Prinsipial Sxemlər: Test və Ölçmə

Cərəyan transformatoru

Müəllif : Xəyal Əliyev

Cərəyan transformatoru ( qısaca trafo )- dövrədən axan cərəyanı ölçmək üçün istifadə olunan ölçü transformatorudur. Qoşulu olduğu dövrədən axan cərəyanı istənilən nisbətdə kiçiltərək bu cərəyanla çıxış terminallara bağlı alətləri qidalandıran və onları yüksək gərginliydən izolyasiya edən transformatorlara, cərəyan trafoları deyilir. Cərəyan trafoları, giriş cərəyanı ilə çıxış cərəyanı nisbətli və bu cərəyanlar arasında faza fərqi 0° olan elektrik trafosudur . Cərəyam transformatorunda birinci tərəf dolağı cərəyan ölçülən dövrəyə ardıcıl , ikinci tərəf dolağı isə açpermetr , vattmetr və sayğacların cərəyan dolaqları , cərəyan relesi qoşulur.

Cihazların təhlükəsisliyini təmin etmək məqsədi ilə ikinci tərəf dolağının bir ucu mütləq torpaqlanmalıdır. İkinci tərəf dolağına qoşulan işlədicilərin müqaviməti çox kiçik olduğundan , cərəyan transformatoru qısaqapanma rejimində işləyir. Cərəyan trafosu primer ( giriş ) deyilən əsas dövrədən axan cərəyanı,maqnetik birləşmə ilə kiçildir və sekonter (çıxış) adlandırılan ikinci dövrəyə və bu dövrəyə qoşulu cihazlara “köçürür” . Və bunun nəticəsində cihazların böyük cərəyanlarla yüklənməsi, orta gərginlik və yüksək gərginlik dövrələrində, cihazların böyük gərginliylərlə yüklənməsi məhdudlaşdırılır.
Quruluşu – giriş dolaqları və terminalları. – çıxış sarğı və terminalları. – maqnetik nüvə və gövdə.
Giriş sarğısı qalın mis teldən və bir neçə izolyasiya ilə sarılır.Çıxış sarğısı isə çox izolyasiyalı incə tellidir. Bu sarğılar bir-birindən yaxşı izolyasiya olunurlar. Beləliklə alçaq gərginlik və yüksək gərginlik dövrələrində cihazların böyük cərəyanlardan yüklənməsi qorunmuş olur.
İş prinsipi – iş prinsipi və quruluşu transformatorlara çox oxşardır. Amma cərəyan trafosu , çıxışı qısaqapanma rejimində işləyən və çıxış hissəsinin çıxış cərəyanı müəyyən intervalında məhdudlaşdırılmış xüsusi trafodur.

Tətbiq sahələri – ölçü alətlərini və qoruma relelərini primer (giriş) gərginlikdən izolyasiya edir, etibarlı işləməyə icazə verir. Ölçü trafolarının istifadə olunması ölçü alətlərinin və relelərin kiçik qabarit ölçülərdə istehsal edilməsinə icazə verir. Böyük cərəyanları ölçmək üçün istifadə edilir.Cərəyan transformatorları tətbiq sahələrindən asılı olaraq çox müxtəlif konstruksiyala malik olur. 50 – 4000 A cərəyana və müxtəlik gərginliklərə hazırlanır.
Alçaq gərginlik cərəyan transformatoru – bu trafolar alçaq gərginlik şəbəkəsində istifadə olunur. Paylayıcı trafosu çıxışı fazalar arası 400 V olan gərginlikdir. Bu gərginlik ilə işləyən fabrik və iş yerlərində istifadə olunan trafolardır. Alçaq gərginlikdə quru tip cərəyan trafosu istifadə edilir.
Orta gərginlik cərəyan transformatoru – orta gərginlik alçaq gərginlik şəbəkələri ilə yüksək gərginlik şəbəkələri arasında “körpü” rolunu oynayır.
Yağlı tip ( çənli )– bu tip trafolarda izolyasiyanı izolyasiya yağı təmin edir. Quru trafolara nisbətən yağ sızması və tərləmə ola bilər. Yüksək gərginliklərdə istifadə olunan transformatorlar yağlı tip transformatorlardır.


Quru tip – bu tip trafoların keçirici hissələri bir-birindən və gövdədən dielektrik materiallar ilə izolyasiya edilmiş olur. Dielektrik materialı kimi kağız, qətran və s. materiallar istifadə edilir. Əsasən alçaq gərginlikdə istifadə olunan transformatorlar quru tip hazırlanırlar.

Qeyd etmək lazımdır ki , cərəyan trafosunun ikinci tərəf dolağının uclarının açıq qalmasına icazə verilmir. Çünki bu halda ikinci tərəf cərəyanın maqnitsizləşdirici təsiri yox olur və trafonun maqnit seli dəfələrlə artır. Bunun nəticəsində ikinci tərəf dolağında xidmət personalı və transformatorun özü üçün çox təhlükəli olan yüksək gərginik yaranır. İzolyasiyanın deşilməsi və eləcədə maqnit itkilərinin kəskin artması nəticəsində maqnit dövrəsinin həddindən artıq qızması trafonun işdən çıxmasına səbəb ola bilər. Buna görə də cərəyan trafosunun ikinci tərəf dolağına qoşulan cihazları dövrədən açmazdan əvvəl , dolağın ucları qısaqapanmalıdır. Cərəyan transformatorunun transformasiya əmsalı birinci dolağın nominal cərəyanının ikinci dolağın nominal cərəyanına nisbətinə deyilir.

Xeyal

Elektrik və Elektronika mühəndisliyi oxuyur. Tələbə.
0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

1 Comment
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Back to top button
1
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x