Kompüter sistemləri

CPU (Prosessor)

Prosessor – kompüterin ən əsas komponenti, onun “beynidir”.
Mərkəzi prosessor – xüsusi çipdir (inteqral mikrosxem) ki, fərdi kompüterə lazım olan bütün əsas
hesablama əməliyyatlarını yerinə yetirir: kompüterin yaddaşında olan rəqəmləri toplayır, çıxır, vurur,
bölür, və bunları saniyədə bir neçə yüz milyon əməliyyat sürəti ilə yerinə yetirir.


Fərdi kompüterdə bütün informasiyanı emal edən mərkəzi prosessor giriş informasiyasını çıxış
informasiyasına çevirərək proqram vasitələrinin idarəsi altında işləyir.
Kompüterlərin ayrı-ayrı modellərində iki qabaqcıl dünya istehsalçılarının Intel və AMD şirkətlərinin
müxtəlif prosessorları istifadə olunur. Yaxın vaxtlara qədər prosessorun iş qabiliyyətini müəyyən edən
göstərici meqaherslərlə (MHz) və ya qeqaherslərlə (QHz) ölçülən tezlik idi. 1 QHz 1000 MHz-ə
bərabərdir. Lakin müasir prosessorların müxtəlif tipləri əlavə texnologiyalar toplusuna malikdirlər ki,
bunlar da ümumi məhsuldarlığa əhəmiyyətli dərəcədə təsir göstərir, buna görə də öz prosessorlarının əsas
parametri kimi istehsalçılar hal-hazırda heç də həmişə prosessorun iş tezliyi ilə birbaşa bağlı olmayan
reytinq sayını göstəririlər. Lakin bir qayda olaraq eyni istehsalçının buraxdığı prosessorun nömrəsi və ya
reytinqi nə qədər yüksəkdirsə, prosessorun tezliyi və işləmə sürəti də bir o qədər çoxdur.
Intel prosessorları:
1) Intel Pentium 4 prosessorları – istənilən əlavələrdə maksimal səmərəliliyi təmin edir. Pentium 4-ün
potensialı tam olaraq özünü videomaterialların və fototəsvirlərin emalı zamanı, müasir kompüter
oyunlarında və digər resurs tələb edən əlavələrdə göstərir. Intel Pentium 4 prosessorları emal edilən
məlumat axınının paralelləşdirilməsi hesabına məhsuldarlığı və çoxtapşırıqlılığı artıran Hyper-Treading
texnologiyasını dəstəkləyir. FSB* sistem şinasının tezliyi Intel Pentium 4 prosesorlarında – 533 MHz
(500 seriyalı), 800 MHz – dir. (600 seriyalı). İkinci dərəcəli keş-yaddaş** 500 seriyalı prosessorlarda 1
Mb, 600 seriyalı prosessorlarda isə 2 Mb-dır.
—— Hyper-Treading texnologiyası – Bu texnologiya prosessorun işinin effektivliyinin artırılması üçün
nəzərdə tutulub. Hyper Threading-in mahiyyəti ondan ibarətdir ki, proqramın bir “qolunun” icrası zamanı
fəaliyyətsiz qalan icraedici qurğular proqramın digər “qolunun” icrasına başlaya bilər. Yəni, sanki bir fiziki
prosessorun iki virtual prosessora bölünməsi baş verir ki, bu da verilənlərin emalını sürətləndirir. Hyper-
Thereading texnologiyası bir CPU-da iki məntiqi 32 – dərəcəli prosessor yaradaraq 2-prosessorlu sistemin
axınları ilə işə bənzəyir.
2) Intel Celeron D prosessorlarını cəsarətlə Intel Pentium 4 prosessorlarının sadələşmiş
versiyası adlandırmaq olar. Onların əsas fərqləri – sistem şinasının tezliyi * – 533 MHz, ikinci
dərəcəli keş-yaddaşdır**-256 Kb. Intel Celeron D prosessorları demək olar ki, istənilən
əlavələrin işə salınmasını və işləməsini təmin edir. Baha olmayan sistemlərdə və ya daha yüksək
iş qabiliyyəti tələb olunmayan hallarda istifadə olunur.
3) Intel Pentium D prosessorları 4) Intel Core2 Duo prosessorları
AMD prosessorları:
1) AMD Athlon 64 prosessorları – AMD şirkətindən yüksək məhsuldarlığa malik CPU variantı.
İstər 3D oyunlar, qrafika ilə iş və ya videomontaj olsun – bu prosessorlar ən “ağır” əlavələrdə
maksimum cəldliyi təmin edəcək. Prosessorun özünə inteqrasiya olunmuş DDR tipli yaddaş
kontrolleri sistemin məhsuldarlığını və effektivliyini maksimal dərəcədə artırır. Müasir AMD
Athlon (Duron) prosessorları 3DNow!+ и MMX+ instruksiya naborlarını dəstəkləyir, Athlon XP
–yə SSE dəstəyi əlavə olunub.
ММХ/ММХ2 texnologiyası – ММХ texnologiyası tam rəqəmlərlə mütəmadi əməliyyatlar tələb edən
multimedia həlləri üçün istiqamətlənib. Bu cür həllər qrafika, audio, üçhəcmli təsvir, multiplikasiya və s.
istifadə olunan oyun, kommunikasiya, təlim proqramları kimi tapşırıqların öhdəsindən gəlir. 1999-cu ilin
yanvarında MMX texnologiyasına hərəkətli nöqtə (50) ilə verilənlərin qrup halında emalının 70 yeni əmri və
tamədədli verilənlərin (20) qrup emalı üçün əlavə əmrlər əlavə olunub. SSE (Streaming SIMD Extensiuon),
KNI (Katmai New Instruction) və ya ММХ2 adlanan bu əmrlər naborunun sayəsində şəkillərin, audio və
videoverilənlərin axınının emalı, həmçinin nitqin tanınması imkanları genişləndi.
—– 3DNow! texnologiyası – Multimedia məsələlərinin həlli üçün AMD korporasiyası üçölçülü qrafikanın,
audio və videoverilənlərin emalının sürətləndirilməsi üçün 24 yeni 3D instruksiyasının emalı üçün konveyer
strukturlu yeni modul işləyib hazırladı və öz CPU-larını bu modulla təchiz etdi. Bu modul 3DNow! adını aldı.
Tam ədədlərlə iş prinsipinə əsaslanan MMX texnologiyasından fərqli olaraq 3DNow! instruksiya dəstinə
üçölçülü səhnələrin hesablanması zamanı vacib olan, həqiqi ədədlərlə işləyən əmrlər daxil edilib. Nəzəri
cəhətdən 3DNow! üçölçülü obyektlərin hesablanmasında prosessorun əvəzedicisi rolunu oynayır. Modul eyni
zamanda dörd SIMD instruksiyanı yerinə yetirə bilər ki, bu da prosessorun məhsuldarlığını nəzərə çarpacaq
dərəcədə artırır.
2) AMD Sempron prosessorları – baha olmayan ev kompüterləri üçün AMD prosessorunun
büdcə variantı, istənilən müasir tapşırıqların öhdəsindən gəlir. AMD Athlon 64-dən əsas fərqi –
prosessorun özünün və kompüterin digər tərkib hissələri ilə verilənlər mübadiləsi şinasının aşağı
səviyyəli tezlikləridir, ikinci dərəcəli keş-yaddaş AMD Athlon 64-də olduğundan iki dəfə azdır.

Prosessorların əsas xarakteristikaları
1.1. Verilənlərin daxili dərəcəsi – Bu, prosessorun eyni zamanda emal edə biləcəyi informasiya bitinin
sayıdır. Bu xarakteristika sadə ədədi və məntiqi əməliyyatlar yerinə yetirilərkən zəruridir. Prosessorun
tipindən asılı olaraq verilənlərin dərəcəsi 16, 32 və ya 64 bit təşkil edə bilər.
1.2. Verilənlərin xarici dərəcəsi – Bu, prosessorun sistem şinası vasitəsilə digər qurğularla (keş-yaddaşla,
operativ yaddaşla və s.) mübadilə edə biləcəyi – tam vahid kimi baxılan informasiya bitinin sayıdır.
Verilmiş kəmiyyət 8, 16, 32, 64 bit təşkil edə bilər.
2.Takt tezliyi. (GHz-lə ölçülür) – prosessorun, mahiyyətcə bu qurğunun əsas xarakteristikası olan cəldliyi.
İlk olaraq takt anlayışını müəyyən etnək lazımdır. Beləliklə, bir riyazi və ya məntiqi əməliyyat prosessor
tərəfindən 1 taktla yerinə yetirilir, zaman vahidi ərzində taktların sayı prosessorun yerinə yetirdiyi
əməliyyatların sayını müəyyən edir. Müasir prosessorların takt tezliyi 1, 2 və hətta 3 GHz-ə çata bilər, yəni
bu tip prosessorlar saniyədə bir neçə milyard əməliyyat yerinə yetirmək qabiliyyətinə malikdir. Takt tezliyi
nə qədər yüksək olarsa prosessorun məhsuldarlığı və cəldliyi bir o qədər çox olar. 1 MHz takt tezliyində
prosessor saniyədə milyon, 100 MHz tezliyində isə 100 milyon əməliyyat yerinə yetirməyə qadirdir.
3. Sistem şinasının tezliyi (FSB – frequency system bus. (MHz-lə ölçülür) – Bu, kompüterin
platformasının sistem şinasının işlədiyi – CPU-nun xarici tezliyidir. Sistem şinası prosessoru operativ
yaddaşla birləşdirir ki, bu da bu komponentlər arasında verilənlər və əmrlər mübadiləsini təmin edir.
533MHz/ 800MHz/ 1066MHz/ 1333MHz
4. Keş-yaddaş – bu, operativ yaddaşdan çıxarılan verilənlərin köçürüldüyü yüksək sürətli yaddaş
blokudur. Əsas əmrlərin və verilənlərin yadda saxlanması üçün belə bir bufer prosessorun iş qabiliyyətini
artırmağa imkan verir.
– PC-nın işləyib-işləməməsindən asılı olmayaraq informasiyanın uzun müddət saxlanması üçün
nəzərdə tutulan yaddaş.
– bu, operativ yaddaşın daha tez-tez istifadə olunan sahələrinin saxlandığı ən cəld operativ yaddaşdır.
– əməliyyat sisteminin sistem fayllarının saxlandığı yaddaş.
Keş-yaddaş birinci (L1) və ikinci (L2) dərəcəli olur. 1 dərəcəli keş-yaddaş əmrlərin icrasının izlənməsinə,
2 –dərəcəli keş-yaddaş isə verilənlərin ötürülmə sürətinin səviyyəsinə cavabdehdir.
Verilənlərin təkmilləşdirilmiş ötürülməsi ilə 2-dərəcəli keş-yaddaş – yaddaşa müraciətin orta vaxtının
azaldılması hesabına prosessorun məhsuldarlığını artıran yüksəksürətli yaddaş. L2 keşin həcmi nə qədər
böyük olarsa sistem şinası və prosessor o qədər az yüklənər ki, bu da bütün sistemin məhsuldarlığını
artırır.
Əmrlərin icrasının izlənməsi ilə 1 dərəcəli keş-yaddaş – prosessor və operativ yaddaş arasında işləmə
sürətində fərqi balanslaşdırmaq üçün istifadə olunan cəldhərəkətli yaddaş. Burada cari əmrlər və
kompüterin planlaşdırdığı əmrlər saxlanılır. Bu yaddaşla iş cəld aparıldığından kompüterin işinin ümumi
sürəti artır. Intel prosessorları birinci (L1) və ikinci (L2) dərəcəli keş-yaddaşa malikdir. 2 dərəcəli keş-
yaddaş – prosessorun məhsuldarlığını, yaddaşa müraciətin orta vaxtının azaldılması hesabına artıran
yüksəksürətli yaddaşdır.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x