Güc elektronikası mühəndisliyi 50-ci illərin əvvəllərindən bəri böyük sürətlə inkişaf edir. Yarımkeçirici texnologiyanın inkişafı ilə və daha səmərəli idarəetmə ilə , hazırda DC ötürmə sistemləri istifadə olunur. Bu yazıda, tez-tez güc elektronikasında istifadə olunan keçid elementlərini sizə təqdim edəcəyik. Növbəti məqalələrdə DC- DC çeviricilərin əsas topologiyalarını araşdıracağıq və işimizi nümunələrlə rəngləndirəcəyik.
SCR
Silikon ilə idarə olunan düzləndiricidir. Əslində, Güc elektronikası mühəndisliyi 1957-ci ildə SCR tətbiqi ilə inkişaf etməyə başladı.
SCR, əslində idarə olunan yarımkeçirici keçid elementidir. Qapı(rəzə) pininə tətbiq olunan cərəyanla keçidi açılır, amma unutmaq olmaz ki, tətbiq olunan cərəyanı 0-a bərabərləşdirməklə SCR kəsilməyə getmir. Kəsməyə səbəb olmaq üçün SCR-in anod və katod uclarına 0-dən az mənfi bir gərginlik tətbiq edilməlidir. Buna SCR-nin söndürülməsi deyilir.
Bu gün HVDC ötürmə xətlərində SCR-nin tətbiqi ən yüksək səviyyədədir. Çünki yarımkeçirici açarları arasında ən böyük cərəyan və gərginlik daşıma qabiliyyətinə malikdir.
Maksimum açarlama ( keçid) tezliyi 500 Hz civarındadır.
GTO
Qapı kəsilməli tristor ( Gate Turn Off Thriyristor )| Bu yarımkeçirici keçid elementi olan xüsusi bir SCR növüdür. SCR-dən əsas fərq odur ki, anod və katod uclarında mənfi bir qütbləşməyə ehtiyac yoxdur. Qapı ucundan gələn mənfi bir cərəyan GTO-nu kəsəcəkdir.
Maksimum açarlama (keçid) tezliyi SCR-dən daha yüksəkdir və 1 kHz ətrafındadır.
IGBT
Insulated Gate Bipolar Transistor/ Qapısı (rəzəsi) təcrid edilmiş bipolyar tranzistor. Yüksək güclü tranzistorlardır.
IGBT çox yüksək keçid tezliyinə malikdir. 20 kHz və ondan yuxarı tezlikdə açarlama tezliyinə sahibdir. IGBT gərginliklə idarə olunan bir açarlama elementidir. Qapı və emitter arasında tətbiq olunan gərginliyə görə vəziyyəti dəyişir. Ancaq IGBT hər hansı bir vəziyyətdə olduqda İg cərəyanı sıfıra qoyulursa, mövqeyi dəyişmir və əvvəlki vəziyyətini saxlayır.
POWER MOSFET
Metal Oksid Yarımkeçirici Sahə Effektli Güc Transistoru. Yüksək güclərdə və yüksək tezliklərində açarlama üçün istifadə olunur. Səmərəliyi olduqca yüksəkdir.
N Kanal və P Kanal olaraq iki növü var. Aralarındakı əsas fərq aktiv rejim(keçid rejimi) və kəsmə rejimidir.
N Channel Power Mosfet
P Channel Power Mosfet
Yazının əsli: https://www.elektrikport.com/teknik-kutuphane/dc-dc-donusturuculer-anahtarlama-elemanlari-el–/6658#ad-image-0