarici görünüşlərinə görə fərqləri – Xarici görünüşlərinə görə difavtomat və təhlükəsislik söndürmə cihazı fərqli olur. Əgər cihazın üzərində ancaq cərəyanın nominalı qeyd edilibsə , deməli bu cihaz təhlükəsizlik söndürmə cihazıdır. Əgər cihazın üzərində cərəyanın nominalının qarşısında hansısa latın əlifbasından olan hərflər qeyd edilibsə ( A , B , C ) deməli bu cihaz diferensial avtomatdır.
Şəbəkədə hansı halda differensial avtomatdan, hansı hallarda təhlükəsizlik söndürmə cihazından istifadə edilməlidir? – Əgər biz özümüzü və ailə üzvlərimizi cərəyan vurmasından , yəni konkret məişət cihazlarından ( bunlar paltaryuyan maşın , qabyuyan maşın , ütü və s. cihazlar ola bilərlər ) qorumaq istəyiriksə onda diferensial avtomat cihazını seçməliyik. Və onun cərəyanın nominalı məişət cihazının cərəyanən nominalına uyğun olmalıdır. Əgər siz özünüzü və ailə üzvlərinizi otaqlarda istifadə olunan qrup rozetkalarından cərəyan vurmasından qorumaq istəyirsizsə , onda təhlükəsislik söndürmə cihazından istifadə etmək daha əlverişlidir. Niyə təhlükəsislik avtomatı ? Əgər cərəyanın qiyməti qalxarsa , yəni evə , mənzilə yeni məişət elektrik avadanlığları alınarsa onlar müxtəlif olduğu üçün enerji istehlakıda artır və cərəyan şiddətinin qiymətidə artır. Belə olan halda diferensial avtomat tez-tez işə düşəcək , çünki güc artıb və onun daha çox nominal cərəyan olan diferensial avtomatla əvəz etmək lazım olacaqdır. Bu da öz növbəsində əlavə xərclərə getirib çıxarır. Belə olan halda təhlükəsislik söndürmə cihazından istifadə etmək daha əlverişlidir. Bu halda bizə ancaq avtomat açarı deyişmək lazım olacaq. Avtomat açar isə diferensial avtomatdan təfələrlə daha ucuz başa gəlir. Deməli təhlükəsislik söndürmə cihazı istifadə edilən zaman ya avtomat açar , ya da təhlükəsislik söndürmə cihazı sıradan çıxarsa onda onları ayrı-ayrı yenisi ilə əvəz etmək olar. Diferensial avtomatdan istifadə etdikdə isə əgər cihaz sıradan çıxarsa , onu yenisi ilə əvəz etmək lazım olacaq. Burada xərclər arasında çox fərq olur. Bu 1 – ci variant . Gəlin 2 – ci variantı nəzərdən keçirək. Tutaq ki , təhlükəsislik söndürmə cihazı sıradan çıxıb. Ehtiyyatda isə heçnə yoxdur. Bu halda evdə , mənzildə enerjini bərpa etmək üçün müvəqqəti olaraq təhlükəsislik söndürmə cihazının əvəzinə adi purnoşkadan istifadə etmək olar. Yəni ümümi avtomat açarından sonra purnoçka vasitəsilə enerjini bərpa etmək olar. Diferensial avtomatdan istifadə etdikdə isə bunu etmək olmur! Onda mütləq diferensial avtomat yenisi ilə əvəz edilməlidir. Ya da müvəqqəti olaraq sadə avtomat açar quraşdırılmalıdır.
Bu cihazların işə düşmə səbəbləri – Əgər sizin mənzilinizdə , ya da obyektinizdə təhlükəsislik söndürmə cihazı işə düşübsə , bu halda səbəb birdir. Elektrik xətlərində ya da elektrik cihazlarında cərəyan sızması baş vermişdir. Əgər sizdə təhlükəsislik sönürmə cihazını qoruyan avtomat “atıbsa” bu halda dövrə çox yüklənib ya da qısaqapanma baş verib. Əgər sizin mənzilimizdə diferensial avtomat varsa və diferensial avtomat atıbsa bu halda avtomatın nədən işə düşməsini ( atmasını ) araşdırmaq lazım gələcək. Bu halda diferensial avtomatın atma səbəbi aydın deyil. Diferensial avtomatın atmasına səbəb həm cərəyan sızması , həm qısaqapanma və ya artıq yüklənmələr ola bilər. Görünür ki, bu halda təhlükəsislik söndürmə cihazı diferensial avtomatdan üstündür. Biraz əvvəl qeyd edmişdik ki , təhlükəsislik söndürmə cihazı avtomat açarla birlikdə paylayıcı şitdə çox yer tutur. Diferensial avtomat isə az yer tutur. Bu hal ancaq bir fazlı gərginlikdən istifadə etdikdə belə olur. Diferensial avtomat kompakt olduğu üçün ondan istifadə etmək daha sərfəlidir. Əgər işlədicilər çoxdurlarsa!
Diferensial avtomatın və təhlükəsislik söndürmə cihazının şəbəkəyə qoşulması – Diferensial avtomatın şəbəkəyə qoşulması çox sadədir. Diferensial avtomat iki girişə və iki çıxışa malikdir. Bu giriş və çıxışlara faza və 0 xətti adi halda olduğu kimi qoşulurlar. Təhlükəsislik söndürmə cihazının dövrəyə qoşulması isə biraz fərqlidir. Əvvəl avtomat açar montaj edilir sonra avtomat açarın çıxışından faza təhlükəsislik söndürmə cihazının girişinə qoşulur. İndi təsəffür edin ki , dövrədə ikidən çox təhlükəsislik cihazı var. Bu halda montaj işləri də mürəkkəbləşir. Bu halda diferensial avtomatın montajı sadə olduğundan ondan istifadə etmək daha əlverişlidir.
Bəzi hallarda niyə bu cihazlar cərəyan vurmasından qoruya bilmir? – Əgər insan faza və 0 naqillərinə eyni zamanda toxunursa, sadə dildə desək iki barmaqını eyni zamanda razetkaya salarsa bu halda nə difavtomat nə də təhlükəsislik söndürmə cihazı işə düşməyəcək! Bu halda elektrik cərəyanı insanı vuracaqdır. Diferensial avtomat və təhlükəsislik söndürmə cihazı bu halı dövrəyə işlədici qoşulmuş kimi qəbul edir. Yəni bu cihazlar elə biləcəklər ki , rozetkaya hər hansısa elektrik cihazı qoşuldu. Bunlara misal kimi ütü , çaynik və s. məişət cihazları ola bilər. Belə deyək ki, bu cihazar bizim barmaqlarımızı işlədici kimi qəbul edəcək. Bu hallarda çox diqqətli olmaq lazımdır!

Ədəbiyyat : Rauf Niftəliyev ( mühəndis ).

Xeyal

Elektrik və Elektronika mühəndisliyi oxuyur. Tələbə.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x