Site icon ElectronX Lab

Arduino IDE-də ESP32 Board-u necə quraşdırılır?

ESP32 lövhənizi (board) Arduino IDE-də necə quraşdıracağınızı və istifadə edəcəyinizi öyrənəcəksiniz

Bu layihədə istifadə olunan hissələr

Elektron (Hardware) hissələr

Proqram tətbiqləri və onlayn xidmətlər

Layihə

Layihəyə getmədən əvvəl Arduino IDE-nin ən son versiyasını masaüstünüzdə (Windows, Linux və ya MAC OS X) quraşdırdığınızdan əmin olun. Arduino IDE-ni buradan yükləyə bilərsiniz. 

Arduino IDE-ni əvvəllər quraşdırmısınızsa, həqiqətən proqramı yeniləməyinizi (köhnəsini silin və yenisini quraşdırın) məsləhət görürəm, əks halda düzgün işləməyə bilər.

Arduino IDE-də ESP32 Əlavəsinin quraşdırılması

Arduino IDE-nizə ESP32 Board əlavə etmək üçün aşağıdakı təlimatları izləyin:

1. Arduino IDE-ni açın,  File>Preferences gedin

2.Aşağıdakı şəkildə göstərildiyi kimi https://dl.espressif.com/dl/package_esp32_index.json‘u “Additional Board Manager URLs” sahəsinə yapışdırın. Sonra “OK” düyməsini vurun

Note: if you already have another boards (i.e ESP8266 boards URL), you can separate the URLs with a comma like this:

Qeyd: Zatən başqa lövhələriniz varsa (yəni ESP8266 lövhələri və s. URL), URL’ləri bir vergüllə ayırmaq olar:

https://dl.espressif.com/dl/package_esp32_index.json, http://arduino.esp8266.com/stable/package_esp8266com_index.json

3. Ardınca “Boards Manager”-ə gedin.  Tools > Board > Boards Manager

4. Axtarış çubuğuna gedin və ESP32 yazın, sonra “ESP32 by Espressif Systems“-i quraşdırın

5. Qurduqdan sonra bir neçə saniyə gözləyin

Note: Some cases will have an error message when downloading the add-on

Yeni lövhələr yüklənərkən səhv mesajı çıxarsa,bu problemi aradan qaldırmaq üçün , File > Preferences -ə gedin və “C:\Users\Arbi\AppData\Local\Arduino15” düyməsini vurun.

Bu qovluqdakı bütün sənədləri silin (Delete all files) və 1-dən 4-cü addıma kimi təkrarlayın.

Eyni problemim var idi və bu həll yolu ilə işlədi 🙂 . Növbəti addıma keçək

ESP32 Kartınızı yoxlamaq

1. Arduino IDE’ni açın və ESP32 Kartını kompüterinizə qoşun.

2.  Tools > Board menyusundan kartınız seçin (məndə “DOIT ESP32 DEVKIT V1″-dir)

3. Əlaqə portunu seçin və Tools > Port -a gedin(mənim kartımda bu  COM15 idi)

4. ESP32-nizi yoxlamaq üçün nümunə kodunu açın,  Examples > WiFi > WiFiScan -a gedin

5.WiFiScan kodunu yükləmək üçün yükləmə düyməsini basın və bir neçə saniyə gözləyin

6. Arduino IDE Serial Monitor-u 115200 sürətini seçin.

7. ESP32 kartının üstündəki EN (Enable) düyməsini basın və ESP32 kartınızın yaxınlığında mövcud olan şəbəkələri görəcəksiniz:

Qeyd: Kodu yükləyərkən bir problem varsa və bu “A fatal error occurred: Failed to connect to ESP32: Timed out… Connecting…“ səhv mesajını alırsınızsa, ESP32-nin proqramlaşdırma / yükləmə rejimində olmadığı deməkdir.

Həll: Kartınızdakı BOOT düyməsini basıb saxlayın (ESP32 Board) və “Connecting…” mesajını gördükdən sonra düyməni buraxın.

Bu addımlar ESP32 Kartınızı Arduino IDE-də quraşdırmaq üçün idi.

Kod

WiFi axtarmaq üçün nümunə kod

Bu kod, ESP32 Kartınızı test etmək üçündür. ESP32 Kartınızın ətrafındakı bütün WiFi şəbəkələrini (2.4GHs) göstərə bilər.

/*
* This sketch demonstrates how to scan WiFi networks.
* The API is almost the same as with the WiFi Shield library,
* the most obvious difference being the different file you need to include:
*/
#include "WiFi.h"

void setup()
{
Serial.begin(115200);

// Set WiFi to station mode and disconnect from an AP if it was previously connected
WiFi.mode(WIFI_STA);
WiFi.disconnect();
delay(100);

Serial.println("Setup done");
}

void loop()
{
Serial.println("scan start");

// WiFi.scanNetworks will return the number of networks found
int n = WiFi.scanNetworks();
Serial.println("scan done");
if (n == 0) {
Serial.println("no networks found");
} else {
Serial.print(n);
Serial.println(" networks found");
for (int i = 0; i < n; ++i) {
// Print SSID and RSSI for each network found
Serial.print(i + 1);
Serial.print(": ");
Serial.print(WiFi.SSID(i));
Serial.print(" (");
Serial.print(WiFi.RSSI(i));
Serial.print(")");
Serial.println((WiFi.encryptionType(i) == WIFI_AUTH_OPEN)?" ":"*");
delay(10);
}
}
Serial.println("");

// Wait a bit before scanning again
delay(5000);
}

Əlavələr məlumat : https://randomnerdtutorials.com/installing-the-esp32-board-in-arduino-ide-windows-instructions/

Exit mobile version