Ana plata
ANA PLATA NƏDİR?
Bu, FK-in bünövrəsi sayılan, fərdi kompüterdə əsas platadır.
Kompüterinizin səmərəliliyi, stabilliyi, yəni gələcək yenilənməsi məhz ana platadan asılıdır.
İstənilən ana platanın əsasını məntiqi dəst və ya çipset təşkil edir. Chip Set – mikrosxem dəsti. Çipset ana platanın
imkanlarını və arxitekturasını müəyyən edən əsas mikrosxem dəstidir. Çipset ana plataya hansı prosessorun
quraşdırılmasını, ana platanın hansı həcmdə və tipə malik operativ yaddaşı dəstəkləyəcəyini və s. müəyyən edir.
Ana plataların əsas çipsetləri:
1. ATI ( ATI CrossFire Xpress 3200, ATI Radeon Xpress 200 for AMD, ATI Radeon Xpress 200 for Intel)
2. INTEL (Intel
845 Intel 850 Intel 848 Intel
8 6 5 Intel
875 Intel 915
Intel 925 Intel 945 Intel 955 Intel 965 Intel 975X Intel E7xx )
3. NVIDIA nForce
(NVIDIA nForce2 NVIDIA nForce3 NVIDIA nForce4 NVIDIA nForce5 NVIDIA nForce6)
4. SIS ( SiS 6xx Series SiS 7xx Series )
5. VIA ( VIA KT266 VIA KT333 VIA KT400 VIA KT600 VIA KT800 VIA K8T8xx VIA
P T8x)
Çipset cənub və şimal körpücükləri adlanan iki mikrosxemdən ibarətdir. Şimal körpüsü mahiyyətcə
əlaqələndirici rolunu daşıyır və müxtəlif şinaların axınına nəzarət edir. Ona kompüterin bütün əsas şinləri
qoşulub: prosessor şinaları, operativ yaddaşın şinaları, qrafik şina, cənub körpüsü ilə birləşdirən şina.
Şimal körpüsü nədir
Şimal körpüsü mahiyyətcə əlaqələndirici körpü rolunu oynayır və müxtəlif şina axınlarını kontrol edir. Ona
kompüterin bütün əsas şinaları qoşulub: prosessor şinaları, operativ yaddaşın şinaları, qrafik şina, cənub
körpüsü ilə birləşdirən şina.
Cənub körpüsü nədir
Cənub körpüsü periferik qurğulara və mütəlif xarici şinalara cavabdehdir, ona həmçinin usb ide controler və
ide sata genişlənmə slotları qoşulub.
Periferik qurğular: hdd, odd, fdd.
Ana plata bir neçə əsas xarakteristikaya malikdir:
– Form-faktor (AT/ATX) – ana plataların formasını, ölçüsünü, platada komponentlərin yerləşməsini müəyyən
edir. Vacibdir: platanı form-faktoru onu hansı tip korpusa yerləşdirəcəyinizi müəyyən edir. Korpuslar müvafiq
olaraq AT/ATX, Mini ATX, Micro ATX, Tower və s. olur.
– SOCKET (SOKETLƏR) – prosessorların quraşdırılması üçün nəzərdə tutulmuş sistem platalarında
prosessorun yerləşdirilməsi üçün “yuva”.
Ana plataların əsas yuvaları (soketlər):
•
INTEL — Socket 370/ Socket 423/ Socket 478/ LGA 775
•
AMD — Socket A / Socket 754/ Socket 939 / Socket AM 2/ Socket AM 3
– BIOS (baza giriş-çıxış sistemi) – fərdi kompüterin əsas elementlərindən biri, kompüteri qoşduqdan sonra
işə salmaq üçün prosessorun yerinə yetirdiyi proqramdır. Bundan əlavə BIOS kompüterin əməliyyat
sistemi və kompüterə qoşulmuş periferik qurğular arasında verilənlər mübadiləsini idarə edir.
Əsas ana plata istehsalçıları:
Intel, Asus, Gigabyte, Msi, Asrock, Biostar, Abit, Albatron, Epox, Foxconn, Acorp, Aopen, Axper