Kompüter sistemləri

Ana lövhə

Ana löhvə kompüterin ən əsas qurğusudur. Ana plata kompüterin daxili və xarici qurğularının əlaqəli idarəsini təmin edir. Ana löhvənin əsas xarakteristikası formafaktordur. Hər bir formafaktor ölçüsünə, özündə saxlayan elementlərin sayına, elementlərin yerləşmə konfiqurasiyasına, istifadə etdiyi gərginliyə və gərginliyə qoşulma formasına və s. parametrlərə görə fərqlənir.

Müasir kompüterlərdə aşağıdakı tip formafaktorlu sistem platalar istifadə olunur:

  • ATX;
  • Flex-ATX;
  • Mini-ATX;
  • NLX;
  • Mini-ITX;
  • Monobook.

Ana löhvə daxildən sistem blokunun korpusunabərkidilir. Bunun üçün onun formafaktoru korpusa uyğun gəlməlidir.Ana löhvə öz üzərində aşağıdakı bir çox komponentləri birləşdirir:

  • Xüsusi yuvaya birləşdirilmiş mərkəzi prosessor-mikroprosessor. Adətən onu soyutmaq üçün ventilyatordan-cooler istifadə olunur;
  • Məntiqi sistem mikrosxemləri-çipsetlər;
  • İkinci səviyyəli (xarici) keş-yaddaş mikrosxemi;
  • Operativ yaddaşyerləşdirmək üçün yuvalar;
  • Kart genişlənmələri (videoadapter, səs kartı, modem və s.) üçün yuvalar;
  • BIOS Kompüterin test yoxlamasnı, əməliyyat sisteminin yüklənməsini, qurğuların drayverini və s. yaddaşda saxlamaq üçün proqramlaşdırılmış yaddaşa malik mikrosxem;
  • Interfeys kabellərinin, ardıcıl və paralel portların qoşulması üçün yuvalar;
  • BlOS-un cari sazlanmasını yadda saxlamaqdan ötrü CMOS tipli mikrosxem və onu cərəyanla təmin etmək üçün batareya və elektron saat (sistem saatı).

Ana platanın bütün komponentləri bir-birilə informasiya mübadiləsini aparan keçirici xətlərlə birləşdirilir. Bu cür keçirici xətlər birlikdə informasiya şini və ya sadəcə, şin adlanır.

Əlaqəli Məqalələr

0 0 səslər
Article Rating
Abunə ol
Xəbər ver
guest

0 Comments
Ən köhnə
Ən yeni Ən çox səs alanlar
Sətir içi geri bildirimlər
Bütün şərhlərə baxın
Həmçinin Bax
Close
Back to top button
0
Fikirlərinizi bilmək istərdik,lütfən şərh yazın.x